Əfqan Sadıqov həbs edildi

“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

“Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Moskva” Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.

Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi “Nikoil Bank”dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb - Milliyol.az