Əfqan Sadıqov həbs edildi

Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalandı


Futbol üzrə Nigeriya millisinin məşqçisi Salisu Yusuf rüşvət alarkən yaxalanıb

“Report” xəbər verir ki, BBC 56 yaşlı mütəxəssisin 2017-ci ilin dekabrında Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya cəlb etməyin müqabilində 2 futbolçunun agentindən min dollar rüşvət aldığını əks etdirən görünütləri yayımlayıb.

Məşqçi isə rüşvət almadığını, pulu hədiyyə qismində götürdüyünü bildirib.

Qeyd edək ki, Yusuf 2016-cı ilin aprelindən oktyabrınadək Nigeriya yığmasının baş məşqçi vəzifəsini müvəqqəti icra edib. O, 2018-ci il dünya çempionatında millinin məşqçilər korpusunda yer alıb.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalandı - Milliyol.az