İran parlamentinə hücum edənlərin sayı dörd nəfərdir
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran mətbuatı bəzi mənbələrə istinadən məlumat yayıb.
Digər məlumatlarda isə bildirilir ki, parlamentə hücum edənlərdən biri kamikadzedir və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.
Məlumata görə, parlamentə hücum edənlər "Kalaşinkov" avtomatı və tapança ilə silahlanıblar.
Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.
İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib.
İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.
Ə. Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: "Bir neçə nəfər yaralandığı barədə məlumatımız var".
APA-nın Tehran müxbiri xəbər verir ki, bu barədə məlumat verən İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni bildirib ki, onlardan biri tutulub.
Digər 3 nəfər isə parlamentin mərtəbələrində atışmanı davam etdirir.
MilliYol.Az
Digər xəbərlər
loading...