"Neftçi" Bolqarıstanın "Levski" klubunun üzvü Migel Bedoyanı transfer edə bilər. "Milli Yol" xəbər verir ki, bu barədə "Meridian matç" məlumat yayıb.
İddiaya görə, ispan futbolçu ilə danışıqlarda "Neftçi"nin digər ispaniyalı üzvü Anete vasitəçilik edir. Belə ki, bu futbolçular ötən mövsüm "Levski"nin formasını geyinib. Anete yayda "Neftçi"yə üz tutsa da, Migel Bolqarıstanda qalıb.
Həmkarlarımız yazır ki, Bedoyanın transferini "Neftçi" rəhbərliyinə Anete təklif edib. Onun sifiyalılarla müqaviləsi yayda başa çatacaq. 30 yaşlı yarımmüdafiəçi hələ qərarını verməyib.
Qeyd edək ki, Bedoya 2014-cü ildən "Levski"də çıxış edir. Bu müddətdə 65 rəsmi oyuna çıxıb və 15 qol vurub. O, əvvəllər İspaniyanın "Rayo Maxadahonda", "Xetafe" (B komandası) və "Numansiya" klublarında çıxış edib.
"Milli Yol"
Digər xəbərlər
loading...