• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Şou-biznes

Elza Seyidcahandan şok etiraf: “Övladımdan imtina etdim“

19:00 21.04.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
"Son zamanlar sosial, maddi problemlərə görə cütlüklər birdən çox uşaq dünyaya gətirmirlər, deyirlər saxlamaq olmur. Amma hər uşağın öz qisməti, ruzisi, alın yazısı var. Bəlkə də ana bətnində tələf olan uşaq Azərbaycanın hansısa dahi şəxsiyyətidir. Bəlkə də analar özləri də bilmədən Üzeyir Hacıbəyli, Bethoven, Eynşteyn kimi dahiləri tələf edirlər. Fikir vermisinizsə, ailədə mübahisə ilə, istənilmədən dünyaya gələn uşaqlar digərlərindən fərqlənir, qeyri-adi olurlar. İstənilməyən uşaq ağlı, ruzisi, parlaq gələcəyi ilə fərqlənir. Bəzən bütün ailənin qayğıları onların çiynində olur”.

MilliYol.Az xəbər verir ki, bunu ailem.az-a açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Abortlara kəskin etirazını bildirən sənətçi bunu körpələrin diri-diri öldürülməsi kimi qiymətləndirir.

Əməkdar artist uşaqları insanlara verilən hədiyyə kimi dəyərləndirir. Bu hədiyyədən imtina etməksə cinayətdir. Müğənni abortun istisna halları olduğunu da bildirir:

"Elə insan var ona 7 ildən bir uşaq qismət olur, eləsi də var ki, Söylü demiş, ildə ikisini doğur. Bir halda abort etdirmək olar - əgər xanım və ya uşağın hər hansı problemi olarsa. Ata və ya ana uşaq istəmirsə, müasir dövrdə bunun qarşısını almağın müxtəlif yolları var, qorunmaq lazımdır. Ancaq mən uşaqların qeyri-qanuni dünyaya gəlməsinin əleyhinəyəm. Uşaqlar atalı-analı dünyaya gəlməlidirlər ki, sağlam və tərbiyəli böyüsünlər”.

E. Seyidcahan ətrafında olan insanlar arasında da daim abort əleyhinə çıxışlar etdiyini də gizlətməyib. Müğənni bətnindəki körpəni tələf etdirmək istəyən gənc bir ananı fikrindən döndərib:

"İki il əvvəl parlament seçkiləri ərəfəsində Siyəzən şəhərində idim. Yeni ailə quran gənc xanım həyat yoldaşını avtomobil qəzasında itirmişdi. Qadın da hamilə imiş. Onların evinə getdim, başsağlığı verdim. Bildim ki, gəlin uşağı tələf etdirmək qərarına gəlib. Onu kənara çəkdim, başa saldım ki, uşağı tələf edərsə, Allaha ağır gedər və ona bir də heç vaxt övlad verməz. Dedim bu uşaq həyat yoldaşının yadigarıdır. O da cavab verdi ki, həyat yoldaşını çox sevir və uşaq dünyaya gəldikdən sonra ona baxaraq ərini xatırlamaq istəmir. Dedim ki, uşaq artıq sənin bətnindədir, atasızdır, əksinə, sən onun qayğısına qalmalısan. Sonradan eşitdim ki, uşağı saxlayıb və dünyaya gətirib”.

Əməkdar artist özü də bir uşağından sağlamlığına görə imtina etdiyini gizlətməyib. Müğənni hələ də bu addımına görə təəssüfləndiyini və peşman olduğunu etiraf edib:

"Yeni ailə qurmuşdum. Oğlum 6 aylıq idi, ikinci uşaq bətnimə düşdü. Mən də hamiləliyi çox pis keçirirəm, o dünyanı görüb gəlirəm. Mən hamilə olanda 9 ay dünyadan xaric oluram, nə yerdə oluram, nə göydə. Hamilə xanımların makiyaj etdiyini, yeyib-içdiyini, danışıb-güldüyünü görəndə onlara həsəd aparıram, deyirəm siz xoşbəxtsiniz. Mənsə qan qusurdum. Belə çətinliklə iki uşağı ardıcıl dünyaya gətirə bilməzdim. Qayınanam da qorxdu ki, birdən ölərəm. Ailədə məsləhət etdik, sağlamlığım üçün o uşaqdan imtina etməli oldum. İndiyədək tələf etdirdiyim uşaq barədə düşünürəm. Hər dəfə yadıma düşəndə ürəyim ağrıyır. Deyirəm kaş o uşağı dünyaya gətirərdim, indi böyük qız idi”.

E. Seyidcahan hər zaman çoxuşaqlı ailə olmağı arzuladığını və artıq bu arzusuna çatdığını deyir:

"Hər zaman 2 oğlan, 2 qız övladı arzulamışam. İndi oğlumun arvadı qızım, qızın əri də oğlumdur. Xarici ölkələrdə birinci yerdə uşaqlar, ikinci qocalar, üçüncü heyvanlar, dördüncü qadınlar, beşinci velosiped, altıncı kişilərdir. Ona görə yox ki, kişilər pis mənada axırıncı yerdədir. Əksinə, kişilər ən güclü məxluqlardır, onlar hər kəsi qorumaq əzmindədir. Uşaqlar bərəkət, davamiyyət, inkişaf, həyat deməkdir. Qadınlar uşaqları dünyaya gətirməlidirlər. İnsan var, övlad olmur. Bəzən onların həyatını araşdıranda məlum olur ki, ilk uşaqlarını abort etdiriblər. Abort qadın orqanizmi üçün olduqca zərərdir. Bunu bütün qadınlar bilməlidir”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az