• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Şou-biznes

Rasim Balayev: “Tamaşaçını hör-hörə öyrədiblər”

11:09 14.04.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Xalq artistinin çəkildiyi “Sara” filmi kinoteatrlardan yığışdırılır

Xalq artisti Rasim Balayevin uzun illərdən sonra çəkildiyi “Sara” filmi kinoteatrlardan yığışdırılır. Halbuki film cəmi bir həftə bundan əvvəl kinoteatrlarda yayınlanmağa başlamışdı. Amma film təqdimatdan qalmaqallı başlamışdı.

Belə ki, xalq artisti uzun illərdən sonra çəkildiyi filmin qala gecəsinə qatılmadı. Filmin rejissoru Elvin Əhmədov bunun səbəbinin xalq artistinin səhhətində yaranmış ciddi problemlərlə bağlı olduğunu açıqladı. Elə Rasim Balayev də səhhətindəki problemlər üzündən gecəyə gələ bilmədiyini dedi. Amma yeniçağ.az saytına verdiyi açıqlama uzun müddət mətbuatda, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Xalq artisti əvvəldən o filmə çəkilmək istəmədiyini, daha sonra isə pulunu ala bilməməsindən giley etdi: “Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz. Necə idi, film xoşunuza gəldimi?”

Beləliklə, film 6 aprel tarixindən etibarən kinoteatrların ekranlarında nümayiş olundu. Az keçməmiş, filmin artıq kinoteatrlardan yığışdırıldığı barədə xəbərlər yayıldı. Səbəb?

Rejissor: “Danışıqlar baş tutsa, film bir daha Azərbaycanda yayımlanmayacaq”

Filmin rejissoru Elvin Əhmədov bununla bağlı “Yeni Müsavat”a danışıb. Rejissor qeyd edib ki, film əslində hələ kinoteatrlardan yığışdırılmayıb, ən azı gələn həftəyə qədər yayımlanacaq: “Sadəcə, bizim öz istəyimizdir ki, tamaşaçılar öz filmimizə, öz sənətkarlarımıza dəyər vermədiyi üçün filmi çıxardaq. Və filmi MDB ölkələrinə satmaq istəyirik. Hətta bu haqda danışıqlar da gedir”.

Rejissor qeyd edib ki, əgər bu danışıqlar baş tutsa, film Azərbaycanda bir daha yayımlanmayacaq: “Və bununla bərabər ”Youtbe" da qoyulmayacaq".

“Rasim Balayevin çəkildiyi film niyə tamaşaçı marağı qazana bilmədi” sualımıza isə rejissor bu cür cavab verdi: “Bu sualı mənə digər jurnalistlər də verib. Sualın cavabını bilsəydim, ən azı tamaşaçıdan gileylənməzdim. Azərbaycan kinosunun sütunlarından olan aktyoru bu filmə çəkmişik, siz isə soruşursuz ki, niyə tamaşaçı maraq göstərmir? Mən soruşardım, hansı haqla? Qala gecəsində film elə bir alqışlar aldı ki... Bu alqışlar filmin uğurundan bəhs edirdi. Qeyd edim ki, o zalda hər sahədən olan insanlar var idi, həm kino ictimaiyyəti, həm jurnalistlər, həm də sıravi tamaşaçılar”. Rejissor xalq artisti ilə aralarındakı son münasibətə də aydınlıq gətirdi: “Bizim münasibətlərimizdə problem yoxdur. Xalq artisti son olaraq bizə uğurlar arzuladı və filmə baxmağa gələ bilmədiyi üçün üzüldüyünü bildirdi. Rasim Balayev filmi izləyə bilməyib. Qala gecəsindən əvvəl mən bir dəfə filmi ona göstərmək istədim, onda isə evində xəstəsi var idi. Bunu da hamı bilir, xalq artistinin həyat yoldaşı əməliyyat olunmuşdu”.

Rasim Balayev: “Filmlərə çəkilib, özümü biabır etmək istəmirəm... ”

Məsələ ilə bağlı xalq artisti Rasim Balayevin də mövqeyini öyrənməyə çalışdıq. Əfsanəvi aktyor filmin kinoteatrlardan yığışdırılmasından xəbərsiz olduğunu dedi: “Mənim heç bir məlumatım yoxdur... Bu qalmaqal mənlik deyil axı, orda çox komponentlər var... ”

Xalq artisti çəkildiyi filmə marağın az olmasına bu cür aydınlıq gətirdi: “Çünki tamaşaçını korlayıblar, tamaşaçını hör-hörə öyrədiblər. Onlar səviyyəsiz, arvad paltarı ilə cürbəcür meymunluq etməklə aktyorluğu səhv salıblar. Bununla da tamaşaçının zövqü korlanıb, artıq tamaşaçılar filmlərdə ciddi, düşündürücü, nəsə ibrət götürməli şeyləri qəbul etmək istəmir. Bir sözlə, tamaşaçıları korlayıblar”.

Rasim Balayev qonorar qalmaqalından da danışdı: “Azərbaycanda onsuz da sözün əsl mənasında qonorar yoxdur. Bizdə simvolik ödəmələr olur. Baxın Rusiyaya, orda cavan bir uşağı çəkib, 100-120 min pul verirlər. Türkiyənin özündə də belədir”.

Xalq artisti artıq filmlərə çəkilmək istəmədiyini bildirdi: “Daha filmə çəkilmərəm. Çünki mənim dövrüm getdi... o ssenarilər, o rejissorlar yoxdur. Gedib özümü biabır etmək istəmirəm. Çəkilərdim, gözəl bir ssenari, rejissor, kollektiv olsaydı onda. Mən də bunu görmürəm. Ona görə də mən çəkilməsəm daha yaxşı olar”.
100 minlik filmin aqibəti...

Qalmaqallarla üzləşən “Sara” filminin qısa hekayəsi belədir: həyat yoldaşı bir il əvvəl müəmmalı şəkildə rəhmətə gedən Saranı bir il sonra bir nəfər uzaqdan-uzağa narahat edərək həyatını dəfələrlə təhlükə altına atır. Sara tanınan iş adamı Cavanşir Nəbiyevin gəlini olur. Qızı kimi sevdiyi gəlini Saranın dəhşət içində olduğunu görən Cavanşir onu qorumaq və Saranı narahat edən adamı ifşa edib zərərsizləşdirmək üçün yaxın dostu polkovnik Cəbrayılovun məsləhəti ilə ehtiyatda olan hərbi kapitani Bəxtiyar Əliyevə şəxsən müraciət edir. Qeyd edək ki, filmdə xalq artisti Rasim Balayevlə birgə əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Duyğu Dəvəli, Zarina Qurbanova, Cəmil Cəfərov, Elvin Əhmədov və başqaları çəkilib. Mətbuatda yayılan məlumata görə, filmin ərsəyə gəlməsi üçün 100 min manat xərclənib. Bu amil də geniş müzakirələrə səbəb oldu ki, “niyə 100 minə başa gələn filmdə Rasim Balayevin zəhməti cüzi qiymətləndirilib?”

Rejissor “Yeni Müsavat”a açıqlama verərək filmin 100 min manata ərsəyə gəldiyini təkzib edib, bunun doğru olmadığını bildirib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az