• Xəbər lentİ
Fləş

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)

13:50 / 03.07.2026

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)

13:50 / 03.07.2026

Zorakılığa məruz qalanların sayı açıqlandı

13:46 / 03.07.2026

“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır

12:55 / 03.07.2026

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü

12:43 / 03.07.2026

Eldar Əzizovdan yeni təyinat

12:00 / 03.07.2026

“Azenco”nun sabiq rəhbəri həbs edilib

11:51 / 03.07.2026

İlham Əliyev Lukaşenkonu təbrik etdi

11:35 / 03.07.2026

Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik (RƏSMİ)

10:04 / 03.07.2026

"Sabah" transferlərə nə qədər pul xərcləyib? - Britaniya mətbuatı açıqladı

09:46 / 03.07.2026

Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı

09:43 / 03.07.2026

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

09:41 / 03.07.2026

Milli Məclisdə yeni təyinat

17:35 / 02.07.2026

Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)

16:23 / 02.07.2026

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verildi

15:56 / 02.07.2026

Zaur Əliyevin kadrı da agentlikdən getdi

15:55 / 02.07.2026

AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)

15:26 / 02.07.2026

Azərbaycanda 3,5 milyona yeni film çəkilir

15:00 / 02.07.2026

Gənclərin ən çox və ən az yaşadığı rayonlar (TAM SİYAHI)

13:20 / 02.07.2026

"Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb" (VİDEO)

13:07 / 02.07.2026

DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi (FOTO)

12:53 / 02.07.2026

Alyona Əliyeva moda nümayişini izlədi (FOTO)

11:38 / 02.07.2026

"Arzum 9999"a hökm oxundu - Məhkəmə zalında həbs olundu

11:34 / 02.07.2026

Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları (FOTO)

10:41 / 02.07.2026

Leyla Əliyeva Yevlaxda Cümə məscidində oldu, məktəb açılışında iştirak etdi (FOTO)

10:38 / 02.07.2026

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi (FOTO)

10:27 / 02.07.2026

Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - TƏFƏRRÜAT

10:04 / 02.07.2026

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi

09:51 / 02.07.2026

Ehtiyatda olan mayor faciəvi şəkildə öldü

09:45 / 02.07.2026

Azərbaycanda Polis Günü qeyd olunur

09:40 / 02.07.2026

İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü oldu (YENİLƏNİB)

18:31 / 01.07.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 03 İyul 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)

13:50 03.07.2026 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəziləri illərlə azadlıqdan məhrum edildi, bəziləri isə inzibati həbs cəzası aldı.
 
MilliYol.az "Yeni Sabah” son illərdə həbs olunan məşhur qadınların siyahısını və onların hansı səbəbdən həbs edildiklərini araşdırıb:
 
2026 – "TikTok” fenomeni İlduzə Hacıyeva (Arzum 9999)
 
"TikTok”da "Arzum 9999” adı ilə tanınan bloger İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə mühakimə olundu. Ötən gün məhkəmə onu 5 il 2 ay müddətinə azadlıqdan məhrum etdi. İş üzrə müəyyən edildi ki, qəza nəticəsində bir nəfər həyatını itirib. Hökm ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 
2025 – Rəqsanə İsmayılova
 
Müğənni Rəqsanə İsmayılova 16 avqust 2025-ci ildə Sabunçu rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaqın məlumatına görə, o, iki zərərçəkmişə məxsus ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra ifaçı ev dustaqlığına buraxıldı
 
2025 – Dəniz Əsədova
 
Müğənni Dəniz Əsədova xüsusi ittiham qaydasında baxılan cinayət işi üzrə məhkəmə prosesində ötən il həbs edilib. O, məhkəmə zalındaca qandallanaraq Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilmişdi.
 
2025 – Günay Əliyeva
 
"TikTok” fenomeni Günay Əliyeva əxlaqsızlığın təbliği və təşkilinə dair cinayət işi çərçivəsində saxlanılmışdı. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, bu iş üzrə həbs olunan bir neçə sosial media fenomenindən biri idi. Hadisə həmin vaxt sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.
 
2025 – Quanna Quliyeva
 
Bloger Quanna Quliyeva da eyni cinayət işi üzrə həbs edilən məşhurlardan idi. İstintaq onun sosial şəbəkə fəaliyyəti ilə bağlı irəli sürülən ittihamları araşdırıb və onun barəsində həbs qətimkan tədbiri seçmişdi. İş uzun müddət medianın diqqətində qaldı.
 
2025 – Nurdan Yusifova
 
"TikTok” istifadəçisi Nurdan Yusifova da eyni əməliyyat zamanı saxlanılan şəxslərdən idi. O, cinayət işi çərçivəsində həbs olunmuşdu. İttihamlar əxlaqsızlığın təşkili və təbliği ilə bağlı idi. Onun işi digər fenomenlərlə birlikdə araşdırılmışdı.
 
2024 – Çelsi Baxşıyeva
 
Sosial media fenomeni Çelsi Baxşıyeva inzibati xəta törətməkdə təqsirli bilinərək 30 sutka inzibati həbs almışdı. Ona qarşı xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri tətbiq edilmişdi. O, 30 sutkalıq inzibati həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb və sosial şəbəkələrdə fəaliyyətini bərpa edib.
 
2024 – Arzuxanım Həsənova
 
Müğənni Arzuxanım Həsənova 2024-cü ildə narkotik vasitədən istifadə ilə bağlı əməliyyat məlumatı əsasında polis tərəfindən saxlanılıb. Təyin edilən ekspertizanın nəticələrinə əsasən, onun qanında psixotrop maddə - metamfetamin aşkar edildiyi bildirilib. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona əvvəlcə 15 sutka inzibati həbs təyin etsə də, ictimai mövqeyi və ailə vəziyyəti nəzərə alınaraq cəza 5 sutka inzibati həbslə əvəz olunub.
 
2023 – Təranə Səmədova
 
Prodüser Təranə Səmədova insan alveri və qadınları cinsi istismara cəlb etmə ittihamı ilə həbs edildi. Məhkəmə onu təqsirli bilərək azadlıqdan məhrum edib. Bu, onun barəsində qaldırılan ilk cinayət işi deyildi, bundan əvvəl də o insan alverinə görə cəza almışdı. Məhkəmənin hökmü ilə o, 2023-cü ildə 6 il azadlıqdan məhrum edilib.
 
2017 – Fədayə Laçın
 
Müğənni Fədayə Laçın Bakı-Astara qatarından qaçan məhbusların qaçışına kömək etməkdə ittiham olunub. O, həbs edilərək istintaqa cəlb edilmişdi. Sonradan məhkəmə ona 5 il azadlıqdan məhrumetmə cəzası verdi, daha sonra cəzası azaldıldı. 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Sonradan mühafizə altından qaçan Əli Ağami həbs olunmuş, Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülmüşdü. Fədayə Laçın "Qoca” ilə sevgi münasibətində idi. Bu hadisə Azərbaycan şou-biznesinin ən səs-küylü cinayət işlərindən biri hesab olunur.
 
2015 – Maral Tahirqızı
 
Müğənni Maral Tahirqızı əxlaqsızlıq yuvası təşkil etmək ittihamı ilə saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Bir müddət sonra cəzasının qalan hissəsindən şərti olaraq azad edilərək buraxılmışdı.
 
2013 – Gülər Əhmədova
 
Keçmiş deputat Gülər Əhmədova deputat mandatının satılması ilə bağlı qalmaqallı cinayət işi üzrə həbs olunmuşdu. O, dələduzluq və nüfuz alverində təqsirli bilinərək məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir müddət sonra cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz olundu və o, azadlığa buraxıldı. Bu iş uzun müddət Azərbaycanın ən çox müzakirə olunan siyasi qalmaqallarından biri oldu.
 
2000-ci illər – Dinarə Məmmədova
 
İki dəfə "Miss Azerbaijan" titulunu qazanan keçmiş model Dinarə Məmmədova hazırda Rusiyada qadın həbsxanasında cəza çəkir. O, dələduzluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkib, hazırda o, azadlıqdadırş Dinarə Məmmədova 2003-cü ildə, 17 yaşında "Miss Azerbaijan" seçilib, daha sonra ikinci dəfə eyni titulun sahibi olub və "Miss Avropa" müsabiqəsinə dəvət alıb. Onun sözlərinə görə, Rusiyada ortağına etibar etməsi nəticəsində adından istifadə olunub, geri qayıtdıqda isə barəsində çoxsaylı şikayətlər verildiyini öyrənib və cinayət işi üzrə həbs edilmişdi.
 

Etiket:

Digər xəbərlər

Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)

Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)

02.07.2026
Milli Məclisdə yeni təyinat

Milli Məclisdə yeni təyinat

02.07.2026
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verildi

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verildi

02.07.2026
Azərbaycanda 3,5 milyona yeni film çəkilir

Azərbaycanda 3,5 milyona yeni film çəkilir

02.07.2026
AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)

AAYDA-nın bu idarələri ləğv olundu (SİYAHI)

02.07.2026
Zaur Əliyevin kadrı da agentlikdən getdi

Zaur Əliyevin kadrı da agentlikdən getdi

02.07.2026
Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

03.07.2026

"Sabah" transferlərə nə qədər pul xərcləyib? - Britaniya mətbuatı açıqladı

03.07.2026
Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik (RƏSMİ)

Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik (RƏSMİ)

03.07.2026
Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı

Məhkəmə Arzumun hökmü ilə bağlı məlumat yaydı

03.07.2026
“Azenco”nun sabiq rəhbəri həbs edilib

“Azenco”nun sabiq rəhbəri həbs edilib

03.07.2026
İlham Əliyev Lukaşenkonu təbrik etdi

İlham Əliyev Lukaşenkonu təbrik etdi

03.07.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)

Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)

02.07.2026
Milli Məclisdə yeni təyinat

Milli Məclisdə yeni təyinat

02.07.2026
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verildi

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verildi

02.07.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir:

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir: "Onu torpaq altında təsəvvür edə bilmirəm"

27.06.2026
İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30.06.2026
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü oldu (YENİLƏNİB)

İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü oldu (YENİLƏNİB)

01.07.2026
Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

Prezident hərbi qulluqçuları və şəhid hərbçiləri təltif etdi

25.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az