Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyi (İSİPAB) 20-ci konfransında iştirak etmək məqsədilə 23–24 iyun 2026-cı il tarixlərində Azərbaycana səfər edəcək.
Bu barədə MilliYol.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.
Bakıda keçiriləcək konfransda İslam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlıqlarından müharibələr və böhranlar səbəbindən yerindən edilmiş milyonlarla insan üçün beynəlxalq həmrəylik çağırışına qədər müxtəlif mövzularda mesajlar verməsi gözlənilən Kurtulmuş həmçinin iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.