• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Qarabağla bağlı SOS xəbərdarlıqları: Müharibə artıq başlayıb

09:47 01.03.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Cəbhə xəttindəki 25 fevral insidentindən sonra müharibə mövzusu yenidən gündəmə gəlib. Artıq baş verən erməni təxribatı ilə bağlı BMT baş katibi Antonio Quttereş, ATƏT-in Minsk Qrupu həmsədrləri, Türkiyə, İran, bir sıra digər ölkələr bəyanat verərək, narahatlıqlarını bildirib. Lakin təcrübə göstərir ki, belə bəyanatlarla “donuzu darıdan çıxarmaq” mümkün məsələ deyil.

Xüsusən də söhbət həmsədr dövlətlərdən, beynəlxalq təşkilatlardan gedir. Onlar həmişəki kimi, “tərəfləri danışıqlara çağırırıq” kimi növbətçi bəyanatlarla kifayətləndilər, işğalçını nəhayət, adı ilə çağırmağa yenə cürətlənmədilər. Bunsuz - yəni Ermənistanın işğalçı siyasətinə hüquqi qiymət verilməyincə isə, Qarabağ konflikti öz həllini tapmayacaq. Demək, sülh danışıqları da səmərə verməyəcək və müharibə həmişə qapını kəsdirəcək.

***

Zatən, o, onsuz da qapıdadır. Tanınmış politoloq və tarixçi alim, beynəlxalq miqyasda Azərbaycanın haqq işini müdafiə edən azsaylı rusiyalı ekspertlərindən biri Oleq Kuznetsov isə hesab edir ki, Qarabağda müharibə artıq başlayıb. Musavat.com-un məlumatına görə, bu barədə o, rusdilli Vesti.az saytındakı məqaləsində yazır: “Fevralın 24-25-də münaqişə zonasında vəziyyətin kəskinləşməsi və hər iki tərəfdən itkilərlə nəticələnməsi şübhə yox ki, rəsmi İrəvanın regionda situasiyanı pozmağa yönəlmiş aktiv səylərinin qanunauyğun nəticəsidir. Fevralın 20-də Azərbaycanın işğal altındakı ərazilərində ”Arsaq" terrorçu kvazidövlətə “qanunilik” verməyə yönəlmiş üzdəniraq “referendum”un keçirilməsi 30 ildir gedən erməni-Azərbaycan müharibəsinin ən yeni tarixində özünəməxsus dönüş nöqtəsi oldu".

Analitikə görə, bu addımla İrəvan münaqişənin dinc yolla həll ümidlərini birdəfəlik basdırmış olub: “Çünki tamamilə aydındır ki, rəsmi Bakı ”Arsaq"la bağlı heç bir danışığa getməyəcək. 20 fevraldan sonra yeni müharibə artıq reallığa çevrilmiş oldu, 24-25 fevral döyüşləri isə onun xəbərçisi sayıla bilər. Bunun ardınca zorakılıq spiralı açıla-açıla gedəcək. Mahiyyət etibarilə Qarabağdakı işğalçı rejimin hərəkətləri nəticəsində situasiya ötən ilin aprel öncəsi vəziyyətinə çevrilib. Yalnız bir fərq var ki, əgər ötən il Azərbaycan yalnız işğal altındakı əraziləri azad eləmək istəyirdisə, bu il üstəlik, qondarma və terrorçu “Arsaq” dövlətinmi məhz eləmək vəzifəsi var".

Ekspertin fikrincə, bundan sonrakı hadisələr yalnız eskalasiyanın artması istiqamətində gedə bilər: “Əgər Azərbaycan lap elə indidən terrorçu ”Arsaq" saxta dövləti ilə İŞİD arasında bərabərlik işarəsi qoymaqla təbliğat ritorikasını gücləndirsə, - hansını ki, bu yaxınlarda mən özümün bir sıra yazı və çıxışlarımda, həm də beynəlxalq auditoriya qarşısında etmişəm, - o zaman eskalasiyanın apogeyi genişmiqyaslı müharibə olacaq və dünyanın heç bir aparıcı dövləti Dağlıq Qarabağda erməni-Azərbaycan cəbhəsində döyüş əməliyyatlarına qarışmayacaq. Əks halda, onların beynəlxalq terrorçulara münasibətdə ikiüzlü “ikili standart” siyasəti çılpaqlığı ilə aydın olacaq. Azərbaycanın işi təkcə mənəvi yox, həm də hüququ nöqteyi-nəzərdən haqq işidir. Ona görə də Ermənistanla müharibədə mən Azərbaycan silahına uğur arzu edirəm".

***

Bu arada mənzil-qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu (BBQ) 2017-ci ildə dünyanı təhdid edə biləcək böhranlardan söz açan hesabatını açıqlayıb. Hesabatda dünyanın ən narahat bölgələrindən biri kimi Qarabağ münaqişəsi bölgəsindəki vəziyyətdən də bəhs edilir (Virtualaz.org). Sənəd müəllifləri ötən ilin aprel hadisələrini xatırladaraq, Dağlıq Qarabağda gərginliyin qaldığını, 2017-ci ildə bu gərginliyin artma təhlükəsinin böyük olduğunu vurğulayırlar. BBQ bildirir ki, diplomatik cəhdlər olmasa, 2017-ci ildə Qarabağda döyüşlərin qızışacaq və bundan daha çox dinc əhalinin əziyyət çəkəcək, düşmənçilik tələfatlarla nəticələnəcək, insanlar öz ev-eşiklərini tərk etməli olacaq.

Hesabatda hər iki tərəfin silahlandığını, həm Azərbaycan, həm də Ermənistanın bir-birinin ərazisini dağıda biləcək silahlara malik olduğunu qeyd edilir. “Son hadisələr hər iki tərəfin qarşıdurmaya hazır olduğunu göstərir”, - deyə analitiklər xəbərdarlıq edir. Onların fikrincə, Bakı da, İrəvan da, döyüşlərə başlasalar, güclü regional təzyiqlə üzləşəcəklərini bilirlər. “Amma hər iki tərəf düşmənçiliyin öz xeyrinə olacağını düşünər. Bakı diplomatik səylərin nəticə vermədiyini görərsə, durumu dəyişməyə yenidən can ata, İrəvan aprel döyüşlərindəki uğursuzluğun başlanğıc olmadığını nümayiş etdirməyə çalışa bilər” - sənəddə vurğulanır.

BBQ ekspertlərinə görə, Qarabağ probleminin yeganə həll yolu güzəştli danışıqlardır. “Lakin hər iki tərəfdə müharibə ritorikasının üstünlük təşkil etməsi, ən başlıcası isə, hər iki ölkədə bir-biri ilə əlaqəsi olmayan nəsillərin yetişməsi, yəni xalqlar arasında ünsiyyətin olmaması sülhün əsas əngəlləridir” - müəlliflər qeyd edir.

Hesabatda habelə Minsk Qrupu həmsədrlərinin münaqişənin nizamlanması prosesində xeyli zəifliyi bildirilir. BBQ Minsk Qrupunda “sükanı” Moskvanın ələ aldığını, 2016-cı ilin aprel döyüşlərindən sonra atəşkəsə Rusiyanın nail olduğunu xatırladır və digər həmsədrlərin Kremlin liderliyinə qarşı çıxmadıqlarını, özlərinin isə problemə biganə yanaşdıqlarını qeyd edir. “Yeni ABŞ administrasiyası Qarabağ məsələsi ilə hələ ki maraqlanmayıb. Fransanın da başı prezident seçkilərinə qarışıb. AB-nin təsiri isə güclü olsa da, məhduddur” - təşkilat bildirir. “Amma Moskvanın da Bakı və İrəvan üzərində nüfuzunun həddi var. Digər tərəfdən, Qarabağ probleminin tam həllinin Moskvanın maraqlarına uyğun olub-olmaması sual altındadır” - qurum hesabatında bildirir.

***

Beləcə, beynəlxalq səviyyəli ekspertlər də Dağlıq Qarabağ ətrafındakı situasiyanın partlayış xarakterli olması haqda SOS siqnalları verməkdədirlər. Məntiqlə heç bir dövlətin marağında olmayan böyük müharibədən qaçmağın tək yol isə böyük sülhə aparan yolu bir an öncə açmaqdır. Bu isə müstəsna olaraq, işğalçının 1 nömrəli strateji müttəfiqi Rusiyadan asılıdır.

Mənbə: "Yeni Musavat"


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az