• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

“Azəravtoyol“ tənqid edildi: “Yola verməklə məşğuldurlar“

17:01 01.02.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Hava şəraitinin pisləşməsi, qarın yağması Bakı şəhərində nəqliyyatın hərəkətini demək olar ki, iflic edib. Vəziyyətin bu həddə çatmasının sürücülərin təcrübəsizliyi, aidiyyiatı qurumların məsuliyyətsizliyi ilə əlaqədar olduğu bildirilir. Bəs görəsən sadalananlar real səbəblərdirmi?

İctimai fəallar və ekspertlər məsələ ilə bağlı mövqeyini bildirib: 

Tanınmış jurnalist Azər Həsrət bildirir ki, yaşadığı ərazidə səlahiyyətli qurumlar heç bir qabaqlayıcı tədbir görməyiblər: "Qarlı havanı nəzərə alıb evdən bayıra çıxmamışam və evdə oturub işləməyə üstünlük verirəm. Pəncərədən ətrafı müşahidə etmək imkanım var. Səhər tezdən ətrafdakı görüntüylə bağlı bir foto da çəkib sosial şəbəkdə paylaşmışam. Hazırda Şıxlınski küçəsindəyəm, müşahidə edirəm. Bu küçədə hər hansı təmizləmə, duzlama, qumlama işi aparılmır. Özü də bura enişli-yoxuşlu yoldur. İndi Allah tərəfi əriyən əriyib, əriməyən də yerindədir. İnternet üzərindən də ümumi vəziyyəti öyrənməyə çalışıram. Öyrəndim ki, Bakı-Sumqayıt yolu da bərbad durumdadır. Belə anlaşılır ki, biz təbiət hadisəsi olan qarla bağlı hazırlıq görməmişik. Ən azından Şıxlinski küçəsində heç bir təmizləmə müşahidə edilmir".

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlı deyir ki, aidiyyatı qurumlar sadəcə əsas bir neçə prospekt və küçəni təmizləyirlər: "Aidiyyatı orqanlar həmişəki kimi öz "adət-ənənələrinə" sadiq qalırlar. Əsas bir neçə prospekt və küçəni təmizləyirlər. Qalan küçələr sanki Azərbaycana, Bakıya aid deyil. Yola verməklə məşğuldurlar. Xüsusən Yasamal rayonunda digər ərazilərlə müqayisədə ağır texnikanın hərəkəti 15-20 faiz hiss olunur. Məsələn, Parlament prospektində Bakı Şəhər İcra Hakimiyyətinin ağır texnikaları dayanıb. Həmin texnikalar qum və duzla doludur. Yüz əlli metr yuxarıda Mikayıl Müşfiq dairəsindən Mətbuat prospekti başlayır. Görün o prospektdə hərəkət emtək mümkündürmü? Əlbəttı yox! Şərifzadə küçəsində bir balaca qum görsəniz sevinərsiniz". 

E.Muradlı bildirib ki, təkcə yollar deyil, səkilər də bərbad vəziyyətdədir: "Səkilərimiz bərbad vəziyyətdədir və ora ilə hərəkət edən piyadaların həyatı təhlükədədir. Yuxarıdan buz parçaları tökülür, aşağı da sürüşkən. Əgər hər bir obyektin, evin sahibi özü öz evinin qarşısın təmizləyəcəkdisə, MİS, icra hakimiyyəti, bələdiyyə kimə lazımdır? Yağıntı sakitləşən kimi hərə əlinə bir bel alıb öz evinin, obyektinin qarşısını təmizləyir. Ən biabırçı hal odur ki, bizdə şəhərsalma sıfır səviyyəsindədir. Obyekt sahibi gətirib obyektin qarşısına sürüşkən kafel-metlax vurur. Qışda da ayaq qoyan kimi yerə dəyirsən. Buna rəy verən yox, irad bildirən yox. Bilmirlər ki, kafeli ayaqyoluna, hamama vurarlar. Yerə hansı ağılla kafel vurursan?" 

Ekspert qeyd edir ki, avtobus sürücülərinin qeyri-peşəkarlığı nəticəsində sıxlıq yaranır, dönmə əməliyyatlarını düzgün aparmırlar. E.Muradlı deyir ki, xüsusən təcrübəsiz sürücülər qışa hazırlıqsız avtomobillə yola çıxmamalıdırlar: "Hamı bir təkər alır, yay-qış sürür, əksəriyyətin qış təkərləri yoxdur. Bu sadəcə daşıyıcı şirkətlərin özbaşınlaığıdır. Onların aidiyyatı orqanlar qarşısında məsuliyyəti yoxdur. Başa düşmürlər ki, mən ictimai nəqliyyat sahəsində çalışıram, şəxsi taksi deyiləm ki, istədiyim vaxt xəttən çıxam. Güman edirəm ki, şirkətərin belə hərəkətini  cəzasız qoysalar, bir də təkrarlanacaq. Bunun üçün bir mexanizmi olmalıdır. Şərtlər olmalıdır ki, bu tələblərə əməl edəndən sonra xəttə çıxa bilərsən. Bu gün bilmirik özbaşınalıq edib xətdən çıxan daşıyıcı şirkətlərin dövlət qurumu qarşısında öhdəliyi necədir. Hava şəraiti ilə əlaqədar rəsmi olaraq işi dayandırmaq göstərişi verilməyibsə, işi niyə dayandırırsan? Gündüz xəttə çıxanlar da saat 18:00-dan sonra yoxa çıxırlar. Qabaqlayıcı tədbirlər isə indi yox, yayda görülməli idi".

"Digesta" hüquq firmasını direktoru, ekspert Ərşad Hüseynov bildirdi ki, qurumlar lazımi texnika ilə təchiz edilməyiblər: "Burada bir incə məqam var. Görünür, Bakı Şəhər İcra Hakimiyyətinin və "Azəravtoyol"un belə texnikası yoxdur.  Məsələn, Rusiyada, digər ölkələrdə qartəmizləyən texnika qarı sadəcə yoldan kürümür. Qarı aparıb kənar yerə tökürlər.  Bizdə qarı yolun qırağına kürüyüblər, hərəkət hissəsi məhdudlaşıb. Belə şəraitdə maşın sürmək risklidir. Dünən gördüm ki, fəhlələr adi bellərlə qarı yük avtomobilinə atırlar".

Ekspert bildirib ki, qurumlar şəhəri iki hissəyə ayırıblar: "Qurumlar öz aləmlərində şəhəri iki hissəyə ayırıblar - əsas arterial əhəmiyyət daşıyan magistral küçələr və məhəlli yollar. Magistral küçələrdə işləyirlər, digərlərində yox. Əslində, onlar məhəlli yollar deyil, sadəcə, az instensivlik var.  Adətən körpülər və külək çox vuran yerlər daha tez donur. Həmin nöqtələrə xüsusi diqqət ayrılmalıdır. Yol hərəkəti təkcə maşınlar üçün deyil, piyadalar da nəzərdən qaçmamalıdır. Bakıda bir dənə səki təmizlənmir. Hazırda Bakı şəhərində olan nəqliyyat parkının 10-15 faizi yola çıxıb. Sürücülər sağ olsunlar ki, nəzərə alıblar". (Qaynarinfo.az)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az