• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - Rəislərin ifadəsi

14:54 16.12.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə ittiham olunanlardan dörd nəfərin növbəti məhkəmə prosesi keçirilib.

"Qafqazinfo”nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır.

Bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə müttəhim kürsüsündə əyləşir.

Müttəhimlərin hər biri 2 ilə yaxındır həbsdədirlər. Eyni cinayət əməlində təqsirləndirilən şəxslərdən bir neçəsinin işi başqa icraatda araşdırılır. İşdə ən çox adı keçən polkovnik Rafael Xələfov da daxil olmaqla bir neçə nəfərin işi ilə bağlı isə ibtidai araşdırma davam edir.

Budəfəki iclasda hərbi hissələrdə maliyyə xidməti rəisləri işləyən zabitlər şahid qismində ifadə verib. Şahidlər özləri də bu iş üzrə yeyintidə iştirak ediblər. 143 milyon hesablanmış dəymiş ziyanın müəyyən hissəsi onların ayağına yazılıb. Lakin istintaq orqanı onları təqsirləndirilən şəxs qismində cəlb etməyib, ziyanı ödəmələri üçün şans verib.

Hərbi mühasiblər hamısı, demək olar, eyni məzmunlu ifadə veriblər. Nazirliyin maliyyə idarəsindən hərbi-hissələrə vəsait ayrılıb, həmin pulun da bir hissəsi özlərinin dediyi kimi bineyi-qədimdən mövcud olan qayda üzrə mənimsənilib.

Şəxsi heyətin təminatı üçün ayrılan pullar necə bölünüb?

N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Elşən Salmanov deyir ki, nazirliyin maliyyə idarəsindən onlara ayrılan vəsaitdən hər dəfə 20 faiz hərbi korpusun maliyyə şöbəsinə, 30 faizi isə təftişə verilib. Yerdə qalan məbləğ isə şəxsi heyətin xərclərinə və əlavə xərclərə sərf olunub.

Generalın vəkili Rəşad Mirmehdizadənin "əlavə xərclər nə idi, hara pul verirdiniz?” -, sualına şahid "vermədiyimiz yer var idi ki? Elə hər yerə” -, cavabını verib.

Şahidin özü tərəfindən işlədiyi dövrdə 1 milyon manatdan çox mənimsəmə aşkar edilib. Dövlətə dəymiş ziyan kimi yazılmış həmin məbləğin 260 min manatını geri ödəyib.

Onun özünə aid ziyanın böyük hissəsini ödəməməsi vəkil Mirmehdizadəni yenidən ayağa qaldırıb: "Bu cinayət iştirakçılıqla törədilib. Mənimsənilən məbləğ də hamıya aiddir. Nizami Məmmədov 12 milyon manat pul ödəyib oturub içəridə, elə adamlar var heçnə ödəməyiblər amma çöldədirlər. Həmin ödənilməyən ziyana görə bu adamlar həbsdə qalıb. Buna bir aydınlıq gətirmək lazımdır”.

Salmanov dəymiş ziyanı tam ödəməyə çalışdığını bildirib.

"O şeytanın yer üzündəki timsalıdır…”

Şahid ifadəsi əsnasında Nəzarət və təftiş şöbəsinin müdiri olmuş polkovnik Rafael Xələfovun əməllərindən danışıb, onu ən böyük düşməni adlandırıb.

Şahidin dedikləri generalın digər vəkili Faiq Hüseynovda sual yaradıb. Vəkil ondan Xələfovla nəyə görə münasibətinin olmadığını maraqlanıb: "Rafael Xələfovla həm də şəxsi işlə bağlı çox pis münasibətdə olmuşuq. O, şeytanın yer üzündəki timsalıdır. Mənə çox pisliyi dəyib. Bir dəfə Nizami Məmmədovun qəbulunda oldum, dedim ki, bəs, bu Xələfov sizə mənim haqqımda səhv məruzələr edir”.

General Məmmədov şahidin onun yanına gəlməsini təsdiqləyib. Deyib ki, şahid bir dəfə onun yanına gəlib, sonralar Rafael Xələfov gəlməsinə imkan verməyib.

Növbəti şahid Kərəm Xəlilov ordu korpuslarından birinin maliyyə xidmətində, sonradan nazirliyin özündə işləyib. Onun vəzifə səlahiyyətlərinə daxil olan işlərdən biri hərbi hissələrdə yoxlamalar keçirmək, aşkar olunmuş qayda pozuntuları ilə bağlı şöbə rəisinə məruzə etmək olub. Onun dediyinə görə, bütün yoxlamalar barədə birbaşa Rafael Xələfova məruzə edib. Onun tapşırığı ilə hərbi hissələrdən toplanmış pulları da elə ona təhvil verib.
Ətraflı

"Xələfov əvvəl ifadəsində deyib ki, bir dəfə hərbi hissələrdən birindən alınmış 190 min manat pulu siz də daxil olmaqla "revizor”larla bölüb. Amma sonradan üzləşmədə boynuna almayıb. Deyib ki, "revizor”larla bölməmişəm. Bu nə məsələ idi?”-, vəkil R.Mirmehdizadə soruşub. "Rafael üzləşmədə nəyi boynuna alırdı ki, bunu da alsın?”-şahid cavab verib.

Vəkil bu məqamda Rafail Xələfovun məhkəmədə iştitakının təmin edilməsi barədə yenidən vəsatət qaldırıb:

"Ötən həftə mən bu barədə vəsatət verdim, amma təmin edilmədi. İndi görürük ki, ehtiyac var. Bütün şahidlər deyir ki, onları Rafael aldadıb. Xahiş edirəm, gəlib otursun burada, aydınlıq gətirsin”.

Vəsatət generalın digər vəkilləri Faiq Hüseynov və Cahangir Cavadov tərəfindən müdafiə edilib.

Sədrlik edən hakim vəsatəti təmin etməyib.

Müdafiə Nazirliyinin İşlər idarəsinin sabiq müdiri İlqar Məmmədov da iş üzrə şahid qismində ifadə verib. Şahid deyib ki, maliyyə idarəsi hər ayın sonu şəxsi heyətin sayına uyğun olaraq onlara vəsait köçürüb. İ.Məmmədovun sözlərinə görə, ümumi köçürmədən əlavə müəyyən vaxtlarda əlavə xərclər olub. Həmin xərclər də Nizami Məmmədov tərəfindən qarşılanıb:

"Məsələn elə olurdu ki, yuxarı rəhbərlikdən məlumat gəlirdi ki, qonaqlar gələcək. Onları qarşılamaq və hədiyyələr almaq üçün general Məmmədovdan xahiş etmişik əlavə pul ayırıb”.

Baş Qərargah rəisi göstərişlər verib…

Hakim Fikrət Məmmədov şahiddən sabiq Baş qərərgah rəisinin (Nəcməddin Sadıkov-red) ona hansısa göstəriş verib-vermədiyini soruşub. Şahid Nizami Məmmədovun baş qərargah rəisinin göstərişi ilə pul ayırdığını bildirib:

"Rəsmi tapşırıq olurdu, general Məmmədov da yerinə yetirirdi. Elə olurdu ki, gecə ilə çağırırdı ki, rəhbərliyin tapşırığı var. Pul verirdi, həll edirdik”.

Müttəhim general şahidin ifadəsinə münasibət bildirərkən işlər idarəsi üçün qonaqların qarşılanması məqsədilə vəsait ayrılmadığını, öz hesabına həll etdiyini qeyd edib.

İfadə verən digər şahidlər də bənzər danışıblar. Onlar da ifadələrində şəxsi heyətin ehtiyacları üçün ayrılan vəsaitlərin bir hissəsinin tabe olduqları korpusun maliyyə şöbəsinə, bir hissəsini təftişə verdiklərini, qalan pulun isə bir qismini özləri mənimsədiklərini etiraf ediblər. Onlar hadisə baş verən dövrdə də əvvəllər də eyni qayda ilə işlədiklərini ifadə ediblər: "Bineyi qədimdən qayda belə olub”-, ifadə verən maliyyə xidməti rəislərindən biri belə deyib.

Maliyyə xidməti rəislərindən biri bu cür işləmələrini el məsəli ilə müqayisə edib:

"Palaza bürün, ellə sürün”.

Proses gələn cümə günü davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.


Etiket:

Digər xəbərlər

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az