• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

20 Yanvar faciəsindən iki gün öncə nə baş vermişdi? - ŞOK DETALLAR

13:15 20.01.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
27 il öncə 20 Yanvar faciəsi. Bu faciə yanvarın 18-də baş tutmalı idi. Moskvada hazırlanan ssenari belə idi. Qorbaçov ehtiyatda olan əsgər və zabitlərdən ibarət ordunu Azərbaycana şimaldan daxil etmək əmrini vermişdi. Lakin onlar bunun qarşısını ala bildi...

İki gün sonra Azərbaycan tarixinə qara təqvim olaraq düşən 20 Yanvar baş verdi, əliyalın insanlar qətlə yetirildi. Bakı küçələrini o vaxta qədər susəpən maşınlar yuyurdu. Həmin gün isə tanklar qanla suladı...

Lakin Azərbaycan tarixində bu təqvimlər unudulmayıb. 27 il öncə yanvarın 17-dən 18-nə keçən gecə Rusiyanın hərbi eşelonu Şimaldan Azərbaycana daxil oldu. Hədəf paytaxt idi. Bu yol strateji baxımdan Moskva üçün əlverişli olmaqla yanaşı, hərbi qatarda təpədən dırnağa qədər silahlanmış əsgər və zabitlərin Rusiyanın bu bölgəyə yaxın ərazilərindən toplanması da əlavə üstünlük verirdi.

Xaçmaza qədər gələn hərbi qatar gözləmədiyi halda ciddi müqavimətlə qarşılaşdı. İnsanlar arasında relslərin üzərinə uzanaraq ölümə razı olanlar da var idi. Təki qatar Bakıya doğru irəliləməsin...

İki gün keçəcək, sovet əsgərləri Bakıya başqa istiqamətdən daxil olmağı bacaracaqdı və Bakı indiyə qədər görmədiyi zülmlə üz-üzə qalacaqdı...

17-18 yanvar hadisələrin birbaşa iştirakçısı və təşkilatçılarından biri, AXC Xaçmaz şöbəsinin sədri olmuş Müqəddəs Mehdiyev Publika.az-a həmin dövrlə bağlı maraqlı faktlar açıqlayıb.

“978 saylı hərbi qatar ana xətdən çıxarılaraq dalan yola salındı”

“1990-cı ilin 15 yanvarından başlayaraq, hər yerdə olduğu kimi şimal bölgəsində də vəziyyət pis idi. Rusiyanın Krasnodar və digər vilayətlərində səfərbərlik olduğu haqda Dağıstandan informasiyalar almışdıq. Səfərbərliyə “partizanlar” adlandırılan ehtiyatda olan əsgər və zabitlər çağırılırdı. Onların içində ermənilər də var idi. Məlumata görə, həmin dəstələr Azərbaycana hücum edəcəkdi. Hədəf Bakı idi. Üstündən bir gün keçdi. Ayın 16-da axşam daha bir məlumat aldıq ki, 978 saylı hərbi eşelon Bakıya getmək üçün Dağıstandan bizə doğru gəlir. Həmin gündən etibarən müəyyən yolları bağlamağa başladıq. Azərbaycanla Rusiya arasında olan bir sıra polis postları, həmçinin inzibati bölgüyə əsasən qurulan postlar var idi. Xaçmaz rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin rəhbərliyinə ciddi təzyiq edərək yoxlama-keçid məntəqələrinin təşkili və könüllülərin postlara yerləşdirilməsi haqda qərar əldə etdik. Ayın 17-də qatarın Yalama stansiyasına yaxınlaşması haqda informasiya aldıq. Müəyyən tədbirlər görməyə məcbur olduq. Xaçmaz şəhərində bütün yanğınsöndürən maşınları küçələrə çıxartdıq, başladılar siqnal verməyə. Xaçmaz konserv kombinatının sexlərindən birini ələ keçirərək, zavodda arası kəsilmədən fit çaldırdıq. Şəhər əhalisi o vaxt Azadlıq meydanı dediyimiz əraziyə toplaşdı. AXC-nin Quba, Qusar və Dəvəçi rayon şöbələrinə əhalinin gəlməsi üçün müraciətlər etdik. On minə yaxın insanın iştirakı ilə böyük bir mitinq keçirdik. Ardınca operativ tədbirlərə əl atdıq. Yanvarın 17-də Xaçmaz dəmiryol stansiyasını zəbt etdik. Xudat dəmiryol stansiyasının rəisi ilə qatarı buraxmaması üçün danışıqlar apardıq. O da böyük köməkliklər göstərdi. Milli azadlıq hərəkatının Xudatdakı fəallarının böyük köməyi ilə 978 saylı hərbi qatar ana xətdən çıxarılaraq dalan yola salındı”, - deyə M. Mehdiyev həmin dövrü belə xatırlayır.

Onun sözlərinə görə, həmin vaxt paralel olaraq quru yollar da bağlanıb: “Qatarı tamamilə mühasirəyə saldıq. Qusardan gələn maşınlar Yalamada dəmir yolunun üzərinə çıxaraq yolu bağladı. Xaçmazı biz bağlamışdıq. O vaxt Dərbənd azərbaycanlıları ayağa qalxaraq şəhərin girəcəyindəki tunelin önündə tonqallar yandıraraq keşik çəkirdilər. Məqsəd quru yolların da bağlanması idi. Azərbaycanla Rusiya arasındakı Samur keçid məntəqəsində çayın üzərindəki böyük köpüyə ağır tonnajlı maşınlar çıxarıldı. Şirvanovka, Xanoba və Nabran kəndlərində də postlar quruldu. Beləliklə, əsas girişlər bütünlüklə qapadıldı”.

“35 nəfər qatarın qarşısını kəsmək üçün relslərin üzərinə uzanacaqdı, hücum planlaşdırmışdıq”

M. Mehdiyev eşelon komandirinin qatarın mühasirəyə alınmasındn sonra onlarla danışıqlara getmək məcburiyyətində qaldığını deyir: “Polkovnik idi. Çox qəddar insan idi. Üçnəfərlik heyətlə Xudat dəmiryol stansiyasının anbarında danışıqlara başladıq. Bizdən yolu açmağı tələb etdi. Qadınlara, uşaqlara rəhm etməyəcəyi ilə hədələdi. Həmin vaxt paralel olaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi, Xaçmazdan SSRİ-nin və Azərbaycan SSR-nin deputatı olan Viktor Polyaniçko da rayon rəhbərliyi ilə danışıqlar aparırdı. O da qatarın qarşısının açılmasına və eşelonun Bakıya hərəkət etməsinə çalışırdı. Mənə məlumat verdilər ki, bununla belə V. Polyaniçko vəziyyətin ciddiliyini və hərbi qatarın irəliləyə bilməyəcəyini başa düşüb. Bizim isə fikrimiz qəti idi. Hərbi eşelonun komandirinə mühasirədə olduqlarını, irəliləyəcəkləri təqdirdə daha böyük müqavimətlə üzləşəcəklərini bildirdik. Biz əlavə tədbirlər görmüşdük. Xeyli sayda “molotov kokteyli” hazırlamış, əlimizdə olan ov tüfəngləri ilə silahlanmışdıq. Silahlandığımızı danışıqlarda sözarası eşelonun komandirinə eşitdirdik. Operativ planımıza görə, qatar irəliləyəcəyi təqdirdə müəyyən olunmuş ərazidə dəmiryolu xətti dağıdılacaq, qatara hücum edilərək əsgərlər tərksilah olunacaqdı. Hətta 35 nəfər hərbi biletini təhvil vermişdi və onlar relslərin üzərinə uzanacaqdı. Yanvarın 18-də vəziyyətin mürəkkəbliyini başa düşdülər və danışıqların heç bir nəticə vermədiyini gördülər. Axşam əmr gəldi ki, eşelon geri qayıtsın. Qatar Qorbaçov əleyhinə şüarlarla Xudat stansiyasından geri göndərildi” - deyə o bildirir.

“Həmin günlər polis şöbəsində bir dənə də cinayət, oğurluq faktı qeydə alınmamışdı”

M. Mehdiyev həmin vaxt qeydə alınan maraqlı bir detala da toxunub: “Biz həbsxanadan çıxan cibgirlərə, oğrulara, keçmiş məhkumlara asayişi qorumaları üçün xüsusi müraciət etmişdik. Maraqlıdır ki, həmin günlər Xaçmaz polis şöbəsində bir dənə də cinayət, oğurluq faktı qeyd alınmamışdı. İnsanlar bir nəfər kimi düşmənə qarşı birləşmişdi. Qatarın Bakıya buraxılmaması regionun tarixində ciddi hadisə idi. Biz əli silahlı müqavimətçilər idik. Məqsədimiz ölkəmizi hücumlardan, təcavüzdən qorumaq idi. Bu işdə iştirak edən hər kəsə təşəkkür edirəm. Amma iki gün sonra Bakıya başqa istiqamətdən hücumlar oldu və qırğınlar törədildi. 20 yanvar heç vaxt undulmayacaq tarixdir. O gün yüzlərlə şəhid verdik, eyni zamanda, müstəqilliyimizə qovuşduq. Şəhidlərimizin qəbri nurla dolsun”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az