• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq”  

18:14 15.09.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Vahid Əhmədov: “Hər həftə, hər ay qiymətlər dəyişir, əhali çatdıra bilmir, sosial vəziyyət gərgindir”

Vüqar Oruc: “Bazarda müəyyən bahalaşma olacaq, lakin bu, ciddi və qeyd olunan səviyyədə baş verməyəcək”

Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində yenidən dəyişiklik edilib.“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN həddində qərarlaşıb.

SOCAR-ın rəsmi açıqlamasına görə, ölkəmizdə premium və super markalı benzinin qiymət artımına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. Qurumdan bildirilib ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Sosial şəbəkələrdə “Aİ-95” və “Aİ-98” markalı benzinlə yanaşı, çörəyin qiymətində də artımın olmasına dair məlumatlar yayılıb. İddia edilir ki, ölkənin aparıcı çörək istehsalçıları qiymətləri 30 faizə qədər bahalaşdırıb. Koronavirus pandemiyasının vüsət aldığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, sosial-iqtisadi problemlərin hökm sürdüyü hazırkı şəraitdə qiymət artımları ciddi etirazlara səbəb olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya deyib ki, artıq ölkəmiz premium və super markalı benizinin istehsalı barədə düşünməlidir: “Bu, artıq neçənci dəfədir ki, baş verir. Hər dəfə SOCAR belə izahat verir ki, adıçəkilən benzin markaları Azərbaycanda istehsal olunmur. Bu, yetərli arqument sayıla bilməz. Bu halda ortaya sual çıxır: Niyə ölkəmizdə istehsal olunmur? Əgər doğrudan da idxal bizi hər dəfə bu addımı atmağa təhrik edirsə, deməli, təcili olaraq bu benzin markalarını istehsal edən zavodlar tikməliyik. Digər yandan qiymətlərə bazar diqtə edirsə, “Aİ-92” markalı benzinin da qiymətlərində enmələri müşahidə etməliyik. Lakin bunlar baş vermir”.

Deputat qeyd olunan məsələni Milli Məclisin plenar və komitə iclaslarında qaldıracağını bildirib: “Hər kəsə məlumdur ki, koronavirus infeksiyası uzun müddətdir dünya ölkələrini, o cümlədən Azərbaycanı əldən salıb. Faktiki olaraq bir çox sahələr iflic vəziyyətinə düşüb. Çoxlu sayda iş yerləri ya bağlanıb, ya da fəaliyyətsiz duruma gəlib. Əhalinin sosial-iqtisadi durumu pisləşib. Bunu etiraf etmək lazımdır. Belə bir dövrdə qiymət artımlarına getmək yolverilməzdir. İstər daxili, istərsə də xarici faktorların təsiri nəticəsində baş versə belə buna getmək olmaz. Bir halda ki, qiymət artımları var, maaş və pensiyaların, işsizlik müavinətlərinin artırılması məsələsinə baxılmalıdır. Demək olar, hər həftə, hər ay qiymətlər dəyişir. Əhali isə çatdıra, ayaqlaşa bilmir, böyük maddi sıxıntılar keçirir”.

Əhmədov əlavə edib ki, “Aİ-92” markalı benzinin də bahalaşacağı gözlənilir: “Bir daha qeyd etmək istəyirəm, əgər xarici amillər benzin qiymətlərinin bahalaşmasına səbəb olursa, bu halda ölkəmizdə istehsal olunan yanacaq markalarının qiymətləri enməlidir. Göründüyü kimi, bu, baş vermir. Hesab edirəm ki, qarşıdakı dövrlərdə “Aİ-92” markalı benzinin də qiyməti bahalaşacaq”.

“VECON CONSULTING” şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc AYNA-ya şərhində qeyd edib ki, yanacaq məhsullarının qiymət artımı adətən ümumi qiymətlərə təsir göstərir: “Sözsüz ki, bu amilin həm iqtisadi, həm də psixoloji baxımdan yan təsirləri olmamış deyil. Yanacağın bahalaşması ölkəboyu ümumi qiymət artımlarına yol açır. Lakin nəzərə alanda ki, yüklərin daşınması əsasən dizel və “Aİ-92” yanacaqları ilə işləyən avtomobillər tərəfindən həyata keçirilir, son qərarın qiymətlərə təsiri cüzi olacaq. Bəzən sahibkarlar qiymət artımlarından sui-istifadə edir, lazım olduğundan daha artıq şişirtmələrə yol verirlər. Nəticədə zərbə istehlakçılara dəyir. Digər yandan, ölkədə azad rəqabət şəraitinin mövcud olmaması qiymət artımlarına rəvac verən faktor rolunda çıxış edir. Biz bunu dəfələrlə təcrübədə müşahidə etmişik”.

Ekspertin bildirdiyinə görə, premium və super markalı benzinlərin bahalaşması bazara ciddi təsir göstərməyəcək: “Bilirsiniz ki, bu markalı benzinlər əsasən A sinfinə aid avtomobillər tərəfindən istehlak edilir. Bunu əsas götürdükdə, ümumi bazara ciddi təsirlər gözlənilmir. Daha çox ölkədə emal olunan yanacaq markaları bahalaşan zaman ümumi qiymət artımlarını müşahidə edirik. Təbii ki, müəyyən təsirlər ola bilər, lakin bu, iddia edildiyi kimi, ciddi səviyyədə olmur”.

“Son qərarın daşınmaz əmlak və avtomobil bazarında qiymətlərə təsirinə gəldikdə isə, bunun baş verəcəyi də inandırıcı görünmür. Daşınmaz əmlak bazarında təklif tələbi üstələyir. Premium və super markalı benizlərlə qidalanan avtomobillər isə olduqca bahalıdır və bunu alan şəxslər daha çox komfortuna görə həmin maşınları seçirlər”, - deyə Oruc vurğulayıb.

 


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az