Füzuli-Şuşa avtomobil magistralının tikintisində böyük mənimsəmənin üzə çıxdığı iddia olunur…
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun ölkədən çıxışına yasaq qoyulub. MilliYol.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoçarxda bildirilir.
Yayılan məlumatlara əsasən Füzuli-Şuşa avtomobil magistralının tikintisində Saleh Məmmədovun ciddi nöqsanları üzə çıxıb və və qərara alınıb ki, “Azəravtoyl” şefinin bütün fəaliyyəti yoxlanılaraq qiymət verilsin. Qeyd olunur ki, Saleh Məmmədovun ölkədəki və xaricdəki mal varlıqları, o cümlədən ofşor hesabları araştırılır. Buna görə də onun ölkədən çıxmasına müvəqqəti yasaq qoyulub. Bəzi qaynaqlar Füzuli-Şuşa avtomobil magistralının tikintisi üçün ayrılan vəsaitin bir hissəsinin Saleh Məmmədov tərəfindən ölkədən çıxardığı iddia ediblər. Eyni zamanda onun başqa layihələrdən də mənimsəmələrə yol verdiyi və xaricə transfer etdiyi vurgulanır.
Mənbələr Saleh Məmmədovun vəzifədən alınmasını xaricə daşınan pulların geri qaytarılmasından sonra baş tutacağını qeyd ediblər.
Bildirilir ki, Saleh Məmmədov Agentliyin idarəetməsindən də uzaqlaşdırlıb və hazırda Agentliyə bu qurumun digər oliqarx məmurlarından biri olan Əvəz Qocayev rəhbərlik edir.

Xatırladaq ki, Saleh Məmmədov və Əvəz Qocayev Azərbaycanın oliqarx məmurları sırasında heç də sonuncu yerdə gəlmirlər. Onların ölkədə və ölkə xaricində milyonlarla dollar sərvətlərinin olduğu haqqında məlumatlar cəmiyyətdə dolaşmaqdadır.
Daha ətraflı sözü keçən videocarxda:
MilliYol.az