• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Çovdarov biznesmenin oğlunu necə qaçırdı?

12:37 20.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Ləğv edilmiş MTN-in yüksək rütbəli şəxsləri ilə bağlı açılan cinayət işlərindən ortaya çıxan epizodlardan bəlli olur ki, nazirlik əməkdaşları vəzifə səlahiyyətlərindən istifadə edərək talamaq və gəlir gətirmək məqsədi ilə Bakıda çoxmərtəbəli bina tikintisi ilə məşğul olan iş adamlarından bəzilərini özlərinə qurban seçiblər.

Bu soyğunlarda adı ən çox hallanan şəxs isə MTN generalı Akif Çovdarovdur. Çovdarovun qurbanı olan həmin iş adamlarının bəziləri isə MTN generalının “toruna düşdükdən” bir neçə il sonra müxtəlif səbəblərlə həbsə düşüblər. Dələduzluq ittihamı ilə həbsə düşən həmin biznesmenlərin cinayət işindən məlum olur ki, onlar tikdikləri binalardakı evləri bir neçə vətəndaşa satmaqla vətəndaşlara külli-miqdarda ziyan vurublar. Bəs niyə? Ölkədə kifayət qədər gəlirli sahə olan tikinti biznesi ilə məşğul olan şəxs əlində bina tikəcək qədər pulu olduğu halda sadə vətəndaşları niyə aldatmaq həvəsinə düşüb?

Belə ki, Çovdarov və dəstəsinin qurbanlarından olan  “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

 Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs kimi ifadə verən Nəsib Əliyev bildirib ki, MTN generalına ümumilikdə 430 min dollar və 1 milyonluq manatlıq mənzil verib.

Nəsib Əliyev ilk dəfə 2006-cı ildə Çovdarov və dəstəsinin “radar”ına düşüb. Belə ki, 2006-cı ildə MTN əməkdaşları onun ofisinə gələrək nazirliyə çağırıblar. Nazirlikdə onu Çovdarov qəbul edib və ondan 100 min dollar pul tələb edib. Müəyyən danışıqdan sonra 80 min dollara razılıq əldə olunub.  Nəsib Əliyev pulu sabahı gün  Akif Çovdarova çatdırıb.

Çovdarov 2007-ci ildə Nəsib Əliyevin oğlunu yoldan qaçırdaraq MTN-ə gətirdib. Oğlunun dalınca gələn sahibkar Çovdarovla görüşüb. Oğlunu bir də görə bilməyəcəyi hədəsi ilə Çovdarov ondan daha 500 min dollar tələb edib. Uzun sürən söhbətlərdən sonra 350 min dollara razılıq əldə edilib. Zərərçəkən qohumdan-əqrabadan topladığı borcla Çovdarova 350 mini verib və oğlunu həbsdən xilas edib.

Nəsib Əliyev bununla da Çovdarovun caynağından qurtula bilməyib. 2009-cu ildə Çovdarov onu başqasının əmlakını ələ keçirmə adı ilə yenidən MTN-ə gətizdirib. Ona hədə-qorxu gələrək 1 milyon pul tələb edib. O qədər pulunun olmadığını deyən Nəsib Əliyev bunun əvəzində 1 milyonluq mənzil verməsi təklifi ilə razılaşmalı olub. Nəsib Əliyev 1 milyonluq mənzili Çovdarovun yaxınlarının adına keçirib.

Daha bir zərərçəkmiş və zərərvurmuş şəxs isə “AzərTikinti ATF”MMC-nin rəhbəri Azər Quliyevdir. O da vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu iş adamının taleyi isı digərlərindən daha ağır olub. Belə ki, 2015-ci ilin avqust ayında Azər Quliyev cəza çəkdiyi  həbsxanada dünyasını dəyişib.

Azər Quliyev zərərçəkən kimi istintaqa ifadəsində bildirib ki, 2008-ci ilin fevral-mart aylarında Akif Çovdarov digər dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə 2008-ci ilin fevral ayında onu MTN-ə çağırıb. A. Çovdarov A. Quliyevin 8 saat ərzində yaxın qohumları, ailə üzvləri ilə əlaqə saxlamasına imkan vermədən hərəkət sərbəstliyini məhdudlaşdırıb nazirlik əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlamaqla qanunsuz azadlıqdan məhrum edib.

A. Çovdarov xidməti otağında onunla görüşərək qarşılıqlı biznes əlaqələrinə malik olduğu şəxslərlə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək, “Orxan” MMC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasından saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar mənzillərin satışına görə barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi ilə şəxsən hədələyib və 1 200 000 ABŞ dolları məbləğində pul vəsaiti tələb edib. 2 mənzilin ona  verilməsi ilə razılaşıb. Bundan əlavə, 2008-c il martın 11-də Azər Quliyevi direktoru olduğu “Azərtikinti-ATF” MMC ilə “Babək-94” müstəqil kiçik müəssisəsi arasında bağlanılmış müqavilə əsasında inşa edilən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2942a məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında (hazırda Xudu Məmmədov küçəsi, 34) inşa edilən yaşayış binasında öz payına düşən 62 860 manat dəyərində 89,8 kvadrat metr ölçüdə olan və bazar dəyəri 115 500 manat təşkil edən həmin ölçüdə mənzilləri dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu Bağırov Kazım Alməmməd oğlunun adına sənədləşdirilməsi ilə hər iki mənzili dəyəri ödənilmədən əvəzsiz sürətdə hədə-qorxu ilə əldə edib.

Həmçinin 2008-ci il mart ayında Səlim Məmmədov Bakı şəhəri 8-ci kilometr yaşayış massivi, “Borçalı” şadlıq sarayının yaxınlığında Azər Quliyevlə görüşüb ondan hədə-qorxu ilə müvafiq dövrün məzənnəsinə görə 12 478 manata bərabər 15 000 ABŞ dolları alıb. Bununla onlar özgənin külli miqdarda pul vəsaiti və əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, mənafelərinə, həmçinin, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.

Çovdarovun tikinti qurbanların biri də “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovdur. İlham Qasımov da külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilib. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır. Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İlham Qasımovun 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Yaxın günlərdə İlham Qasımova hökm oxunacaq.

İlham Qasımov Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs qismində ifadə verərək bildirib ki, 2007-ci ildə Akif Çovdarov qardaşı İslam Qasımovu MTN-ə aparıb. Ona müxtəlif cür təzyiqlər edib. Bundan sonra Çovdarov İlham Qasımovu da nazirliyin binasına dəvət edib, qardaşının bədəninə elektrik cərəyanı verməklə işgəncə edəcəyi barədə hədə-qorxu gələrək 500 min dollar tələb edib. Tərəflər arasında söhbətdən sonra 250 min dollara razılıq olub. İlham Qasımov bu pullu birbaşa Çovdarova verib.

Üstündən 2 il keçəndən sonra Çovdarov yenidən İlham Qasımovu tələyə salıb. Ofisində odlu silah aşkarlanacağı ilə hədələyərək onu MTN-ə gətizdirib. Onun barəsində cinayət işi açılacağı barəsində hədə-qorxudan sonra İlham Qasımov Çovdarova yenidən 250 min dollar verməli olur.

İlham Qasımov bununla da Çovdarovun əlindən qurtula bilmir. 2011-ci ildə yenidən İlham Qasımov həbslə hədələnir.  İlham Qasımov bu dəfə 200 min dolları Akif Çovdarova verir.

İlham Qasımov 2015-ci ilin əvvəllərində yenidən Çovdarovla üz-üzə gəlir. Çovdarov onun oğlu Nurlan Qasımlını narkotik maddələrin qanunsuz dövriyyəsi adı altında həbs etdirir. İlham Qasımov nazirliyə dəvət olunur. Çovdarov bu dəfə 300 min dollar tələb qoyur. İlham Qasımov isə həmin məbləği verməyəcəyini deyir. Aparılan söhbət əsasında sonda 50 min dollara razılıq əldə olunur.

…və yuxarıda adı çəkilən biznesmenlər bu hadisələrdən bir neçə müddət sonra dələduzluqda təqsirləndirilərək həbs edilir. (lent.az)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az