• Xəbər lentİ
Fləş

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“2020-ci il bizim üçün çətin olsa da, yeni müştərilər qazana bilmişik” (MÜSAHİBƏ)

12:43 01.09.2020 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Koronavirus pandemiyasının başlaması, sərhədlərin bağlanması, bir sıra şirkətlərin, fabrik və zavodların fəaliyyətini dayandırması nəqliyyat və logistika şirkətlərinin də işinə təsirsiz ötüşməyib. Şirkətlər öz işlərini hazırkı vəziyyətə uyğun olaraq, yenidən qurmaq məcburiyyətində qalıblar. Bəzi şirkətlər böhran strategiyası əsasında fəaliyyət qurmağa çalışır, postpandemiya dövrü üçün planlar üzərində işləyirlər. Belə şirkətlərdən biri də Azərbaycanda nəqliyyat və logistika sahəsində tanınan “ScanEX Enterprises Limited”dir. Şirkətin direktoru Kənan Sadıqlı “MediaPost”a müsahibəsində pandemiya dövrünün tələbinə uyğun olaraq, hazırkı fəaliyyət istiqamətlərini dəyərləndirib:

- Pandemiya ilə bağlı məhdudiyyətlər davam edir. Bu, yüklərin çatdırılmasında və digər fəaliyyət istiqamətlərində hansısa çətinliklər yaradırmı?

- Beynəlxalq yükdaşımalar sahəsində əsasən, Avropa ölkələri ilə əməkdaşlıq edirik. Yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasını, sürücülərin seçilməsini Avropadakı partnyor agent şirkətlər həyata keçirirlər. Pandemiyanın Azərbaycanda pik həddə olduğu dövrdə xarici sürücülərin Azərbaycana gəlməklə bağlı qorxuları var idi. Eləcə də, gömrükdə yoxlama məntəqələrində yüklər 10 gün, hətta bəzən 15 gün saxlanılırdı, nəticədə tıxaclar və yüklərin çatdırılmasında gecikmələr olurdu. Hazırda bu problemlər aradan qalxıb. Avropa ölkələri demək olar ki, normal iş rejiminə qayıdıb. Fabriklər, zavodlar fəaliyyətlərini bərpa ediblər.

Sadəcə olaraq, aviayüklərin daşınması nisbətən çətinləşib. Məsələn, əvvəl “Silkway” Avropanın müxtəlif hava limanlarına həftədə 2-3 uçuş həyata keçirirdisə, hazırda həftədə bir dəfə, bəzən iki həftədən bir uçuş gerçəkləşir. Bu, təbii ki, yüklərin daşınmasında gecikmələrə səbəb olur. Amma digər nəqliyyat növləri ilə yüklərin daşınmasında hər hansı problem yoxdur. Hazırda Volqa-Don istiqamətində dəniz yolunu istifadə edirik və bu istiqamət oktyabr-noyabr aylarına kimi açıqdır. Bundan əlavə, yüklər Poti limanına, oradan isə dəmiryolu ilə Azərbaycana gətirilir. Amma bunu adətən, yüklərin birbaşa çatdırılması mümkün olmadıqda, naviqasiya periodu bağlananda edirik.

- Hava nəqliyyatı ilə yükdaşımalarda çətinliyi necə aradan qaldırırsınız?
- Belə yüklər adətən, həcmi kiçik olan, ya da təcili çatdırılmalı olan yüklərdir və müştərinin tələbi ilə hava nəqliyyatı ilə gətirilir. Yəni bunu əvəz etmək olmur. Məsələn, avtonəqliyyat vasitəsilə Avropadan Azərbaycana yükləri ən tez halda, 15-17 gün ərzində gətirmək mümkündür. Təyyarə ilə gətirilən yükü isə müştəri maksimum bir gün sonra götürə bilir.

- Ümumiyyətlə, pandemiya fəaliyyətinizə necə təsir göstərib?
- Azərbaycanda nəqliyyat və logistika sahəsi pandemiyadan zərər görən sahələrdən biri olsa da, “ScanEX”də kəskin azalma müşahidə edilməyib. Ümumi dövriyyədə 30% azalma olub. Yükdaşımalarda ciddi itkilərimiz olmayıb. Məsələn, nəqliyyat və logistika sferasının turizm sahəsi kimi tamamilə fəaliyyəti dayandırılmayıb.

“ScanEX”in əsas yük daşımaları neft sektoru ilə bağlıdır. Qeyri-neft sektoru ilə bağlı daşımaların həcmi isə azdır. Müştərilərin sifarişləri davam edirdi, neftin ucuzlaşması bəzi layihələrə təsir göstərdi. Büdcələr azaldı. Məsələn, platforma tikintisi, terminal işləri dayandı. Bəzi layihələrin icrası isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

- Dövrün tələblərinin dəyişdiyi bir şəraitdə necə işləməyi planlaşdırırsınız? Postpandemiya, yaxud böhran dövrü üçün hansısa biznes strategiyanız varmı?
- 2020-ci il bizim üçün çətin olsa da, yeni müştərilər qazana bilmişik. Düzdür, həcmi böyük olmasa da, yeni layihələrimiz var. “ScanEX” təkcə beynəlxalq yük daşımalarını deyil, digər xidmətləri də həyata keçirir və bu sahələrdə yeni partnyorlar qazanırıq. Məsələn, ağır texnikanın icarəsi sahəsində 1, nəqliyyatın icarəsi sahəsində 2 yeni müştəri ilə müqavilə imzalamışıq. Bundan əlavə, pandemiya ilə əlaqədar, nəqliyyat vasitələrinin icarəsi artıb. Belə ki, karantin şəraitində əsas tələblərdən biri - ara məsafəsinin saxlanılması işçilərin daşınması ilə əlaqədar, avtobusların sayını artırıb. Məsələn, əvvəl 28 yerlik bir avtobus tam həcmdə istifadə edilirdisə, indi bu avtobusdan 14 nəfər istifadə edə bilər. Bu isə o deməkdir ki, müştəri bizdən 1 avtobus əvəzinə 2-ni sifariş etməli olur.

Bəzi layihələrdə isə azalma müşahidə edildi. Məsələn, Səngəçal terminalı qeyri-müəyyən vaxta qədər bağlandı və orada bütün nəqliyyat vasitələrimizin fəaliyyəti dayandırıldı. Nəqliyyatın icarəsində kəskin azalma əsasən, mart-aprel aylarında müşahidə olunurdu. Çünki şirkətlərin layihələrinə davam edib-etməyəcəyi bilinmirdi. Nəticədə, bir müddət durğunluq yarandı. Ümumilikdə, nəqliyyatın icarəsi sahəsində azalma olsa da, iş davam edir. Məsələn, əvvəl 20 avtobus sifariş edilirdisə, indi 10-12 avtobus sifariş edilir. Yəni azalma var, amma sıfıra düşdüyünü demək olmaz.

- Ağır texnikaların icarəsində son vəziyyət necədir?
- Əsas fəaliyyət istiqamətimiz yükdaşıma və nəqliyyat vasitələrinin icarəsi ilə bağlıdır. Müştərilərimizə sərnişin avtobuslarından tutmuş, pikaplara kimi, hər növ avtomobil təqdim etmək imkanımız var. Amma “ScanEX” nəqliyyat vasitələrinin icarəsi sahəsində sırf korporativ müştərilərə yönəlib. Ağır texnikaların icarəsini isə son iki ildə köməkçi sahə olaraq, müştərilərə təklif edirik. Bu sahədə dövriyyəmiz elə də böyük deyil.

“Ai-95” markalı benzinin avro standartlara uyğun istehsalını həyata keçirmək üçün hazırda neft emalı zavodunun yenidən qurulması prosesi gedir. Bu işləri həyata keçirən, qlobal birjalarda səhmləri satılan İspaniya tikinti şirkəti ilə əməkdaşlıq edirik və artıq 3-4 ağır texnikamız bu layihəyə cəlb edilib. Bu işi həyata keçirmək üçün yüksək standartlar tələb edilir. Bizim istifadə etdiyimiz texnikalar BP standartlarına uyğundur. Belə ki, istifadə etdiyimiz ağır texnikaların istismar müddəti 10 ili, nəqliyyat vasitələrinin istismarı isə 5 ili keçmir.

- Daşınan yüklər üzrə risklər adətən, şirkətin üzərində olur. Hər hansı sığorta hadisəsi ilə qarşılaşmısınızmı?
- Beynəlxalq konvensiyaya uyğun olaraq, yüklərin 70%-i sığortalanır. Əlavə olaraq, yükün 30%-lik hissəsini özümüz sığorta etdiririk. Hər hansı bir problem yaranarsa, müştəri birbaşa bizə müraciət edir. Daşıdığımız yüklər çox bahalıdır. Məsələn, bir avadanlıq 250 min avrodursa, bir maşında 4 belə texnikanın daşınması 1 milyon avro deməkdir, yəni yükü gətirən avtomobilin dəyərindən dəfələrlə çoxdur. Bu baxımdan, yükləri 100% sığorta etdiririk ki, sabah hər hansı problemlə üzləşməyək. Ümumilikdə isə indiyə qədər beynəlxalq yükdaşımalarda hər hansı bir qəza ilə üzləşməmişik. Nəqliyyatda sadəcə, kiçik zərərli qəzalarla rastlaşırıq. Məsələn, avqustun 3-də “ScanEX”ə aid 1, digər partnyorlara aid 2 avtobusa qəza nəticəsində ziyan dəyib. Qarşı tərəfə dəyən zərəri sığorta şirkəti ödəyəcək.


Etiket:

Digər xəbərlər

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

11.06.2026
Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

11.06.2026
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

11.06.2026
DÇ-2026: Futbol bayramı başlayır

DÇ-2026: Futbol bayramı başlayır

11.06.2026
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11.06.2026
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11.06.2026
Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

11.06.2026
Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

11.06.2026
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

11.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az