• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Daha bir əsgər ölümü: “Zabit dedi pul gətir, ya da oğlun səhərə sağ çıxmayacaq” - VİDEO

12:57 05.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Gədəbəydə xidmət edən 7 ayın əsgərindən 5 min manat istəyiblər

Oktyabr 29-da Lətifovlar ailəsinə bəd xəbər verilib. Ailəyə hərbi hissədən zəng edərək 7 aydır hərbi xidmət çəkən oğulları Pərvin Lətifovun ürəyinə silahdan atəş açaraq intihar etdiyini deyiblər. Bu barədə mərhum əsgərin anası Xalidə Lətifova “Azadlıq” qəzetinə məlumat verib.



O bildirir ki, hadisədən əvvəl özünü zabit kimi təqdim edən şəxs ona zəng edərək oğlunun postda yatdığını deyib.“Bizə zəng edib dedilər ki, “Siz uşağınızı düzgün tərbiyə etməmisiniz. Niyə uşağınıza tərbiyə verməmisiniz? O, postda yatır”. Dedim ki, 7 aydır uşaq sizin yanınızdadır, mənim yanımda deyil ki, tərbiyə verim. Sonra da 7 ayda mənim uşağımdan bircə dəfə də şikayət gəlməyib”.

Valideyn zabitə deyib ki, əgər oğlu postda yatırsa, onu aşağı endirsinlər. Zabit isə bunun xərcinin olduğunu bildirib. “Dedim, uşağımı aşağı salın. Dedi, “aşağı yerə salsaq, sənin uşağına 5 ildən 8 ilə iş düşür. 5 min manatınız varmı gətirib verməyə?” Dedim, yox, yoxdur. Mənim 5 qəpiyim də yoxdur. Dedi, “axşam uşağı posta çıxardacağıq, əgər postda yatsa, o uşaq sizin deyil”. Anaya bu kəlməni deyərlərmi? Mənə deyir, uşağın səhərə sağ çıxmayacaq”.

Şəkinin Baş Layısqı kənd sakini 19 yaşlı Pərvin Lətifov 7 aydır Gədəbəydə xidmət edib. Anası deyir ki, kasıb yaşayırlar. Oğlunu əsgərliyə aparmaq üçün zorla diş düzəldiblər ki, apara bilsinlər. “Dedim, verin mən uşağımla danışım. Mən uşağımla danışanda gördüm ki, zarıya-zarıya danışır. Uşağıma dedim, can balam, gecə yatma, gözünə duz-istiot sürt, amma yatma. Bu gecəlik yatma, qurban olum sənə, yatma. Yalvarmışam uşağıma telefonda. O da dedi ki, qorxma düzələcək”.
 
Ana deyir ki, “10 saatın içində öldürüb verdilər mənə uşağımı”. O uşağı ki, 14 yaşından sonra evi dolandırırmış.

Xalidə Lətifova deyir, yoldaşı, o biri oğlu və özü də xəstəliklərdən əziyyət çəkirlər. Oğlu əsgərlikdə olanda da onlardan heç nə istəməyib. “Hələ o uşaq məndən pul istəməmişdi. Mən deyəndə, deyirdi mama, heç nəyin lazım deyil. Bircə özünüzü dolandırın. Bu vaxta qədər uşağımdan nə şikayət gəlmişdi, nə “sənin uşağın yatır” söylənmişdi, nə də “sənin uşağın postda dura bilmir” deyilmişdi”.

Valideyn oğlunun intihar etdiyinə inanmır. O deyir ki, hadisə baş verən axşam növbədə hansı komandirlər olubsa, oğlunun ölümündə onlardan şübhələnir. Hadisədən iki gün öncə oğlu ilə danışanda o deyib ki, komandirləri, zabitləri dəyişdirilib. “Onlar içkili idilər, içkili kimi danışırdılar. Bax siz sərrast danışırsınız indi, amma onlar sərrast danışmırdılar. Hədə-qorxu ilə danışırdılar. Yoldaşıma dedilər ki, sən evində yağ yeyirsənmi, yumurta yeyirsənmi? Sənin uşağına biz yumurta yedizdiririk, sənin uşağına burda filan şeylər içirdirik. Mən də kasıb ailədənəm, gəlib mənim vəziyyətimi görsəniz, özünüz ağlaya-ağlaya gedərsiniz. Bu vəziyyətdəyəm, əmisi də 94-cü ildə şəhid olub. Çevrilib baxan olmayıb. Mən bir göz otağın içində, bir qarın ac, bir qarın tox özgə paltarı ilə uşaq böyütmüşəm. Bu vəziyyətdə yaşayan uşaq orda nəsə edərmi?! Zülm, əziyyət görən uşaq nəsə edərmi?!”

Əsgərin nəşi gətiriləndə valideyni meyiti açıb baxmağa qoymayıblar. Qəbiristanlıqda da tam açmağa icazə verməyiblər. “Bizə deyiblər ki, ürəyindən güllə dəyib. Kim vurub, kim eləyib bilmirik. Meyiti açıb mənə göstərsəydilər, mən uşağımın hər yerinə baxardım, qoymadılar. Dedilər ki, guya özünü atıb. Nə oldu, 7 aydı özünü atmadı, indi atdı?! Yaxşı, əgər atıbsa, gör uşağıma nə zülm vermisiniz ki, özünü atıb. Üç gündən bir uşağım mənimlə telefonla danışıb, pis olsa idi, mənimlə danışa bilərdi?!”

Valideyn əlavə edir ki, oğlunun köhnə komandiri ona yaxşı baxıb. Anası ilə danışmağa şərait yaradıb. Onlardan heç vaxt pul istəməyib. “Köhnə komandir mənim uşağımı çox istəyirdi. Kasıblığına görə, xoşüzlülüyünə görə… Bunlar elə biliblər ki, mən komandirə pul vermişəm. Mənim uşağımı göndəriblər ki, mən onlara pul göndərim”.

Valideynin indi bir xahişi var “Oğlum intihar etməyib. Oğlumun adını təmizləsinlər”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az