• Xəbər lentİ
Fləş

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Əli Həsənova cinayət işi açıla bilər

11:09 15.05.2020 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Prezident İlham Əliyev “Qaçqınkom”un sabiq rəhbərinin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin çox zaman müəyyən məbləğ qarşılığında verildiyini və ya ümumiyyətlə kənar şəxslərə satıldığını bildirib. Xatırladaq ki, prezident bu sözləri mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək və bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır: “Həm Dövlətqaçqınkom və eyni zamanda yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”.

Prezidentin çıxışında yer alan bu faktların hər biri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun “fəaliyyət” dövrünə aiddir. İllərdir ki, onun imza atdığı korrupsiya faktları, mənzillərin paylanılması zamanı yeyintiyə yol verilməsi, məcburi köçkünlərdən pul alınması kimi hallar mətbuatda işıqlandırılırdı. Bu sahədəki problemin dövlət rəhbərliyi səviyyəsində açıqlanması həm də Əli Həsənovun ciddi hüquqi məsuliyyət qarşısında qaldığını göstərir.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütün faktlar nəzərə alınsa, Əli Həsənov məsuliyyətə cəlb edilə bilər: “Əgər qeyd olunan faktlar konkret şəxsə - Əli Həsənova dair öz təsdiqini taparsa, külli miqdarda dövlət əmlakının mənimsənilməsindən və korrupsiyadan söhbət gedir. Rüşvətxorluq, vəzifədən sui-istifadə etmə, xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə kimi bir neçə cinayət əməli üzrə iş açıla bilər və onun cəzası da yüksək olacaq. Bunun nəticəsi ən azı üst-üstə 15 illik həbs cəzası ola bilər. Onu da nəzərə almaq lazımdır ki, burada zərərçəkən təkcə dövlət də deyil, həm də vətəndaşlardır. Bir var ki, dövlət əmlakını mənimsəyərkən ancaq dövlət zərər çəksin, bir də var ki, həm dövlət, həm də vətəndaşlar ziyan çəkir. Zərərçəkən qismində vətəndaşlar da çıxış edir. Dövlət vətəndaşlar üçün çox işlər görüb, ancaq bəzi məqamlarda vəsaitlər ünvanına çatmayıb. Bu mənada Əli Həsənov həbs edilə də bilər”.

Ə.Həsənov onu da vurğuladı ki, dövlət məmurunun əlinə bu qədər vəsait keçəndə və nəzarət olmayanda orada mənimsəmək üçün geniş imkan olur: “Digər məqam isə odur ki, burada təkcə hüquq yox, mənəviyyat məsələsi də var. Heç bir korrupsiyaya haqq qazandırmıram, amma burada həm də mövzu qaçqınlarla bağlıdır. Necə şərh etsək də, burada böyük cinayətdən söhbət gedir”.

İqtisadçı ekspert Pərviz Heydərov da problemlərin və korrupsiya hallarının əsas səbəbi kimi dövlət vəsaitlərinin xərclənməsinə nəzarət mexanizminin olmamasını dilə gətirdi: “Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət çox işlər görür. Mənzil təminatından tutmuş digər sosial problemlərin həll olunmasına qədər... Dövlət büdcəsindən və Neft Fondundan bu məqsədlə külli miqdarda vəsaitlər ayrılır. Neft Fondundan birbaşa olaraq, əhalinin bu və ya digər sosial problemlərinin həlli məqsədilə deyil, məhz qaçqın və məcburi köçkünlərlə əlaqədar birbaşa olaraq vəsait daha çox ayrılır. Əhalinin qalan təbəqəsinin problemlərinin həll olunması üçün dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu vəsaitlərin təyinatına uyğun xərclənməsi, məqsədə müvafiq xərclənməsi hər zaman aktual xarakter daşıyıb. Ancaq bu vəsaitlərin xərclənməsinə yetərli nəzarət mexanizminin olmadığı illər öncədən müzakirə edilirdi. Hökumətin bu sahəyə külli miqdarda vəsait ayırması baxımından, həmin maliyyə vəsaitlərinin təyinatına uyğun düzgün xərclənməsinə müvafiq mexanizmin nə qədər təkmil xarakter daşıdığı həmişə sual altında idi”.

İqtisadçının sözlərinə görə, prezidentin çıxışında bundan sonrakı dövr üçün ciddi siqnallar var: “Əli Həsənovun dövründən indiyə qədər problemin əsas səbəbi məhz budur. Qaçqın və məcburi köçkünlərə ayrılan təkcə mənzillər yox, sosial ehtiyaclarının ödənilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərin yerinə yetirilməsinə müvafiq nəzarət qənaətbəxşdirmi? Bu mexanizm kifayət qədər təkmil deyildi. Bu ilk dəfə dövlət başçısı səviyyəsində etiraf olundu. Bu ciddi bir siqnaldır və bilavasitə çağırışdır ki, dövlət vəsaitlərinin və Neft Fondu pullarının xərclənməsinə nəzarət kökündən dəyişdirilsin, bu sahəyə daha təkmil nəzarət olunsun”.

Qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Cari ilin 31 mart tarixinə olan statistikaya görə, bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün fonddan ümumilikdə 2 milyard 563,6 milyon manat, o cümlədən cari ilin 1-ci rübü ərzində 60,9 milyon manat vəsait ayrılıb. Nəticədə qaçqın və məcburi köçkünlər üçün 75 qəsəbə salınıb, 288 bina tikilib ki, onlarda mənzil sayı 37 397 olub. Həmçinin bu qəsəbələrdə 86 məktəb, 5 xəstəxana, 67 uşaq bağçası tikilib. Lakin dövlət başçısının da qeyd etdiyi kimi, bütün bu layihələrin həm tikilməsində, həm də paylanmasında sui-istifadə və yeyinti hallarına yol verilib. Daha yaxşısı bu olardı ki, 37 mindən çox mənzildə kimlərin məskunlaşması ilə bağlı yenidən araşdırma aparıb, saxta qaçqınları ortaya çıxarmaqla evlər əsl sahiblərinə təqdim olunsun.

Mənbə: Musavat.com


Etiket:

Digər xəbərlər

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

11.06.2026
DÇ-2026: Futbol bayramı başlayır

DÇ-2026: Futbol bayramı başlayır

11.06.2026
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11.06.2026
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

11.06.2026
Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

11.06.2026
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11.06.2026
Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

11.06.2026
Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

11.06.2026
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

11.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az