• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Azər Rəşidoğlu: "Komandam jurnalistlər ordusudur..."

14:21 24.12.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərinə böyük diqqət var. Xüsusilə media sahəsində çalışanlar ard-arda namizədliklərini irəli sürürlər. Bunu müsbət qarşılayanlar da, mənfi münasibət bildirənlər də var. Jurnalistlərin seçkilərdə iştirakının qızğın tərəfdarlarından biri də siyası şərhçi Azər Rəşidoğlu mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb. MilliYol.Az həmin müsahibəni təqdim edir:

- Jurnalistlərin parlament seçkilərində iştirakını müsbət dəyərləndirmisniz. Media mənsublarının parlament seçkilərinə qatılması cəmiyyətə nə verə bilər?
- Mən sosial şəbəkələrdə də vurğulamışam ki, jurnalistlərin deputatlıq arzusuna müsbət yanaşıram. Jurnalistlər problemləri bilir və həll etməyə çalışır.

Bütün problemlərə baxmayaraq, media vətəndaşların sosial problemlərinə yardımçı olur. Harınlamış məmurları vətəndaşlar “jurnalistlərə deyəcəm” mesajı ilə çəkindirə bilir. Digər tərəfdən, jurnalistlər ictimai-siyasi proseslərdə bişmiş, təcrübə toplamış insanlardır. Odur ki, jurnalist çox yaxşı deputat ola bilir. Məsələn, keçmiş jurnalist Qənirə Paşayeva kimin nə deməsindən asılı olmayaraq, çox yaxşı deputat oldu. Hətta onun seçicisi olmayan vətəndaşlar da həmkarımıza müraciət edir. Bu amil jurnalistin deputat olmasının məqbul olmasını göstərir. Lakin burada bir məqam da var. Azərbaycanda mindən çox jurnalist var. İçərisində çox yaxşı yaşayan da var, kasıb olan da, "reket" də var. Yüzlərlə jurnalistin problemini bilən, yüzlərlə jurnalistdən biri olan, əli qabarlı fəhləlik edən qələm əhli niyə deputat olmasın ki? Qənirə Paşayeva kimi bir deyil, 10 deputat olsa pis olar ki? Ondan daha yaxşısını istəyirsinizsə, daha müstəqil fəhlə-jurnalistə dəstək olun. Biz jurnalistlər siyasətçiləri rəndələməklə məşğuluq, indi niyə öz həmkarlarımızı vurmalıyıq ki? Ləyaqətli, səmimi, peşəkar jurnalist xalqa zidd addım atmaz və milyonların səsi olardı. Bundan xalq da udar, hakimiyyət də udar, dövlət də udar.

- Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ictimai-siyasi seqmentdə birmənalı qarşılanmadı. Parlamentin buraxılmasını islahat kampaniyasının tərkib hissəsi hesab edənlərlə yanaşı, buna konspirativ yanaşaraq, müxtəlif fərziyyələr irəli sürənlər də oldu. Bəs sizcə, parlamentin buraxılması doğru addım idimi və əgər doğru idisə bu, hansı zərurətdən doğurdu?
- Etiraf edək ki, mövcud parlament son dövr ərzində ən zəif qanunverici orqan oldu. Belə parlamentlə nəinki islahatlara yardım etmək, hətta ən kiçik dəyişikliklərə nail olmaq imkansız idi. Bu Milli Məclis qanunverici orqandan daha çox notariat kontorunu xatırladırdı. Yuxarıdan gələn sənədləri təsdiq etməklə, heç bir qanunverici təşəbbüslə çıxış etmədən işini bitmiş hesab edirdi. Milli Məclisin tərkibində elə simalar var ki, artıq 20 – 30 ildir deputatdır, lakin bir dəfə də parlamentin iclasında çıxış etməyib, heç bir qanun layihəsinin müəllifi olmayıb, seçicilərini saymayıb. Onlar əslində təhlükəli insanlardır. Azərbaycanın yaxın tarixinə nəzər etsək, görərik ki, belə deputatlar ekstremal vəziyyətdə sürüşkənlik nümayiş etdirirlər. Onlar ölkə üçün təhlükədirlər. Bu baxımdan, Milli Məclisin buraxılmasını alqışlayıram. Lakin kimlər yenidən deputat seçiləcək? Yenə ölkədə parlamentarizm ideyasını dəfn edənlər mandat savaşına qalxacaqlarsa, bu, islahatlara ən böyük əngəl olacaq. Biz çalışmalıyıq ki, siyasi mübarizəni küçə və meydanlardan parlament daxilinə, sivil məcraya yönəldək. Bu baxımdan, yenilənmiş parlamentə ehtiyac var. Problemlərin ünvanını göstərə bilən, onların həllini yolunu bilən millət vəkillərinə ehtiyac var. Düşünürəm ki, hər şeyi inkarla hər şeyi tərifləmək arasında heç bir fərq yoxdur. Savadlı, intellektual, işləməyi istəyən və bunu bacaran insanlara ziyalılara, iqtisadçı, hüquqşünas, siyasətşünas və siyasətçilərə imkan yaratmalıyıq. Parlament bazar deyil, bazar adamları qoy gedib ticarəti ilə məşğul olsun. İndiki çətin dövrdə müstəqil düşüncəli insanlara ehtiyac var və Milli Məclisdə də onlar təmsil olunmalıdır.

- Sizcə, növbədənkənar seçkilər nəticəsində Milli Məclisin vizionu dəyişəcəkmi?
- Çox inanmaq istərdim ki, bu baş verəcək. Yenə də vurğulayıram ki, əgər ticarət adamı 30 illik deputatlığından bezib, oğlunu, nəvəsini deputat seçdirmək istəyəcəksə, vəziyyət daha da faciəli xarakter alacaq və biz növbəti dəfə növbədənkənar parlament seçkilərinə getməli olacağıq. Çörəyi çörəkçiyə vermək lazımdır. Yanaşmamız dəyişməlidir. Qarşıdan gələn seçkilər bizə böyük şans verir. Gəlin, bu şansı dəfn etməyək. Qarşılıqlı etimad və inam mühitinin formalaşmasına şərait yaranıb, bundan bəhrələnək.

- Seçkilərə münasibətdə müxalifət düşərgəsində fərqli mövqelər var. Müxalifətin bir hissəsi boykot taktikasına üstünlük verir, digər hissə seçkilərdə qatılmağı daha məqbul yol hesab edir. Sizin bu məsələdə mövqeyinizi bilmək maraqlı olardı.
- Boykot yanlış yoldur. Siyasi partiya istənilən halda seçkilərdə iştirak etməli və vəziyyəti dəyişməldir. Bələdiyyə seçkilərində gənc fəallar təkbaşına az resursla mübarizə apardı və dastan yazdı. Niyə özünə güclü deyən partiyalar belə taktikadan istifadə etməsin? Yoxsa, ancaq onların sədrlərinin maraqları təmin edilməldiir? Belə yanaşma düz deyil və boykotçuları iflasa aparır.

- Siz özünüz cəmiyyətdə və mediada kifayət qədər tanınmış adamsınız. Seçkilərə qatılacaqsınız?
- 30 ilə yaxındır mətbuatdayam. Bütün bu illər ərzində müstəqil yanaşmamla tanınmışam. Müxtəlif mətbu orqanlarda işləmişəm, heç vaxt öz düşüncəmdən geri çəkilməmişəm. Bircə yazımı da göstərə bilməzsiniz ki, biri o birini inkar etsin. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, azsaylı jurnalistlərdənəm ki, müstəqiləm. Nə iqtidara yaxınam, nə müxalifətə. Siyasi prosesləri yaxşı təhlil edə bilən azsaylı şərhçilərdənəm. Qarabağ problemini yarandığı gündən təhlil edə bilirəm. Ən çox elə mənim iddiam olmalıdır ki, deputatlığa namizədliyimi irəli sürüm. Ən əsası isə mən yüzlərlə sıravi jurnalistin təmsilçisiyəm. Nə bahalı maşınım - heç ucuzu da yoxdur - nə də yüksək maaşım. Yüzlərlə sıravi jurnalist kimi çətinliklə ailəmi dolandırıram. Mən onların biriyəm və həmişə belə qalacam. Mən onların səsiyəm. Mən acınacaqlı vəziyyətdə yaşayan sadə insanların təmsilçisiyəm. Jurnalist kimi seçkilərə gedən bəzi varlı insanlardan fərqli olaraq, mənim qələmdən başqa heç nəyim yoxdur. Düşünürəm ki, mən yaxşı deputat ola bilərdim. Təcrübəm, ağlım, sıravi jurnalistlər arasındakı az olmayan hörmətim şanslarımı artırardı. Lakin seçkilərə qatılmaq fikrim yoxdur.

- Bu qəti qərarınızdır?
- Seçkilər böyük resurs tələb edir. İstər maliyyə resursu, istər komanda işi. Heç bir partiyanın üzvü deyiləm. Əlavə resursum da yoxdur ki, seçkidə ən minimal şəraitdə təbliğat apara bilim. Komandam jurnalistlər ordusudur. Namizədliyini irəli sürən həmkarlarıma uğurlar arzu edirəm. Baxmayaraq ki, yaxşı deputat ola biləcəyimə əminəm, resurslar yoxluğu prosesə real yanaşmağı tələb edir. Resursu olub, 40 il sakit oturan deputatlardan daha çox xidmət edə bilərdim millətimə. Lakin reallıq başqadır. İnanıram ki, layiq olanlar seçiləcək. Özümlə bağlı son qərarı verməsəm də, böyük ehtimalla seçkilərə qatılmayacağam. Mənə bu istiqamətdə həmkarlarımızdan çoxsaylı təkliflər gəlir. Hər birinə təşəkkür edirəm. Mən onsuz da sizdən biriyəm və belə də qalacağam.


Etiket:

Digər xəbərlər

Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az