• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonlar - İsmayıl Hüseynov istintaqa cəlb olunacaqmı?

12:45 17.09.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əhməd Əhmədzadənin qardaşı oğlu, hazırda Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsini tutan Coşqun Mübariz oğlu Əhmədzadənin də yolu istintaqdan keçə bilər...

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi və Avtonəqliyyat Baş Gömrük İdarəsi, Dövlət Sosial Müdafiə Fondu Zəngilan rayon Şöbəsi və Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbi) apardığı yoxlama nəticəsində 5 milyon 440 min 63 manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilməsini aşkara çıxarıb.

Çox maraqlıdır ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aşkara çıxarılmış faktiki olaraq mənimsəmə olayı kimi qəbul edə biləcəyimiz 5 milyon 440 min 63 manat artıq və əsassız ödəmənin böyük hissəsi Dövlət Gömrük Komitəsinin iki idarəsinin payına düşür. Belə ki, Bakı Baş Gömrük İdarəsində 3 milyon 281 min 270 manatın, Avtonəqliyyat Baş Gömrük İdarəsinində isə 2 milyon 27 min 800 manatın faktiki olaraq mənimsənilməsi üzə çıxarılıb.

Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov istintaqa cəlb edildiyi üçün Bakı Baş Gömrük İdarəsində mənimsənilmiş 3 milyon 281 min 270 manatı son qəpiyinə kimi geri ödənilməsi təmin edilib. Bundan başqa Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı vəzifələrini itiriblər. Üstəlik, bu işlə bağlı istintaq materallarının məhkəməyə göndərilməsi gözlənilir. Bakı Baş Gömrük İdarəsində baş vermiş milyon 281 min 270 manat mənimsəmə ilə bağlı ilk dəfə olaraq "Yeni Sözçü” qəzeti yazmış, bundan sonra digər media orqanlarının da istinad etməsi ilə tam ictimailəşmişdi. Hətta bəzi media orqanlarının "Yeni Sözçü” qəzetinin araşdırmalarını öz adına çıxmaq cəhdi də olmuşdu. İstisna deyil ki, indi təqdim etdiyimiz araşdırmanı da öz adına çıxan media orqanları olacaq. Bu çox da təəccüblü məsələ deyil. Milyonlarla manat büdcə vəsaitinin mənimsənildiyi, üstəlik bunu edənlərin məsuliyyətdən kənarda qaldığı bir ölkədə "Yeni Sözçü” qəzetinin araşdırmalarının bəzi media orqanları tərəfindən öz adlarına çıxılması niyə təəccüblü olmalıdır ki?

Ancaq buna baxmayaraq biz Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manatın mənimsənilməsi ilə bağlı araşdırma apardıq. Bizi buna vadar edən əsas məqam isə Bakı Baş Gömrük İdarəsindən fərqli olaraq Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonların geri qaytarılmasının təmin edilməməsidir. Bu isə Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manat mənimsəmənin arxasında "toxunulmaz şəxslər” dayandığı haqqında ehtimalları meydana çıxarıb.

Qeyd edək ki,Bakı Baş Gömrük İdarəsində 3 milyon 281 min 270 manat mənimsəmə 01.01.2016-cı il tarixlə 27.05.2018-ci il tarixi arasında baş veribsə, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə 15.12.2017- 31.12.2017-ci il tarixində, yəni 16 gün ərzində baş verib. Bu olay zamanı isə Avtonəqliyyat Baş Gömrük İdarəsinə hazırda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini olan İsmayıl Xəlil oğlu Hüseynov rəhbərlik edib. Dövlət Gömrük Komitəsinin sədri və əksər rəhbər şəxsləri kimi əslən Naxçıvandan olan İsmayıl Hüseynov ilk ali təhsilini aldığı Naxçıvan Dövlət Universitetini 1996-cı ildə bitirsə də,gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Ötən 24 il ərzində İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksələ bilib. Qeyd edək ki, İsmayil Hüseynov 14 il ərzində, yəni 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb. Ötən ilin may ayının 29-da İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 26 gün sonra, yəni 25 iyun 2018-ci ildə isə president İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu tarixləri ona görə qeyd edirik ki, oxucuya tam aydın olsun ki, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə baş verəndə bu idarənin rəisi İsmayıl Hüseynov olub. İsmayıl Hüseynovun bir ayın içərisində əvvəlcə Bakı Baş Gömrük İdarəsinin rəisi, sonra isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi onun çox güclü himayəyə malik olduğunu göstərir. Onun, hətta çox yaxın zamanda Dövlət Gömrük Komitəsinin sədri təyin ediləcəyini də iddia edənlər var. Komitə sədri Səfər Mehdiyevin bu postda müvəqqəti olduğunu siyasi hakimiyyətdə hər kəs bilir.

İsmayıl Hüseynovun rəis olduğu zaman Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmənilməsinə görə cinayət işinin başladılmaması, büdcə vəsaitinin geri qaytarılmasının təmin edilməməsi bu şəxsin toxunulmazlığı ilə bağlı qənaət yaratsa da, bu yanlış qənəat olardı. Birincisi, qanun qarşısında hər kəs bərabərdir və heç kim törətdiyi hüquqa zidd əmələ görə məsuliyyətdən azad edilməyib. İkincisi, Bakı Baş Gömrük İdarəsinində baş vermiş mənimsə ilə bağlı cinayət işinin başlanması artıq president də yaradıb. Buna görə də İsmayıl Hüseynovun himayəçisinin nə qədər güclü mövqe sahibi olmasına baxmayaraq gec-tez istintaqa cəlb olunması gündəmə gələcək. Əks halda belə qənaət yaranacaq ki, İsmayıl Hüseynov qanunlardan üstə dayanır və hüquq-mühafizə orqanlarının bu şəxsə gücü çatmır?

İsmayıl Hüseynovla bərabər Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəməyə görə məsuliyyət daşıyanlardan biri də hazırda Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsini tutan Coşqun Mübariz oğlu Əhmədzadədir. Belə ki, Coşqun Əhmədzadə DGK sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilənə kimi Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub. Dövlət başçısının 27 yanvar 2017-ci il tarixli sərəncamı "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Çoşqun Əhmədzdənin Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı başlanacaq istintaqa cəlb olunacağı da istisna edilə bilməz. Baxmayaraq ki, onun atası Mübariz Əhmədzadə Zaqatala rayon icra hakimiyyətinin başçısı, əmisi Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olsa da, Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı cinayət işi başlanılsa Coşqun Əhmədzadənin də yolu istintaqdan düşəcək.


Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı bu günə cinayət işinin başlanmamasının səbəblərinə, mənimsənimliş iki milyon manatdan artıq vəsaitin geri ödənməməsinin səbəblərinə növbəti araşdırmamızda aydınlıq gətirəcəyik. Bu araşdırma zamanı isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Dövlət Gömrük Komitəsinin və hüquq-mühafizə orqanlarının mövqeyini öyrənməyə çalışacağıq. Bakı Baş Gömrük İdarəsində baş vermiş 3 milyon 281 min 270 manat mənimsə ilə bağlı apardığımız araşdırma zamanı həqiqətlərin üzə çıxarılmasında yuxarıda adları çəkilən dövlət orqanlarının "Yeni Sözçü” qəzeti ilə əməkdaşlığının Avtonəqliyyat Baş Gömrük İdarəsindəki mənimsəmənin araşdırılması zamanı da davam edəcəyinə ümid edirik.

Mənbə: "Yeni Sözçü”


Etiket:

Digər xəbərlər

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az