• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Masallıda icra başçısı-vətəndaş görüşü

15:02 08.08.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Rafil Hüseynov kəndləri gəzər, problemləri öyrənir, təklifləri dinləyir

Prezidenti İlham Əliyev çıxışlarında vurğulayır ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: “Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər... Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihə məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə, daim bu təmas olmalıdır ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var”.

Ölkə rəhbərinin tapşırığını əsas tutan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hər həftənin I günləri virtual, II günləri RİH-də, III günləri isə səyyar qəbulları zamanı vətəndaşların müraciətləri diqqətlə araşdırılır və əsasən operativ həll edilir. Bu da təkrar müraciətlərin yaranmasının qarşısını alır və vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Kənd və qəsəbələrdə keçirilən səyyar qəbul-görüşlərdə çıxış edənlər, hər hansı bir məsələ ilə bağlı fikir söyləyənlər, şəxsi problemlərini dilə gətirənlər inanırlar ki, Rafil Hüseynova hər kəs sözünü deyə bilər. Və dediyimiz kimi, hər hansı bir məsələ nəticəsiz qalmır; sənədləşir, videoya alınır və nəticəsi barədə növbəti görüşlərədək vətəndaşa məlumat verilir. Rayon rəhbəri bilir ki, hər sözün, hər müraciətin arxasında insan taleyi dayanır... Hər bir müraciətə həssaslıqla yanaşan icra başçısı, şübhəsiz, belə şikayətlərin operativ və qanun çərçivəsində həllinə çalışır. Başçı həmin şikayətlərin yerindəcə həllinə nail olmaq üçün evlərdə görüşlərin keçirilməsinə üstünlük verir.

Son 5 ildə rayon icra hakimiyyətinin səyyar qəbullarında 1400-ə yaxın vətəndaşın 2002 arzu və təklifi dinlənilib. Cari ilin may ayından başlayaraq Masallı RİH başçısı və aparatın məsul işçiləri müntəzəm olaraq kənd və qəsəbələrdə sakinlərin evlərində olur, onlarla görüşürlər.

RİH başçının evlərdə keçirdiyi ilk belə görüşlərindən biri Ərkivan qəsəbəsində olub. Qəsəbə sakini Nahidə Cahangirovanın evində qonaq olan başçıya ev sahibi ünvanlı sosial yardım (ÜSY) almaması, payıbəlli torpağının olmaması, qızı Zəhranın serebral iflic xəstəsi olması, ona pensiya verilməsinə kömək göstərilməsini, həmçinin qız övladına görə patronajlığın təyin olunmasını xahiş edib. Başçı müraciət edən qadını diqqətlə dinləyib, ÜSY barədə elektron müraciət olunub, sağlamlıq imkanları məhdud uşağa müavinət təyin edilib. Bu ilin aprelin 1-dən hər ay əlli manat pul vəsaiti patronajın hesabına köçürülür.

Qəsəbədə digər 4 nəfərin - Fariz Cahangirov, Cəsarət Səfərov, Təranə Məmmədhüseynova və Xumnaz Rəhimovanın da evlərində olan başçı, onların da müraciətini dinləyib.

Fariz Cahangirov kənd təsərrüfatı ilə məşğul olmaqdan ötrü kreditin götürülməsinə kömək göstərilməsini xahiş edib. Vətəndaş DAİM-də qəbul edilərək, ona müvafiq banka müraciət etmək tövsiyə olunub.

Kanalizasiya çəkilərkən Cəsarət Səfərovun evində çatlar əmələ gəlib. Özü xahiş etməsə də ona işlətmək üçün inşaat materialları və maddi kömək göstərilib.

Xumnaz Rəhimova qəsəbədə yeni məhəllədə yaşayır. O, yaşadığı evə 300 metrlik qaz xəttinin çəkilməsini xahiş edib. "Azəriqaz"la rəsmi yazışma zamanı məlum olub ki, podratçı şirkətin səhvi üzündən xanımın yaşadığı evə qaz xətti çəkilməyib. Çox təəssüf ki, "Azəriqaz"ın süründürməçiliyi hələ də davam edir.

Masallı RİH başçısı Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə gedib. O, icra başçısına, oğlu Nurlanın serebral iflic xəstəsi olduğunu deyib, qayğılarından danışıb. Valideyn əlil arabası, patronajın təyini, evinin cari təmir məsələləri və dərman preparatı ilə bağlı müraciəti edib. Valideynin arzusu yerinə yetirilib, oğluna əlil arabası verilib, dərmanla təmin olunub. digər xahişi yerinə yetirilib.

Rayon rəhbərinin vətəndaşlarla şəxsi evlərdə keçirilən görüşlərindən biri iyulun 25-də Boradigah qəsəbəsinin Mollaoba ərazisində olub. Mollaoba öz müasirliyi və yeni tikililəri ilə fərqlənən abad və müasir kəndlərdəndir. RİH başçısı adəti üzrə heç kimə xəbər vermədən, bəzi evlərə gedib, qapıları döyüb, ailələri narahat edən məsələləri dinləyib, bəzilərinin operativ həllinə nail olub.

RİH başçısının növbəti görüşü Prezidentin tapşırıq və tövsiyəsinə gözəl nümunədir. Rafil müəllim kəndin ağbirçəyi Məhəddisə Əhədova ilə görüşüb. İlin əvvəlində vətəndaş üçün fərdi ev tikilsə də, o, yeni ocağa köçə bilmirdi. Həmin evdə işığın, qazın olmaması, köhnə evə qazın rezin şlanqla uzaq məsafədən çəkilməsi, elektrik xəttinin qəzalı vəziyyəti buna səbəb göstərilirdi. RİH başçısı faktla yerindəcə tanış oldu, elektrik və qaz təsərrüfatının təcili qaydaya salınması, sayğac qoyulması barədə tapşırıq verdi. Məlum oldu ki, təzə binaya işıq və qaz xəttinin çəkilməsini öhdəsinə götürən inşaatçılar, tikinti başa çatan kimi buralarda görünməyiblər.

Məhəddisə Əhədovanın xəstəliyi ilə bağlı müraciəti də yerindəcə həllini tapıb. Ev sahibi RİH başçısına minnətdarlıq bildirdi.

RİH başçısı qonşu həyətə keçib kənd sakini Qurbanəli Şiriyevlə görüşüb. 80 yaşlı Qurbanəli kişi onkoloji xəstədir. Rafil müəllim onunla hal-əhvallaşır, problemlərini soruşur:

- Gəlmişəm ki, görüm, nə çətinliyin var?
- Payıbəlli torpağımla bağlı Sizə müraciət etdim, kömək etdilər. Sağ olun!

Q.Şiriyev RİH başçısına minnətdarlıq edir, deyir ki, hələ indiyədək Masallıda rayon rəhbərinin qapı-qapı gəzib, sakinlərin problemləri ilə yaxından maraqlandığını görməmişdim. Cənab İlham Əliyevdən nümunədir ki, evimizə gəlirsiniz və problemlərimizlə yaxından maraqlanırsınız.

Qurbanəli kişinin bir oğlu ruhu xəstədir. Ünvanlı sosial yardıma ehtiyacı var. DSMF Masallı rayon şöbəsinin müdiri Ərzuman Hüseynov bu sahədə sənədlərin hazırlanmasında kömək göstəriləcəyini bildirir .

Mollaoba sakini Miryaqub Nağıyev icra başçısını çay süfrəsinə dəvət edir. Rafil müəllim həyət-bacaya baxır, deyir ki, olduğum həyətlərdə belə yaşıllıq görməmişəm, limon, mandarin ağacları da əkibsən, çÇox yaxşıdır. “Ağa, çətinliyin, problemin varsa kömək edək”, - deyə rayon rəhbəri həyətində qonaq olduğu vətəndaşdan soruşur.

- Sağ olun. Sizin bu tədbiriniz Allaha da, bəndəyə də xoş olar. Şükür, dolanıram, çətinliyim də yoxdur. Allah Prezidentimizə yar olsun, fikri-zikri xalqın üstündədir. Əmək haqlarının, pensiyaların artırması imkansızlara böyük kömək oldu.

Kənd sakini Surac Hüseynov iş adamıdır. Heyvandarlıqla məşğuldur. Bu sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. RİH başçısına fermaya gedən yolun aşılmasını xahiş etdi. Siracın istəyi yerinə yetirilir: bir gündən sonra fermaya yol açıldı.

R.Hüseynov daha sonra kənddə Sevil Qasımovanın evində oldu. Sevil xanım elə bir çətinliyi olmadığını, ona baş çəkildiyinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Dünyaya on bir övlad gətirən Sevil ana hazırda heç bir maddi çətinlik çəkmədiyini gündəmə gətirir. Deyir ki, yaşım 70-i keçib. Hələ heç vaxt bu çağacan rayon rəhbərinin ev-ev gəzib adamların dərd-səri ilə tanış olduğunu görməmişdim. Hamı kimi yaşayırıq, imkanımız yaxşıdır.

Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüşü bəzi problemlərin aradan qaldırılması, digərlərinin nəzarətə götürülməsi ilə başa çatır. Bəli, Masallı rəhbərliyinin vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həllinə şərait yaradır, həm də xalqın dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanıb və təbii ki, bu, onu hədsiz sevindirir, cəmiyyətdə, həyatda yaşamaq hissini daha da gücləndirir.

Əlihüseyn Şükürov


Etiket:

Digər xəbərlər

Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az