• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Şəhid Aqil Omarovun ailəsinə “Şücaətə görə” medalı təqdim edildi (FOTOLAR)

18:05 02.06.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

MilliYol.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, Qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat maşını vasitəsilə şəhidlərin xatirəsinə Rekviyem səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani şəhidin ailəsinə, doğmalarına bir daha başsağlığı verərək, onlara səbr, dözüm arzulayıb. Qeyd olunub ki, Aqil Omarov 1983-cü ildə anadan olub. Ailənin böyük övladıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.

Polkovnik A.Qurbani dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bir fikri mərasim iştirakçılarının nəzərinə çatdırıb: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək”.

Şəhidin dəfn mərasimində birlik və həmrəylik, təmkin və qələbəyə inam nümunəsi göstərməklə qaxlılar bir daha Ali Baş Komandanın işğal altında olan torpaqların azad edilməsi naminə hər bir əmrinə hazır olduqlarını təsdiq ediblər.

Aqil kimi peşəkar və bacarıqlı bir hərbçinin həlak olmasını Ordumuz üçün ağır itki hesab edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəhidin atası Akif Omarovu hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən, könüllü olaraq cəbhəyə gəldiyi vaxtlardan tanıdığını diqqətə çatdırıb. Nazir müavini bildirib: “Şəhidimizin atası vətənpərvər insandır. Mən onu qanlı-qadalı döyüş meydanlarından tanıyıram. Könüllü olaraq cəbhəyə gəlmişdi. Hələ onda Aqil orta məktəbi bitirməmişdi. Ağır döyüşlərin nə olduğunu yaxşı bilən Akif Omarov nəinki oğlunun çətin və şərəfli zabitlik yolunu seçməsinə mane olmadı, hətta bu yolda ona xeyir-dua verdi, uğurlar arzuladı. Bir ata kimi ilk övladının uğurları onu çox sevindirərdi və inanıram ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başladıqda şəhid atası Akif Omarov və digər iki oğlu da bizimlə birgə döyüşlərə atılacaq”.

Bütün mərasim iştirakçıları bir ağızdan “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirib. İcra başçısı ATƏT-in Minsk qrupu üzvlərinin münaqişəni tənzimləmək məqsədilə Azərbaycana gəldiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı təxribatın bütün xalqımız kimi, hər bir qaxlını da hiddətləndirdiyini və ermənilərin bu hiyləgər və məkrli əməllərini lənətlədiklərini bildirib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bütün xocavəndlilərin şəhidin ailəsinə baş sağlığını çatdırıb.

Millət vəkili Azər Kərimli, şəhidin vaxtilə xidmət etdiyi hərbi birliyin zabiti polkovnik Babək Səmidli və başqaları çıxış edərək Azərbaycan Ordusunun uğur və nailiyyətlərindən, Aprel və Günnüt zəfərlərindən danışıb və istənilən vəzifəni yerinə yetirməyə hər an hazır olduqlarını bəyan ediblər.

Təntənəli mərasimin sonunda şəhidin valideynləri Akif və Ahuzar Omarovalar oğulları ilə fəxr etdiklərini və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiriblər.

Mərasim “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.

Fotolar


Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az