• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Xəzər dənizini hasarlayan məmurlar (FOTOLAR)

10:37 27.05.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Yenə yay gəldi, yenə də kasıb əhali “hansı çimərlikdə sərinləyək” sualı aktuallıq kəsb etməyə başlayır. Xəzərdəki qanunsuz tikililərlə bağlı rəsmilər danışsa da, qanunlara əlavə və dəyişikliklər artsa da, hasarların uzunluğu da azalmır, əksinə artır.

İllərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu uzanan hasarlarla əhatələnib. Sahilboyu hündürlüyü 4-5 metr, 100 metrlərlə, bir çox ərazidə kilometrlərlə hasarlar çəkilib. Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat, bir sözlə, Abşeron yarımadasının bir çox ərazilərində çimərlik i xalqın üzünə hasarlanıb.

“Get dənizə çat, torunu at, 3 balıq tut. Bircə qırıcı təyyarələri qaldırmayacaqlar. Əynində forma olan, əlində bir balaca səlahiyyəti olan azı 10 nəfər başının üstünü kəsdirəcək. Bir vay-şüvən çıxaracaqlar ki, bəs qanunu pozmusan. Bu hasarları isə görmürlər” - Buzovna sakini Həsənbala Gülverdi oğlu belə deyir. Onun sözlərinə görə, Buzovnada dənizə çatmaq artıq igidlik hesab olunur: “Mənim 76 yaşım var. Baxın da, baxın bir qarış yol qoyublar? Bu adamlar nə yeyib-içirlər, nə fikirləşirlər? Guya balaca bir yol qoysaydılar, hasarlarını 3 addım o tərəfə çəksəydilər, kasıb olacaqdılar? Dənizi camaatın üzünə bağlayıblar, heç özlərinə də qismət olmur burada yaşamaq. Camaat bütün yayı hasar çəkənləri söyür, hasarlarına söyüşlər yazır”.

O, deyir ki, vaxtilə şəhərin səs-küyündən bezən, yorulanlar dincəlmək, Xəzərə tamaşa etmək üçün şəhərdən çıxardı: “İndi daha gələn də yoxdur. Adamlar evindən çıxır, gəlir, sahilə yol tapınca əsəbləri dözmür. Yol olan yerlərə də hərəsi bir şlaqbaum qoyub. Camaatla düşmən kimi davranırlar.

“Dəniz vəzifəlilərindir təkcə? Hasarlayırlar, hasarlayırlar, hər il təzə hasarlar çəkirlər. Camaatı heç fikirləşmirlər. Bax elə bu hasarı çəkən 4 ildir ki, bu tərəfə hərlənməyib. Gözətçisi kef çəkir orda. Qala kimi ev tikib, hasarının uzunluğu da yarım kilometr. Deyirlər Dubayda bizneslə məşğuldur. Bir ətək pul verib buranı alıb, bir o qədər verib bu boyda nataraz hasar çəkdirib. Amma gəlib-getmir. Camaat da 4-5 yaydır ki, bunun nəsil-nəcabətini yolkəsənliyinə görə döşəyir. Belə də insafsızlıq olar? Yaxşı insan yolkəsənlik eliyər? Başqasını yolda qoyar?”

Bakının Türkan qəsəbəsi də Xəzər sahilində yerləşir. Bu kəndə də durum fərqli deyil. Dəniz sahilinə ayrılan adına yol deyilən, faktiki isə cığırlar qumsaldır. Maşınların sahilə yolu demək olar ki, yox səviyyəsindədir. Əvəzində dəniz sahili boyunca bir-biri ilə bəhsə girən restoranların pullu dayanacaqlarına rahat yollar var. Azərbaycanda dəniz bahalı əyləncəyə çevrilib. Pulu olmayan, maaşla dolananlar dəniz çimərliklərinə baş çəkməsələr də olar. Dəniz sahili boyunca uzanan hasarları cəmiyyətdəki anormal təbəqləşmənin simvolu da hesab etmək olar. Hasarlar var-dövlətin, cəh-calalın göstəricisinə çevrilib. Hansılar ki, Xəzəri kasıbların üzünə bağlayıb. Baş çəkdiyimiz Buzovna, Türkan və Pirşağı çimərliklərində real durum belədir. Görünən odur ki, rəsmilər hasar sahibləri ilə bacarmır, qanunlar işləmir, dənizi isə xalqın üzünə yalnız buldozerlər aça bilər...

Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur. Hər il də artır. Hasarlar təkcə Xəzəri xalqın üzünə bağlamır, həm də ekoloji durumuna təsir edir. Bu haqda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov “Novoye Vremya” qəzetinə olduqca maraqlı açıqlama verib. Direktor deyib ki, bu ilin yazında bir sıra dövlət qurumlarının Xəzər sahili zolaqda yerləşən obyekt sahiblərinə verdiyi xəbərdarlığın vaxtı bitib.

Direktor vurğulayıb ki, Xəzər sahillərini çoxsaylı villalar zəbt edib, nə Bakıda, nə şəhərdən kənarda Xəzərətrafı zonada bir qarış belə boş sahə qalmayıb, dəniz sahili tam hasarlanıb. Ə.Həsənov xatırladıb ki, dəfələrlə sahilləri zəbt edənlərin cəzalandırılacağı deyilsə də, bu, söz olmaqdan o yana keçməyib: “Hətta dənizin içinə doğru uzanan villalar var ki, ümumiyyətlə hər hansı icazə sənədi yoxdur. Belə hallar isə vətəndaşın istirahət hüququnun əlindən alınmasıdır. Görünən də budur ki, oliqarxlar bu yerləri asanlıqla qaytarmaq fikrində deyildirlər, bunun üçün isə dövlət başçısı işə qarışmalıdır”.

Ə.Həsənov deyib ki, bu işə məsul olan şəxslər acizdir və onlar dəniz sahilindədki villalara yaxın getməyə belə cürət etmirlər: “Görünür bizim oliqarxalara anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir, bura ”oliqrax şıltaqlıqları" məkanı deyil. Bunu indi etmək lazımdır, əks halda sahildə boş bir qaya belə qalmayacaq".

Respublika ərazisində Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar olsa da, təəssüf ki, bu mövzuda “qanun şah ola bilmir”.

Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunur ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mövcud duruma nəzər salanda, məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Ancaq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə, məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmayıbsa, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu günə qədər dəniz sahilinə hasar çəkdiyinə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan olubmu?..

Mənbə: musavat.com

Fotolar


Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az