• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Arif Qasımov işdən qovulur: “Diqlas”a görə sıxışdırılan icra başçısı haqda ilginc məlumatlar  

17:00 29.03.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Martın 26-da yanıb külə dönən “Diqlas” Ticarət Mərkəzinin tüstüsü bir sıra iri məmurları da “boğacaq”.

Bu barədə BakuPost məlumat yayıb. Məlumatda bildirilir ki, milyonlarla manat zərərə səbəb olan, təşviş yaradan yanğından sonra başı üzərində qara buludular əsən yüksək vəzifəli məmurların ilk sırasında Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dayanır. Hökumətə yaxın mənbənin bildirdiyinə görə, TM-də ziyana düşən sahibkarlara sahib çıxan ölkə başçısı İlham Əliyevin tapşırığı ilə hər bir ticarətçiyə dəyən zərər dövlət tərəfindən ödəniləcək. Bütün bu proseslərin yekunlaşmasından sonra isə müvafiq qurumlar bu yanğında “əməyi” olan yüksək vəzifəli məmurları və TM-in sahiblərindən hesab soruşacaq.

Bu barədə yanğından sonra sahibkarlarla görüşən PA rəsmisi Hüseyn Mövsümov da açıqca bildirmişdi. O, sahibkarla görüşdə demişdi ki, insanlara dəyən zərər ödənildikdən sonra bu yanğında məsuliyyəti olan hər kəs cəzalandırılacaq.
Yanğından sonra prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən xüsusi müşavirədə də bu işdə günahı olan məmurların və digər vəzifəlilərin kimliyi demək olar ki, tamamilə ortaya çıxarıldı.

Müşavirədə çıxış edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov açıq şəkildə Nizami rayon icra hakimiyyətinin başçısını məsuliyyətsizlikdə, nazirliyin tapşırıqlarına əməl etməməkdə ittiham etdi. Sitat: “Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən “Diqlas” Ticarət Mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib. Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub”.

Nazirin də bu açıqlamasından açıqca ortaya çıxır ki, TM-in külə dönməsindəki ən böyük günah sahiblərinin başında Nizami rayon icra hakimiyyətinin rəhbəri Arif Qasımov dayanır.

Məlum olub ki, 2015-ci ildə Nizami rayonuna icra başçısı təyin edilən A.Qasımov vəzifəyə gəldiyi gündən faciəyə qədər – 4 il müddətində FHN tərəfindən mütəmadi xəbərdarlıq almasına baxmayaraq, “Diqlas”dakı təhlükənin aradan qaldırılmasına çalışmayıb və göz görə-görə faciənin yaşanmasına səbəb olub.

Onu da bildirək ki, “Diqlas”dakı yanğından sonra müvafiq qurumlar Nizami rayonundakı digər TM-lərdə təhlükəsizlik qaydalarına nə qədər əməl olduğunu yoxlayıblar. Məlum olub ki, Bakının ən böyük bazarlarının yerləşdiyi bu rayondakı TM-lərin demək olar, heç birində qaydalara əmək olunmayıb. Və bütün TM-lər FHN rəsmisinin də deyimi ilə “barıt çəlləyidir”.

Aydındır ki, minlərlə insanın həyatına və sahibkarların yanıb külə dönən milyonlarla manatına bu laqeyd münasibətin arxasında A.Qasımovun hansısa maraqları dayanıb. A.Qasımovun TM-in sahiblərindən şəhərin ən sıx ərazilərindən birinin mərkəzinə yerləşdirdikləri bu “barıt çəlləyi”nə niyə göz yumduğunun səbəblərini yalnız onun özü açıqlaya bilər. Lakin indiki faktiki hal onu deməyə əsas verir ki, A.Qasımovun hansısa maraqları naminə yüzlərlə sahibkarın əziyyətlə qazandığı pullar külə döndü, üstəlik, dövlət milyonlarla manat ziyana düşdü.Əlbəttə, dövlət bu məsuliyyətsizin hesabını da məsuliyyət daşımalı olan şəxslərdən soruşacaq.

BakuPost-u bilgiləndirən qaynaq A.Qasımovun “qələminin” qırılacağı vaxtı da açıqlayıb. O bildirib ki, hazırda dövlətin əsas məqsədi yanğından zərər çəkən sahibkarların problemlərinin həll edilməsidir. Bu problemlər həll edildikdən və sahibkarlar razı salındıqdan sonra işin ikinci mərhələsinə – günahkarın cəzalandırılmasına başlanılacaq. Bu zaman isə ilk sırada Arif Qasımov gələcək. Gözlənilir ki, Nizami rayonunun başçısının işdən qovulması barədə sərəncamı gələn ayın sonlarına doğru oxuyacağıq.

Mənbəmizin A.Qasımovun ən qısa müddətdə işdən qovulacağı barədə iddiasını gücləndirən əsas faktor isə onunla oxşar taleləri yaşayan məmurlardır. Diqqətli oxucu xatırlayar, bir neçə il əvvəl Binəqədi rayonunda baş verən və xeyli sayda insanın ölməsi ilə nəticələnən dəhşətli bina yanğınından sonra keçirilən müşavirədə də FHN rəhbəri açıqca rayon rəhbərliyini ittiham etmiş, binanın tezalışan materialla üzlənməsinin məsuliyyətini onlara yükləmişdi. Nazir o zaman da rayon rəhbərliyinə bu barədə mütəmadi xəbərdarlıq etdiklərini bildirmişdi. Nəticədə yanğından bir müddət sonra prezident İlham Əliyev Binəqədənin icra başçısı Xaləddin İsgəndərovu işdən qovmuşdu. Eyni situasiya ötən il Mingəçevirdə bütün ölkənin işıqsız qalmasına səbəb olan partlayışdan sonra da baş vermişdi. Yenə eyni qaydada, prezident yanındakı müşavirədə nazir Kəmaləddin Heydərov “Azərenerji” rəhbərliyini ittiham etmiş, İES-dəki təhlükəsizlik qaydalarına əməl etmək barədə xəbərdarlıq etsələr də, buna riayət olunmadığını açıqlamışdı. Nazir prezidentə hətta bununla bağlı qalın bir dosye də təqdim etmişdi. Bu iclasın ardınca da yenə eyni şey oldu və az sonra prezident İlham Əliyev “Azərenerji” rəhbəri Etibar Pirverdiyevi tutduğu vəzifədən qovdu. Bu baxımdan, əminliklə demək olar ki, hökumətdəki mənbənin verdiyi informasiya heç şübhəsiz doğrudur və Arif Qasımovun da işdən qovulduğuna yaxın günlərdə şahidlik edəcəyik.

Səriştəsiz icra başçısının Nizami rayonunda illərdir yaratdığı “barıt çəllək”lərinin aradan qaldırılması isə hələ uzun vaxt aparacaq.

Mənbə: BakuPost.az


Etiket:

Digər xəbərlər

Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az