• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Gömrükdə sahibkarlara “ANBAR TƏLƏSİ”: “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

13:55 11.03.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

İllər uzunu sahibkarların ən çox haqsızlıqla üzləşdikləri və şikayət etdikləri əsas iki dövlət qurumunun Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) olduğu mübahisə doğurmur. Siyasi hakimiyyətin qərarından və bu 2 qurumun rəhbərliyindəki dəyişiklikdən sonra vəziyyət əhəmiyyətli şəkildə dəyişdi. Xüsusən də Fazil Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılması və yerinə Mikayıl Cabbarovun təyin edilməsindən sonra vergi orqanında müsbətə doğru ciddi dəyişikliklərin olduğu şəksizdir. Ən azından hazırkı dövrdə vergi sarıdan sahibkarlar nisbətən rahat nəfəs almağa başlayıblar.

Ancaq bütün cəhdlərə baxmayaraq, təəssüf ki, Dövlət Gömrük Komitəsi eyni uğuru təkrarlamaqda çətinlik çəkir. Yəni bu qurumla bağlı şikayətləri tam aradan qaldırmaq hələ ki, mümkün olmayıb. Baxmayaraq ki, artıq 1 ilə yaxındır bu qurumun rəhbəri dəyişib və bu posta, Vergilər Nazirliyindən fərqli olaraq, kənardan yox, elə öz içindən sədr təyin olunub. Yəni hazırki DGK sədri işini çox yaxşı bilən bir kadrdır və bu səbəbdən də, DGK-dakı islahatlar daha sürətlə həyata keçirilməli və daha tez effekt verməli idi.

Əlbəttə, Səfər Mehdiyevin təyinatından sonra DGK-da heç nəyin dəyişmədiyini söyləmək insafsızlıq olardı. Çox ciddi dəyişikliklər qeydə alınıb. Ən azı gömrük üzrə daxilolmaların rəsmiləşdirildiyi, yəni “qara kassa”nın ləğv olunduğu şübhəsizdir. Bunu gömrük üzrə daxilolmaların kəskin artmasından da aydın şəkildə görmək olur. Lakin bir çox sahibkarlar ölkəyə gətirdikləri mal və məhsulların sənədləşdirilməsi zamanı alış qiymətlərinin gömrük əməkdaşları tərəfindən süni şəkildə şişirdilməsindən, bunun da nəticəsi olaraq, sahibkarların ödənişlərinin artmasından gileylənirlər. Yəni ki, uzun illər gömrük orqanı ilə təmasda olan sahbkarlar rəhbərliyin dəyişməsinə rəğmən, gömrük xərclərinin azalmadığını, hətta bir çox hallarda artdığını bildirirlər.

Doğrudur, yuxarıda da qeyd etdiyimiz kimi, bu ödənişlər əvvəllər qismən sənədləşdirilir, qalan hissəsi “qara kassa”ya gedirdisə, indi demək olar ki, tam rəsmiləşdirilir. Nədən “demək olar ki” dediyimizi aydınlaşdırmağa çalışacağıq. Məsələ ondadır ki, bir çox sahibkarlar öz mallarını gömrük qeydiyyatından keçirən zaman süründürməçilik və bunun nəticəsi olaraq, əlavə xərcə düşmələrindən şikayət edirlər. Misal üçün, laboratoriyadan keçirilərək, yoxlanılmasına ehtiyac olan malların əksəriyyətini rəsmiləşdirmək xeyli vaxt aparır. Bir çox hallarda bir malın laborator analizinin cavabı 7-10 günə verilir. Bu, olduqca uzun müddətdir və müvafiq laboratoriyaların nədən belə ləng işləməsi sual doğurur. Eyni zamanda, gecikmə həmin avtomobillərin gömrükdə saxlanılması ilə bağlı xərcləri artırır və hər maşın üçün təxminən 600-700 dollar təşkil edir. Sahibkar bu məbləği özündən asılı olmayan mənasız səbəblərdən nəqliyyat vasitəsinin sahibinə və digər xərclərə ödəməli olur.

Ancaq sahibkarın “çiləsi” bununla da bitmir. Əgər bir yük maşınında 2-3 cür, yaxud daha çox çeşiddə məhsul varsa, gömrük əməkdaşları heç bir izahat vermədən qaçaqmalçılıqla mübarizə adı altında həmin avtomobili anbara yönəldirlər. Bu da olur sahibkara qurulmuş növbəti “pul tələsi”. Sözügedən prosesi ən çox Bakı Baş Gömrük İdarəsində müşahidə olunur. Eyni situasiyanın Sumqayıt gömrüyündə də mövcud olduğu deyilir. Gömrük əməkdaşları əllərindən gələni edirlər ki, həmin anbarlar boş qalmasın. Hətta bir çox sahibkarlar inspektorların bunu könülsüz etdiklərini, “anbar boş qalan kimi, yuxarıdan zəng gəlir” deyərək, gileyləndiklərini bildirir, sözügedən anbarların daim yük dolu avtomobillərlə təmin olunmasına çalışdıldığını vurğulayırlar. Bu da təsadüfi deyil.

Belə ki, anbara daxil olan hər bir yük maşını boşaldılır, təbii ki, tam böyük əksəriyyətindən heç bir qaçaq mal – filan çıxmır. Sonradan həmin mallar yenidən “tırlara” yüklənilir. Bu “xidmət haqqı” isə yükün miqdarı və ölçüsündən asılı olaraq, 500-600 manatdan başlayır ki, onu da sahibkarın “belindən çıxarırlar”. Və heç kim də izahat vermir ki, malın çeşidinin çox olması onun qaçaq mal olduğuna necə dəlalət edə bilər? Yaxud qaçaq mal nədən elə 1 çeşiddə malın içində ola bilməz?

Yaxşı, deyək ki, əməkdaşlar doğrudan da nədənsə şübhələndilər və yükü boşaltdırdılar. Birincisi, bu soyğunçu “xidmət haqları”nı kim müəyyənləşdirib, hansı rəsmi sənədlə həmin məbləğlər əsaslandırılıb? İkincisi və ən əsası, nədən həmin “xidmət” üçün alınan vəsaitə görə sahibkara heç bir ciddi vergi sənədi, çek verilmir? Bəli, bir çox sahibkarlar iddia edirlər ki, anbarlarda yükün boşaldılıb, yenidən yığılmasına görə ödənilən pulun çeki verilmir(!). Eyni zamanda, sahibkar hər yük maşınının gömrüyə giriş-çıxışına görə, yükün çəkisindən asılı olaraq, təqribən 160-200 manat aralığında vəsait ödəyir ki, bu pula görə də ciddi vergi sənədinin təqdim olunmadığı bildirilir. Və sahibkarlar vergi hesabatı zamanı həmin məbləği özlərinin xərc maddələrində göstərə bilmirlər – kolxozdur yəni! Gün ərzində yüzlərlə belə avtomobilin boşaldıldığını təxmin etsək, rəsmiləşdirmədən, həm də vergidən yayındırılan və kimlərin cibinə axdığı məlum olmayan vəsaitin ayda bir neçə milyon manat olduğu qənaətinə gəlmək olar. Bəs bu, rüşvət deyil də, nədir?

Hansı ki, hörmətli Səfər Mehdiyev son açıqlamalarının birində deyirdi: “Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq… Əgər korrupsiyaya bulaşmış əməkdaşımı həbs etdirməsəm, o zaman yaza bilərsiniz ki, mənim dediklərimin hamısı boş sözlərdir… Bizim məqsədimiz gömrük sferasında tam şəffaflığa nail olmaq və Avropa standartları ilə işləməkdir…”

Yaxşı, bəs yuxarıda sadalananların adı nədir? Onda yaxşı olar ki, gömrük sədri özü baş verən bu qanunsuzluğa və soyğunçuluğa ad qoysun. Hansı Avropa standartlarında sahibkarın başına bu cür ip salınaraq, fırladılması nəzərdə tutulub?

Sonda onu qeyd edək ki, sahibkara rəsmi və qeyri-rəsmi formada “yüklənilən” bütün bu pullar sonuc etibarilə biz alıcıların od qiymətinə aldığımız malların maya dəyərinə oturur. Nəticədə kimlərsə rəsmi və qeyri-rəsmi planları dolduraraq, “malades” və özlərinə güzəran qazanır, uduzan isə xərci artıb, qazancı azalan sahibkar və taleyilə barışmağa məcbur olan qara günlü sıravi alıcıdır.

Mənbə: Azpolitika.info


Etiket:

Digər xəbərlər

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az