• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“Prezidentin bəyanatları Ermənistanın işğalçılıq siyasətinə cavablardır”

15:40 25.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sentyabrın 21-də prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisdə təntənəli iclasda iştirak etdi

Ölkə başçısı 100 il ərzində Azərbaycan Respublikasının keçdiyi tarixi inkişaf yoluna işıq saldı. Prezident Ermənistanın 26 ildən çox davam edən işğalçılıq siyasətindən də danışdı.

Dövlətimizin başçısı bildirdi ki, işğalçı ölkə özünün işğalçılıq siyasətinə davam edərsə, o zaman digər mümkün variantlar işə düşəcək: “Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.

Bir çox ekspertlər prezidentin bu fikirlərini Ermənistan ciddi xəbərdarlıq, hətta ikinci aprel döyüşlərinin təkrarlanması ismarışı kimi səciyyələndirir.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Ermənistan tərəfi kompramisə getmək niyyətində deyil: “İlk növbədə onu başa düşməliyik ki, bizim dövlət olaraq mövqeyimiz suverenliyimizin, ölkəmizin ərazi bütövlüyümüzün mütləq şəkildə bərpa olunmasıdır. Nəzəriyyə baxımından iki yol var; ya siyasi danışıqlar yolu, ya da hərbi yolla bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Başa düşməliyik ki, işğal olunmuş rayonlar bizdən güc yolu ilə alınıb. Ermənilər bizə imkan verməyəcək ki, biz həmin torpaqları sülh yolu ilə qaytaraq. Belə olan təqdirdə yalnız bir çıxış yolu qalır, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa etməliyik”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın son günlər səsləndirdiyi müharibə bəyanatlarına da münasibət bildirib. Tofiq Zülfüqarov Paşinyanın “vaxt gələcək Dağlıq Qarabağ və işğal edilmiş yeddi rayon da Ermənistana birləşdiriləcək” bəyanatının arxasında birbaşa müharibəyə təhrik çağırışının dayanmadığını bildirib: “Təbii ki, onun bu bəyanatları birbaşa təhrik deyil. Əslində müharibə bitməyib, davam edir. Sadəcə olaraq cəbhə xəttində uzunmüddətli atəşkəs olunub. Müharibə indi də davam edir.

Qarşı tərəf dəfələrlə bəyan edib ki, onlar heç bir halda işğal etdikləri əraziləri qaytarmayacaqlar. Belə olan təqdirdə Azərbaycana heç bir seçim qoymurlar. Bu disskusiya nəyə görə vacibdir? Ölkə prezidentinin Milli Məclisdə çıxışından gəlinən qənaət budur; Azərbaycan dünyaya axırıncı dəfə göstərmək istəyir ki, bizə məsləhət olunan hər bir şeyi etmişik. Vasitəçilər nə demişdilərsə yerinə yetirmişik. Məsələn, danışıqlar aparmışıq, uzunmüddətli atəşkəs rejiminə sadiq qalmışıq, 1 milyondan artıq məcburi köçkünün dözülməz şəraitinə, mənəvi əzab-əziyyətinə baxmayaraq, siyasi prosesi aparmaq istəmişik və s. Amma bütün bunların fonunda işğalçı dövlət bizə heç bir seçim yeri qoymadı. Faktiki olaraq ermənilər bizi kapitulyasiya olmağa məcbur edir. Bu da mümkün deyil”.

Tofiq Zülfüqarovun sözlərinə görə, ilkin dönəmlərdə Ermənistanın yeni hökümətinə bəzi ümidlər vardı. Onlar acınacaqlı vəziyyətləri görüblər və həmin acınacaqlı vəziyyətin nəticəsində hakimiyyətə gəliblər. Düşünmək olardı ki, onlar acınacaqlı vəziyyəti tənqid ediblərsə, deməli real siyasət yürütmək imkanları da vardı: “Amma göünən odur ki, hazırki Paşinyan höküməti, onun tərəfdarları vaxtilə Sarkisyan hakimiyyətini tənqid edərkən hakimiyyətə gəlmək üçün bundan vasitə kimi istifadə ediblər. Ermənistanda hazırkı hökumət rəhbəri də yaxşı anlayır ki, ölkəsinin acınacaqlı durumda olmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir. İqtisadi böhran vəziyyəti ilə bağlı Paşinyan Sarkisyan hökümətini tənqid edirdi. O, yaxşı anlayır ki, bunun əsas səbəbi Dağlıq Qarabağ problemidir. Hara baxsan Ermənistanın əsas probleminin işğalçılıq siyasətindən qaynaqlandığını görürsən. Əgər sən bunu dəyişmək istəmirsənsə, onda hansı siyasi perspektivdən danışmaq olar?! Təbii ki, bütün bunlara cavab olaraq Azərbaycan tərəfi bəyanatlar verir. Beynəlxalq ictimaiyyətə göstərir ki, bizim səbrimiz tükənib. Yəni, lazımı imkanlardan istifadə edərək biz öz ərazi bütövlüyümüzü azad edəcəyik”. (hafta.az)

MilliYol.az


Etiket: İlham Əliyev Ermənistan Tofiq Zülfüqarov

Şərh yazın.


Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az