Əfqanıstanda “Taliban” radikal hərəkatının silahlıları bir neçə əyalətdə təhlükəsizlik qüvvələrinə hücum edib
Hücumlar nəticəsində azı 15 polis əməkdaşı həlak olub. Ölkənin şimal-qərbindəki Badqis əyalətində “Taliban” polis postuna hücum edib. Baş verən atışma zamanı 5 polis həlak olub. Bir neçə “Taliban” silahlısının da zərərsizləşdirildiyi deyilir.
Bundan başqa, Fərəh əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum olub. Burada 10 polis əməkdaşı həlak olub, daha iki nəfər itkin düşüb. Hücum edənlər silah-sursat ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...