• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Ermənistanın məşhur ictimai xadimi Azərbaycana gəlib

12:46 11.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan bu günlərdə Azərbaycanda olub və səfəri barədə təəssüratları ilə bölüşüb. Georgi Vanyanın Azərbaycana səfəri geniş işıqlandırılmayıb və informasiya məkanında rezonans doğurmaması da bununla bağlıdır

Azərbaycana səfərinin yekunları ilə bağlı Georgi Vanyan “Erməni Azərbaycanda: olmayan divarlar barədə” məqaləsini dərc edib. Virtualaz.org həmin məqalənin maraqlı hissələrini diqqətinizə çatdırır.

“Azərbaycana başqa yolla - Tekali prosesi vasitəsilə gələcəyimi düşünürdüm. Yəni Azərbaycan, Ermənistan və Gürcüstan sərhədindəki üçbucaq minalardan təmizlənəcək və ölkələrimizin rəhbərlikləri Qarabağla bağlı danışıqlara başlayacaqlar. O zaman sərhəd zonasının əhalisi üçün xüsusi pasport rejimi tətbiq ediləcək ki, bu da müəyyən günlərdə sərhəd kəndlərinin əhalisinin görüşməsinə, kəndlər arasında əlaqənin bərpasına, su, ticarət məsələlərinin həllinə yardım edəcək. Bir müddət əvvələ qədər təsəvvür edirdim ki, özüm də Ermənistan-Azərbaycan sülhməramlı sərhəd məntəqəsi açılanda bu yolla Azərbaycana keçəcəyəm. Lakin Tekali prosesi başlamadan güc yoluyla dayandırıldı”.

O, Azərbaycana dostu Zərdüşt Əlizadəni ziyarət etmək üçün gəldiyini və buradan Azərbaycanla Ermənistan arasında artıq həqiqi sülh prosesinin başladılması gərəkdiyi çağırışı etmək istədiyini bildirib:

“Mən Azərbaycana Zərdüşt Əlizadənin dəvətiylə getdim. Bizim beyinlərimizdəki divarlar konfliktin həlli yollunda bizə maneədir. Əslində bu divarlar sadəcə uydurulub və onlar reallıqda yoxdur. Ciddi şəkildə barışmaq öz azadlığını informasiya müharibəsi aparanlara güzəştə getməmək deməkdir. Keçmişdə və gələcəkdə baş verən müharibələrdən imtina etmək və ya məsuliyyəti üzərindən atmağın mənası yoxdur. Onsuz da bu məsuliyyət bizim çiyinlərimizdədir”.

Səfərinin qapalı olduğunu deyən Vanyan Azərbaycanın heç bir erməni üçün təhlükəli və qapalı məkan olmadığını söyləyib:

“Mənim səfərim ictimai xarakterli olmadı. Yəqin ki, azərbaycanlı dostlarına qonaq getməkdə maraqlı olan erməni gənclər məhz bunu arzu edirlər. Bunu həmçinin öz doğma yerlərini tərk edən ermənilər də arzu edirlər. Onlar ilkin şərtsiz, KİV-lər və ya hansısa mənfi nəticə ilə qarşılaşmadan yalnız özləri üçün “düşmən” ölkəyə yox, qonşularına getmək istəyirlər.

Mən göstərmək istədim ki, Azərbaycana getmək imkanına sahib olmaq üçün Ermənistanda siyasi təqibə məruz qalan biri olmaq məcburi deyil. Bunun üçün dostunun dəvəti də yetərlidir.

Mən Azərbaycanda hər yerdə - Ermənistanda, Gürcüstanda, Almaniyada, Türkiyədə, Rusiyada olduğum kimi, tam sərbəst idim. İki insan – dəvət edən və dəvəti qəbul edib gedən arasındakı etibar bütün divarları dağıdır. Belə imkan hər bir Ermənistan vətəndaşı üçün var. Mən hər zaman bilirdim və indi də təcrübəmlə əmin oldum ki, Azərbaycanın ermənilər üçün qapalılığı və təhlükəli olması yalnız informasiya müharibəsi zonasında mövcuddur”.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycana gediş prosesi tam leqal prosedurlarla gerçəkləşdirilir:

“Ermənistan vətəndaşlarının Azərbaycana səfəri ilə bağlı leqal prosedur, həmçinin bu prosedurdan sonra vətənə qayıdan zaman nə ilə qarşılaşacağı çoxlarını maraqlandırır. Mən Qırmızı Körpüdən vizasız əsasla Azərbaycana getdim, amma təbii ki, bunun üçün əvvəlcədən icazə aldım. Gürcüstan tərəfində soruşdular ki, həqiqətən sərhədi keçmək istəyirsinizmi? Bu standart suallardır və onlar Sadıqlı postundan Ermənistana gələn Azərbaycan vətəndaşlarına da verilir. Azərbaycan tərəfdə məni xüsusi xidmət orqanlarının əməkdaşları gözləyirdilər, hansı ki, məni yolda müşayiət etməliydilər.

İki analoji proseduru müqayisə etmək imkanlarından istifadə etmək istəyirəm. Səfərim zamanı Azərbaycanın sərhəd-keçid məntəqəsində giriş və çıxışla bağlı pasportuma möhür vuruldu. Azərbaycandan Ermənistana gedən şəxslərə isə bu möhür vurulmur. Belə güman edirəm ki, bununla bağlı Gürcüstan sərhədçiləri ilə qeyri-formal razılaşma var. Belə ki, Gürcüstan tərəfi pasport çıxış haqqında möhür vurur və insanı hansısa boşluğa göndərir, daha sonra isə giriş möhürü vuraraq, həmin boşluqdan adamı Gürcüstana qəbul edir. Azərbaycanda isə belə absurd nüanslar yoxdur. Bunu isə mənim pasportumdakı möhür sübut edir. Bu, həm də legitim proseduru təsdiq edir və göstərir ki, Azərbaycan Ermənistan vətəndaşları üçün açıqdır.

Sərhəd-keçid məntəqələri haqqında məsələni sonlandırmaq üçün Azərbaycana səfərimin nəticələri haqqında danışacağam. Səfərimdən iki gün keçdi. Evə dönüşüm heç bir problemsiz başa çatdı və mən yenidən yola düşməli oldu. Bu dəfə Gürcüstan vasitəsilə Rusiyaya getməli, kəndçilərimi buradakı iş yerlərinə çatdırmalı idim. Ermənistandan çıxanda məni sərhəd-keçid məntəqəsində bir saat gözlətdilər. Burada müəyyən suallara cavab verməli oldum. Mənə Azərbaycanda olub-olmamağım, nə vaxt getməyim, nə iş görməyim soruşuldu. Evə geri dönəndə də eyni proses yaşandı. Mən növbə rəisinə deyəndə ki, bu cür söhbət artıq olub, o bunun əhəmiyyət daşımadığını dedi və bu prosesin hər dəfə təkrarlanacağını söylədi. Mənim öz taleyimlə barışmağıma yardım etmək üçün o mənə bunun haqqında Azərbaycana getməzdən qabaq düşünməyim gərəkdiyini dedi”.

O, erməni vətəndaşlarının Azərbaycana səfəri zamanı təhlükəsizlik məqsədilə müşayiət olunması məsələsinə də aydınlıq gətirib:

“Düşünürəm ki, ağıllı insanlar mənim izahım olmadan belə bunun mahiyyətini anlayırlar. Məişət səviyyəsində baş verən kiçik hadisə belə konfliktin alovlandırılması üçün bəhanə şəklinə gətirilə bilər. Mən Azərbaycanda azərbaycanlıların, Ermənistanda ermənilərin olduğu kimi, rejim altında olmamışam. Məni yalnız yolda müşayiət edirdilər. Mənim insanlarla danışıqlarım nəzarət altında baş vermirdi. Mən istirahət edib, qonaq gedir, restoranda yemək yeyirdim. Bunu azad, müşayiətsiz edirdim.

Bakıda mən küçəyə çıxanda xüsusi “erməniyəm” plakatı ilə gəzmirdim. Lakin Qaraçinar kəndinə gedəndə mənim erməni olduğumu bilirdilər. Mən yad insanlarla görüşə erməni kimi gedirdim. Bunu çətin ki, şəxsi görüş adlandırmaq olar. Bununla belə, biz azad şəkildə danışırdıq, ətrafımızda heç kim dayanmırdı, heç kim bizi tələsdirmirdi.

Bu, xalqın və dövlət strukturlarının vacib mədəniyyət nümayişidir. Biriləri qonağı evə qəbul edir, digərləri isə ölkəyə gəlişinə izn verilən insanı nümayişkaranə nəzarətlə təhqir etmirlər”.

MilliYol.Az


Etiket: Georgi Vanyan səfər

Şərh yazın.


Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az