• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Paşinyan Putinlə görüşdən sonra niyə bu qədər küstahlaşdı? - Cürəti kimdən alır?

14:27 10.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Maraqlıdır ki, Paşinyan Rusiyaya səfəri öncəsi siyasi müşahidəçilər və mətbuat erməni liderin Kremldə cəzalandırılacağı barədə danışır və yazırdı

Politoloq: “Yüksək beynəlxalq tribunalardan konkret xəbərdaredici nota veriləndən sonra Azərbaycan hərbi əməliyyatlara başlayıb, işğaldakı torpaqlarını azad etməlidir”

“Paşinyanın səfəri çərçivəsində Ermənistan rəhbərliyi iki “qırmızı xətt”i birmənalı olaraq Rusiyanın qarşısında şərt kimi qoyub. Hər bir halda Paşinyanın bu səfərini və açıqlamarını çox cəsarətli olaraq dəyərləndirmək lazımdır”.

Bu sözləri politoloq Natiq Miri Paşinyanın Dağlıq Qarabağla bəyanatını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Politoloq vurğulayıb ki, Ermənistan baş nazirinin və Rusiya prezidentinin açıqlamaları ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlərdə soyuqluq davam edəcək. Həmçinin bu görüş bir daha onu göstərdi ki, tərəflər bir-birilərinə inanmırlar. Xüsusilə, də Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana etimad etmir.

Xəbər verdiyimiz kimi, iki gün öncə Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya rəsmi səfər edib. Səfəri zamanı Ermənistan lideri Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Paşinyan görüş çərçivəsində Dağlıq Qarabağ məsələsinə də toxunub və “Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” - fikrini irəli sürüb. O, bildirib ki, Ermənistan Dağlıq Qarabağ məsələsində Azərbaycanla mübahisədə heç bir güzəştə getməyəcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalacaq.

Azərbaycan tərəfi isə Paşinyanın bu bəyanatına adekvat cavab bildirib. Belə ki, XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş nazir səviyyəsində əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətində olduğunu vurğulayıb.

"Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir" fikirlərini qeyd edən XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev vəziyyətin gərginləşməsinə görə məsuliyyətin tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşdüyünü də qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” nəşrinə müsahibəsində daha da irəli gedib. O, qəzetə verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb və danışıqların dayanmasına görə Azərbaycanı ittiham edib. Paşinyan Qarabağ ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı suala cavabında deyib: “Qarabağın (qondarma DQR rejimi - red.) “konstitusiyası var və konstitusiyaya görə, bu rayonlar Qarabağa məxsusdur”.

Maraqlıdır ki, Paşinyan Rusiyaya səfəri öncəsi siyasi müşahidəçilər və mətbuat erməni liderin Kremldə cəzalandırılacağı barədə danışır və yazırdı. Hətta bəzi ekspertlərə görə, Paşinyanın Rusiya səfəri hesabat xarakterlidir və hansısa ciddi addımlar olacağı gözlənilmirdi. Lakin Paşinyan elə Moskvada olduğu zaman çox sərt bəyanatlar səsləndirdi. Paşinyan Dağlıq Qarabağla bağlı bəyanatından xaric, eyni zamanda “Təmas xəttində istənilən təxribat sərt cavab alacaq” ifadəsini işlətdiyini də iddia edir. Bu bəyanatlar fonunda Paşinyanın Rusiya səfərini necə dəyərləndirmək olar? Hesab etmək olarmı ki, Putinin qarşısında “at oynadan” Paşinyan Ermənistanı ilə Rusiya arasında münasibətlər daha da korlanacaq, yoxsa Paşinyan bu cürəti elə Putinin özündən alır?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Paşinyanın Dağlıq Qarabağ cəbhəsində hansısa əməliyyat və təlimlər çərçivəsində Ermənistanın sərt cavab verəcəyi barədə xəbərdarlığı ciddi bəyanatdır”.

Paşinyanın Putinlə görüşünün gözlənildiyi kimi hesabat xarakterli olmadığını və çaşqınlıq yaratdığını bildirən politoloq Natiq Miriyə görə, görüş çərçivəsində Paşinyanın Putin qarşısında qoyduğu şərtlərin qəbul edilməməsi regionda yeni müharibənin baş verməsinə səbəb ola bilər:

“Paşinyan iki məsələni Putinlə görüşdə xüsusi olaraq qeyd edib və bunu təsadüf olaraq dəyərləndirmək doğru olmazdı. Bu iki məsələdən birincisi iki müttəfiq ölkənin qarşılıqlı olaraq bir-birinin daxili işlərinə qarışmaması ilə bağlı idi. Belə ki, Ermənistanın daxilində gedən proseslər, xüsusilə də korrupsiyaya qarşı mübarizə kontekstində baş verən həbsləri və gələcəkdəki siyasi perspektivləri, növbədənkənar keçirilə biləcək seçkiləri də əhatə edərək Putinin diqqətinə çatdırıb. Yəni, iki dövlət arasında münasibətlər bu məsələlərə müdaxilə edildiyi təqdirdə pozula bilər. Bu, bir növ xəbərdarlıq xarakterli daşıyırdı.

Əslində Paşinyanın bəyanatı Rusiya və Ermənistanda olan bir sıra siyasətşünaslar tərəfindən gözlənilməyən məqam idi. Paşinyanın bu cür xəbərdaredici tonda Putinlə danışacağı ehtimal olunmadığına görə, bu addımı sürpriz olaraq dəyərləndirmək olub

İkinci məsələ isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Dağlıq Qarabağ cəbhəsində hansısa əməliyyat və təlimlər çərçivəsində Ermənistanın sərt cavab verəcəyi xəbərdarlığı ciddi bəyanatdır.

Paşinyan Putinin nəzərinə çatdırmaq istəyib ki, Rusiya Azərbaycanın bu cür hərbi təlimlərinə göz yumacağı təqdirdə Ermənistan sakit oturmayacaq və qarşılıqlı sərt hücumlarla prosesə cavab verəcək. Paşinyan böyük bir savaşdan danışmaqla, regionda böyük bir təhlükənin olacağı xəbərdarlığını edib. Təbii ki, belə bir müharibənin olması Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Bir çox siyasətşünaslar düşünürdülər ki, Paşinyan sırf hesabat üçün Rusiyaya dəvət olunub. Lakin sorğu-sual zamanı bəlli oldu ki, Paşinyan yeni Ermənistan hökümətinin strateji maraqlarını ortaya qoyur və təxmin etdiyi bəzi gözləntilərə qarşı öz mövqeyini dilə gətirir.

Natiq Miri: “Paşinyan böyük bir savaşdan danışmaqla, regionda böyük bir təhlükənin olacağı xəbərdarlığını edib. Təbii ki, belə bir müharibənin olması Rusiyanın geosiyasi maraqlarına cavab vermir”

Düşünürəm ki, Paşinyan bu səfəri çərçivəsində yaxın dönəm üçün Putinlə münasibətlərində çərçivənin “qırmızı xəttlər”ini müəyyənləşdirib:

1. Ermənistanın daxili işinə qarışılmayacaq. Baş tutan bütün siyasi və hüquqi proseslər Ermənistanın daxili işidir və Ermənistan bu məsələdə müstəqil addımlar atmağa davam edəcək.

2. Rusiya Azərbaycanın tərəfini tutarsa, yeni bir müharibənin baş verməsi gözləniləndir.

Hesab edirəm ki, Paşinyanın səfəri çərçivəsində Ermənistan rəhbərliyi bu iki “qırmızı xətt”i birmənalı olaraq Rusiyanın qarşısında şərt kimi qoyub. Hər bir halda Paşinyanın bu səfərini və açıqlamarını çox cəsarətli olaraq dəyərləndirmək lazımdır. Və Azərbaycan bu bəyanata qarşı adekvat addımlar atmalıdır. Çünki Qarabağla bağlı məlum açıqlamadan sonra Paşinyan kimi dövlət başçısı ilə hansısa sülh masası ətrafında oturmaq əbəsdir. Fikrimcə, bundan sonra Azərbaycan dövləti Paşinyan kimi populist bir liderin yanlız öz dili ilə danışmalıdır. Söhbət siyasi və hərbi dildən gedir.

Azərbaycan ordusu bu məsələni çözmək üçün hərəkətə keçməlidir. Bunun üçün regional və qlobal səviyyədə hansısa siyasi mühit yaradılmalıdırsa, artıq Azərbaycan hakimiyyəti onu etməlidir. Yüksək beynəlxalq tribunalardan konkret xəbərdaredici nota veriləndən sonra Azərbaycan hərbi əməliyyatlara başlayıb, işğaldakı torpaqlarını azad etməlidir. Təbii ki, bu prosesi “işğalda olan öz torpaqlarını seperatçı və terrorçu qüvvələrdən azad etmək” başlığı ilə həyata keçirməlidir. Bütün beynəlxalq hüquqlara görə, Azərbaycan bu məsələdə sərbəstdir və bu haqqı özündə daşıyır.

Natiq Miri: “Yaxın zamanlarda bu şəxslərin Paşinyan hökümətindən uzaqlaşdırılması barədə bir addım görməsək, deməli, Putinlə Paşinyan arasında hansısa anlaşmadan söz gedə bilməz”.

Yeri gəlmişkən, Paşinyanın bu cürəti Putindən aldığını düşünmürəm. Hətta Rusiya və Ermənistan mediasında da bu cür fikirlər səsləndirilib. Ancaq bu gün Ermənistan və onun rəhbərliyi Paşinyandan razı qalmayan dövlət Rusiyadır. Rusiyanın Paşinyandan bir çox səsləndirilməyən istəklərinin olduğu barədə də informasiyalar mövcuddur. Belə ki, bu gün Rusiya Sorosun çoçuğu sayılan, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bu kontekstində bir sıra strateji postda olan Amerikan çoçuqlarının da dərhal vəzifədən çıxarılması tələbini irəli sürüb. Yaxın zamanlarda bu şəxslərin Paşinyan hökümətindən uzaqlaşdırılması barədə bir addım görməsək, deməli, Putinlə Paşinyan arasında hansısa anlaşmadan söz gedə bilməz.

Rusiyanın bu tələbinin səbəbi Rusiya və Ermənistan arasındakı bir sıra hərbi və strateji müqavilələrin xaricə ötürülməməsi ilə bağlıdır. Müşahidə etmək lazımdır ki, görək Paşinyan həmin şəxsləri öz hökümətindən uzaqlaşdıracaqmı?! Əgər bunu görsək, o zaman Putin və Paşinyan arasında gizli bir anlaşmanın olduğunu iddia etmək mümkün olacaq. Lakin ortada gizli anlaşmanın olduğunu düşünmürəm. Bu olsaydı, Putin sentyabr ayının sonları üçün Azərbaycana yönəlik strateji səfəri öz planına salmazdı”.

MilliYol.Az


Etiket: Paşinyan Natiq Miri

Şərh yazın.


Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az