• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

''6 saylı Cəzaçəkmə Müəssisəsində bədəni çürüyən məhbuslar var''

10:41 06.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Məhbus qardaşı: ''Şikayət etdiyinə görə günlərlə asıblar, ''kars'' veriblər''

Bu haqda məhbuslardan birinin yaxını Meydan TV-yə məlumat verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə, Penitensiar Xidmətə müraciətlərinə başdansovdu yanaşılır. Yaxınları onların davamlı şikayətlərindən sonra Məhkumların Müalicə Müəssisəsinə köçürülsələr də, orada müalicə olunmurlar.

Məhkumlara sahib çıxan yoxdur

“Yazırıq, şikayət edirik, yalvarırıq bundan sonra yaxınımızı 6 saylıdan çıxarıb “sentral”a (Məhkumların Müalicə Müəssisəsi) aparırlar. Orada da nəinki müalicə eləmirlər, heç diaqnoz da qoymurlar. Danışırıq, həkimlər deyir ki, dərman yoxdur. Deyirik ki, diaqnozu qoyun, dərmanı alıb gətirək. Cavab verirlər ki, icazə yoxdur, diaqnoz qoya bilmərik. Bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində bədənində çürümə gedən məhkumlara sahib çıxan yoxdur. Bizə də imkan vermirlər” – deyə məhbuslardan birinin yaxını deyib.

Ayda 500 manat istəyirlər

Sözügedən cəzaçəkmə müəssisəsində saxlanılan Tahir Şəmməd oğlu Həsənovun qardaşı Lənkəran rayonu, Boladı kənd sakini İmran Həsənovun Ədliyyə Nazirliyi Baş İstintaq İdarəsinin rəisi Zakir Qafarova yazdığı şikayət məktubu da 6 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlıdır:

“Qardaşım Tahir Şəmməd oğlu Həsənov məhkumdur. Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Qardaşım aclıq, işgəncə, haqsızlıq, ağır xəstəlik içində cəza çəkir. Müəssisəsdə saxlanıldığı 6 il ərzində türmə adminstrasiyasının məmurları və Ədliyyə Nazirlyinin Müalicə Müəssisəsinin cinayətkar həkimləri qardaşımı əzab-əziyyətlə öldürürlər. Qardaşım 6 ildir ki, bir çox xəstəlikdən əzab çəkir. Yuxusuzluq, əsəb, ürək, böyrək, göz, mədə-bağırsaq, gücsüzlük, sümük ağrıları, “Hepatit C” və başqa xəstəlikləri var. 6 saylı müəssisəsinin diş həkimi, ədliyyə kapitanı İlham Qurbanov qardaşımın dişini çəkərkən ondan pul istəyib, ala bilmədiyinə görə ona “Hepatit C” virusu keçirib. Qardaşımın xəstəliklərinin bu qədər çoxalaraq dözülməz ölüm həddinə gəlib çatmasında səbəbkarlar Müalicə Müəssisəsinin başda baş həkim Nicat Cəlilov, qəbul şöbəsinin həkimi Elgiz, terapevt Ramiz və başqa həkimlər - Cəbrayıl, Məhərrəm, Anardır.

Belə ki, qardaşım müalicə olunmaq üçün 35 dəfə Müalicə Müəssisəsinə köçürülüb. Çox təəssüf olsun ki, adlarını qeyd etdiyim həkimlər tərəfindən qardaşıma heç bir tibbi yardım göstərilməyib. Dəfələrlə Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilovdan qardaşımı müalicə etmələrini xahiş etmişəm. Lakin xeyri olmayıb. Nicat Cəlilov oranı xəstəxana kimi deyil, beşulduzlu otel kimi işlədir. Sağlam dustaqlar 1 aya 300 manat verib orada dincəlirlər. Nicat Cəlilov da sağlam xəstələrə iynə, dərman vurmur və həmin iynə-dərmanı özünün aptekində satdırır. Qardaşım kimi müalicəyə ehtiyacı olan dustaqlara da tibbi yardım göstərməyib yenidən cəza yerinə qaytarırlar. Bu da göz görə-görə xəstə dustağı öldürməkdən başqa bir şey deyildir. Bəzi imkanlı dustaqlar var ki, Müalicə Müəssisəsində özlərinə palataları alıb həbsdə olduğu illər ərzində orada qalırlar. Nicat Cəlilov və onun həkim dəstəsini yalnız sağlam, pullu, Müalicə Müəssisəsinə dincəlməyə gələn dustaqlar maraqlandırır. Xəstə dustaqlara isə vaxtında tibbi yardım göstərilmir və onlar ölürlər. Bəzi dustaqları isə şikəst edirlər”.

Pulsuz cəza çəkmək mümkün deyil

İmran Həsənov yazır ki, dəfələrlə şikayətləri əsasında Ədliyyə Nazirliyi Baş Tibb İdarəsindən İftixar Qurbanov, Samir, Abbas adlı şəxslər, Penitensiar Xidmətdən Elşən, Bəhruz adlı təhqiqatçılar gəliblər. Amma şikayəti araşdırmaq əvəzinə, Müalicə Müəssisəsində baş verən qanunsuzluqları ört-basdır ediblər:

“6 saylı Cəzaçəkmə Müəssisəsində pulsuz cəza çəkmək mümkün deyil. Müəssisədə cəza çəkməyə pul lazımdır. Hər bir aya görə azı 500 manat. Pulun yoxdursa, aclıqdan ölməlisən. 6-cı kolonda demək olar ki, dövlət tərəfindən heç nə verilmir. Ancaq hər şey var, sadəcə dustağa pulla satırlar. 6-cı kolonda olan kafedə, dönərxanada, mağazada hər şey satılır. Adi “Prima” siqareti mağazada 1 manat 80 qəpiyədir. Çayxana, bilyard, kompüter, hamam pulludur.


Qardaşım Tahir Həsənov 2013-cü ildən bu günə qədər 6 saylı Cəzaçəkmə Müəssisəsində və Müalicə Müəssisində baş verənlərlə bağlı kömək istəyir. Onun bu şikayətlərinə görə Penitensiar Xidmətdən gəlib cinayətləri ört-basdır edib gediblər. Özünü isə xəstə vəziyyətdə olmasına baxmayaraq, Əli Əmirovun vaxtından bu günə qədər vəhşicəsinə döyürlər. Günlərlə asıblar, “kars” veriblər.

Qardaşımın şəxsi işində olan sutkaların hamısı onların cinayət əməllərindən şikayət etdiyinə görədir. Şəxsi işində olan suktalar hamısı qeyri-qanuni verilib.
Hörmətli rəis, sizdən xahiş edirəm, qardaşımın xəstəliyini nəzərə alıb onun Səhiyyə Nazirliyinin xəstəxanalarından birində təcili müayinə və müalicə olunmasına göstəriş verəsiniz.

Onun müalicə olunmasında lazım olan dərmanların verilməsinə nəzarət etmənizi xahiş edirəm.

6-cı kolonda və Müalicə Müəssisində olan cinayətkarlar barəsində ciddi surətdə araşdırma aparılmasını və qardaşım Tahir Həsənovun digər müəssisəyə köçürülməsini təmin edin. Çünki 6-cı kalonda cəza çəkməyə ayda 500 manat pul lazımdır, o pul da bizdə yoxdur.

Hörmətli rəis, 6-cı kolonda və Müalicə Müəssisəsində baş verən cinayətləri araşdırmaq üçün bir dürüst ədliyyə məmurunu göndərin ki, baş verən cinayətlərə göz yummasın”.

Xəstəlikdən əziyyət çəkənlər

Meydan TV sözügedən cəzaçəkmə müəssisəsində xəstəlikdən əziyyət çəkən məhbusların bir qisminin kimliyini dəqiqləşdirə bilib. Adının açıqlanmasını istəməyən həbsxana əməkdaşının verdiyi məlumatda deyilir:

1. 48 yaşlı Yediyar Sədiyar oğlu Həsənov. Hər iki ayağında qanqrena – çürümə gedir. İki ay əvvəl Müalicə Müəssisəsinə köçürülüb. Köçürüləndə 1 ayağında çürümə olub. Orada olarkən digər ayağında da çürümə başlayıb. Müalicə etməyib geri qaytarıblar. Hazırda hər 2 ayağı çürüməkdə davam edir.

2 Məmmədəli Mirzəli oğlu Hüseynov. Onu da 1 ay əvvəl “sentral”a köçürüblər. Orada 1 həftə qalıb. Müalicə etməyib geri qaytarıblar. Deyiblər ki, get, nə vaxt azadlığa çıxarsan, özünü müalicə etdirərsən. M.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda azad olunmasına 2 il qalıb.

3. Məhkum Abdulla Xəlilovun onurğasında çürümə gedir. Onu da müalicə etmirlər. İmkansızdır.

4.Tahir Şəmməd oğlu Həsənov. Mədə bağırsağında ciddi problemlər var. Ağır xəstədir. İlham adlı diş həkimi məhbəsdə onu hepatitə yoluxdurub. Müalicə olunmasa, öləcək.

5. Məhkum Xeyrulla Hüseynov asmadır. Bundan başqa, ayaqlarında damarları partlayır. Müalicə etmirlər. Özünün də müalicə üçün imkanı yoxdur.

6. Məhkum Camal Həsənovun sağlıq durumunu mənbə “olduqca ağır” ifadəsi ilə nişanlayır. Deyir ki, ayağından qan-çirk axır.

Mənbə deyir ki, maddi imkanları olmayan dustaqların durumu son dərəcə ağırdır.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov Meydan TV-yə deyib ki, bu məsələ Baş Tibb İdarəsinin nəzarətindədir. 6 saylı Cəzaçəkmə Müəssisəsindən şikayətlərə gəlincə, Mehman Sadıqov şikayətin araşdırılacağını deyib.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə Meydan TV-yə deyib ki, Camal Həsənovun adı 6 saylı Cəzaçəkmə Müəsisisində deyil. Digərlərinə gəlincə, onlar üçün tibbi xidmət əlçatan olub və şikayətlərinə uyğun olaraq da müvafiq tibbi yardımlar alıblar:

“Məsələn, Yediyar Sədiyar oğlu Həsənov. Bu məhbus uzun müddət ətraflı müayinə və müalicə cəlb olunub, iki ay həkim nəzarətində qalıb. Düzdür, onun aşağı hissəsində müəyyən patalogiyalar var, sentyabrın 4-də həmin xroniki patologiyaya görə təkrar Məhkumların Müalicə Müəssisinə köçürüldü. Hazırda tibbi müayinələrə cəlb edilib. Abdulla Xəlilova iki dəfə cərrahi müdaxilə olub, amma müayinə və müalicələrə bir az intizamsız yanaşdığından problem yaşanır. Əgər intizamsız yanaşmasa, indiki vəziyyətlə qarşılaşmaz. Xeyrulla Hüseynova da tibbi yardımlar göstərilir, ancaq o əlilliklə bağlı narazılığını bildirir. Deyir ki, xəstəliyə görə əlillik almalıdır. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xüsusi meyarları var, yəni xəstəlik qrup dərəcələrinə uyğun gəlməlidir ki, təqdimat olunsun. Əlillik dərəcəsini müvafiq nazirlik verir və xüsusi elektron baza əsasında təqdim olunur. Amma Xeyrulla Hüseynovun müayinələrinin nəticələrində həmin meyarlar müəyyən edilməyib. Gələcəkdə səhhətində ağırlaşmalar müşahidə olunarsa, təkrar müayinələrə cəlb olunacaq və meyarlara uyğun gəldikdə elektron bazaya daxil ediləcək”.

MilliYol.Az


Etiket: 6 saylı Cəzaçəkmə Müəssisəsi Şikayət

Şərh yazın.


Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az