Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi avtomobil aşıb
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Dərəcik bölgəsi istiqamətində hərəkətdə olan avtomobil döngədə sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanıb.
Hadisə nəticəsində 2 əsgər dünyasını dəyişib. 5-i ağır olmaqla 7 əsgər isə yaralanıb.
Yaralılar Yüksəkova dövlət xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı istintaq aparılır.
MilliYol.az
Digər xəbərlər
loading...