• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Azərbaycanda 1gb internet 5 manata, Ukraynada 20gb cəmi 4 manata…

19:19 30.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Mobil rabitə xidmətindəki bahaçılıq Azərbaycan əhalisinə ildə 1 milyard manata başa gəlir!

İnhisarçılığın ölkə iqtisadiyyatına və əhalinin sosial durumuna vurduğu ziyanın ən bariz formada özünü əks etdirdiyi sahələrdən biri Azərbaycanın mobil rabitə sektorudur.

Göstərdiyi xidmət səviyyəsinə və texniki göstəricilərinə görə “3-ü birinə, 1-i də heçə dəyməyən” və “cırıq üçlüyü” xatırladan şanlı mobil operatorlarımızın xüsusilə də qiymət siyasətinin dünyada analoqu yoxdur. Belə ki, bir çox digər ölkələrin mobil operatorları ilə müqayisə apardıqda görünür ki, bizim “cırıq üçlüyün” qiymət siyasətinin bircə adı var – SOYĞUNÇULUQ!

Bu “üç muşketyorun” qəhrəmanlığının digər ölkələrlə müqyisədə bizlərə nə qədər baha başa gəldiyini və bunların bizi necə taladıqlarını göstərmək üçün postsovet məkanına aid bircə misal göstərmək kifayətdir. Məsələn, əhalisinin yaşayış səviyyəsinə görə Azərbaycandan çox da fərqlənməyən Ukraynada çoxlu sayda mobil operator fəaliyyət göstərir. Və bu operatorlar arasında bizdəkilərin evcik-evcik oyununu, cizgi filmlərini xatırladan saxta rəqabət görüntülərindən fərqli olaraq, əsl biznes savaşı hökm sürür. Bizimkilərin müştərilərə qarşı fırıldaqçılığa, oğurluğa, soyğunçuluğa köklənən yekəxana və yekəbaş münasibətindən fərqli olaraq, Ukraynadakı mobil operatorlar abunəçilərə olduqca üstün xidmət və keyfiyyət təqdim etmək üçün yarışırlar və bunun da nəticəsi olaraq, həmin xidmətlər abunəçilərə “su qiymətinə” başa gəlir.

Ukraynada 20gb cəmi 4 manata, Azərbaycanda isə 1gb 5 manata – bu necə olur?

Məsələn, Ukraynadakı mobil operatorlardan biri olan Lifecell şirkətinin təklif etdiyi şərtlərə və xidmətə baxanda, bizim əhalinin cibinə girib gündən-günə şişən “üç gombulu” topa qoyub atmaq istəyirsən. Təsəvvür edin ki, cəmi 60 qrivnə, yəni təqribən 4 manata aldığınız life nömrəsinin üzərində nə az-nə çox – 20 gb(!) internet, bütün operatorlarla 150 dəqiqə pulsuz danışıq və 150 sms verilir. Bu qiymətə nömrənin özü də daxildir. Müqayisə üçün bildirək ki, bizimkilər həmin qiymətə bundan 15-20 dəfə az internet verirlər. Məsələn, Bakcell və Azercell-də 5 AZN-ə cəmi 1 gb, NAR-da isə 3 AZN-ə cəmi 0.6gb internet verilir. Və buraya nömrənin özünün satış qiyməti daxil deyil ki, bu da əlavə 3-5 manat deməkdir. Gördüyünüz kimi, ortada ağlasığmaz dərəcədə böyük fərq var və bu fərq Azərbaycandakı abunəçilərə qarşı soyğunçuluğun danılmaz sübutudur. İnanmırıq ki, bu bahalığın inhisarçılıq və talançılıq hesabına varlanmaq istəyindən başqa hansısa izahı olsun. Çünki mobil operatorlar bütün dünyada təqribən eyni texnologiyalardan, eyni sayda işçi qüvvəsindən və s. istifadə edirlər. Yəni ki, xərclər təxminən eynidir. Hətta Azərbaycanda enerji daşıyıcılarının qiymətləri Ukrayna ilə müqayisədə 2 dəfəyədək aşağıdır ki, bu da bizim “üç görməmişin” xərclərini biraz da azaltmış olur. Bu o deməkdir ki, bizimkilər daha az xərclərin müqabilində təkcə internet paketləri üzərindən Ukraynadakı operatorlara nisbətən 20 dəfəyədək artıq qazanc əldə edirlər…

Keyfiyyətə və xidmət səviyyəsinə gəlincə isə, bu pozisiyalar üzrə də Azərbaycandakı və Ukraynadakı operatorları müqayisə etməyə belə dəyməz. Birincisi, orada nömrələr heç bir sənəd tələb edilmədən satılır. İstənilən marketdən mobil nömrəni alıb, dərhal da aktivləşdirmək olur. Görünür, bizim hüquq-mühafizə orqanlarından fərqli olaraq, ukraynalılar hər xırda anlaşılmazlığa görə abunəçilərin polis şöbələrinə çağrılıb, çək-çevir edilməsinin tərəfdarı deyillər. İkincisi, bizdəki kimi hər 3-5 gündən bir abunəçidən hesabına pul qoyması tələb olunmur. Yəni kontur yükləmədinsə, bir həftədən sonra nömrə bir tərəfli bağlandı, yaxud 1 ay keçdi iki tərəfli bağlandı kimi eybəcər və sırtıq şərtlər, tələblər yoxdur. Daha bir vacib məqam isə odur ki, heç kim sizdən xəbərsiz sizin nömrəni hansısa fırıldaqçı kampaniyaya və xidmətlərə qoşub, hesabınızdakı pulu sovurmaqla məşğul ola bilməz.

Mobil operatorların sahibləri kimlərdir?

Şirkətlərin fəaliyətindəki şəffaflıq da müqayisəyə gəlməyəcək səviyyədədir. Ukraynada bilinir ki, hansı operator kimə məxsusdur və kimlər tərəfindən idarə olunur. Məsələn, yuxarıda misal gətirdiyimiz Lifecell Turkcellə məxsusdur. Bizdə isə rəsmi məlumata görə, Bakcell və Nar keçmiş CRA, indi isə CDP-yə çevrilmiş böyük biznes imperiyası tərəfindən idarə olunur.

Biz yalnız Ukrayna nümunəsini gətirdik və daha geniş araşdırma aparılsa, digər bir çox ölkələrdə də bizdəkindən 10 dəfələrlə ucuz və keyfiyyətli mobil rabitə xidmətlərinin mövcudluğunun şahidi ola bilərik. Azərbaycanda meydan sulayan bu “üç gombula” isə hələ ki, “dur” deyən yoxdur. Elə bunun nəticəsidir ki, onların illik qazancı 1 milyard (!) manata yaxındır. Belə ki, rəsmi statistikaya görə, ötən ilin nəticələrinə əsasən, informasiya və rabitə xidmətlərindən əldə edilən gəlirin 49,6%-i və ya 856,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bir daha vurğulayırıq ki, hələ bu, rəsmi statistikanın təqdim etdiyi rəqəmdir. Və bu qədər pul bizim cibimizdən çıxır. O ki qaldı bu pulların kimlərin cibinə getdiyinə, necə deyərlər, bu da tamamilə başqa söhbətin mövzusudur…

Ölkə əhalisinin təkcə cibinə yox, həm də müxtəlif gic-gic kampaniyaları, fırıldaqçı sms-ləri ilə əsəblərinə qənim kəsilən bu “üçlüyü” dünyanın heç bir ölkəsində bir gün də saxlamazdılar. Belələrini istehlakçıların şikayətləri və hayasızcasına tətbiq etdikləri açıq inhisarçı və soyğunçu tariflər səbəbindən çoxdan məhkəmə qərarı ilə böyük məbləğdə cərimələyib, ölkədən qovmuşdular. Bizdə isə məlum səbəblərdən buna heç kimin cəsarəti çatmaz. Baxmayaraq ki, bu ölkənin hökuməti, Milli Məclisi və ən nəhayət, uzun və təmtəraqlı adı olan “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” var! Göründüyü kimi, bunlar hamısı var, ancaq maləsəf bu “üç gombula” bata bilən yoxdur…(AzPolitika.info)

Etiket:

Digər xəbərlər

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az