• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi səhiyyə nazirliyi... - Video

10:53 09.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Məşhur bir söz var: “Mənə vicdasınz bir mətbuat verin, cəmiyyəti məhv edim”

Bu sözləri tamamilə Azərbaycan səhiyyəsinə transfer etmək olar.

Bizə bir vicdansız səhiyyə məmurları nəsib olub və onlar cəmiyyətin məhvi üçün nə lazımdırsa əllərindən gələni əsirgəmirlər.  

Bu gün xəstəxana, həkim adları gələndə hər kəsin dalağı sancır, insanlar mümkün qədər gec həkimə gedirlər, türkəçarə, xalq təbabəti üsulları ilə sağalmağa çalışırlar.
Çünki onları xəstəxanaları qəssabxanalara çevirmiş çoxlu rüşvətxor və savadsız, səhlənkar, xəstəsinə müştəri kimi baxan, onu soğan qabığı kimi soymağa hazır həkimlər gözləyir.
İşin bir tərəfi pul qoparılması olsa, dərd yarı, hətta xəstəxanaya sağ girib ölü çıxanların hər ay qeydə alınması normaya çevrilməkdədir.  

Məsələn, Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.

Rayonun Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qazaxın Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. R.Mustafayev iyunun 30-da Ağstafa özünə məxsus avtomobildən düşən zaman “VAZ” markalı avtomobil onu vuraraq sağ ayağını sındırıb, ayağından əməliyyat olunubmuş.

Yəni, elə də böyük əməliyyat deyil. Sadəcə xəstə narkozdan ayılmayıb, ya doza çox olub, ya da ümumiyyətlə narkoz vermək olmazmış. İyunun 29-da M.Mustafayevin qohumu, Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.
Anaxeber.Az-ın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin idarəçliyi altında bu iki ölüm faktı təkcə son 1 həftə ərzində baş verib.

İlin statistikasını hazırlasaq, yol qəzalarındakı ölümlərdən sonra ikinci yeri xəstəxanalarda, klinikalarda həkim səhlənkarlığından tələf olan insanların siyahısı tutar.
Hər ay ana və uşaq ölümləri, əməliyyat masasında həkim səhlənkarlığından dünyasını dəyişənlərin xəbərləri gəlməkdədir.

Onlar fərq etmir ki, hansı rayon xəstəxanasında can verirlər, dəhşət doğuran reallıq O.Şirəliyevin qurduğu səhiyyə sisteminin insan qəssabı, insan qatili olmasıdır.
Həkimlər insana tibbi xidməti biznesə çeviriblər. Bu da faciələrə yol açmaqdadır. Bütün sahələrdə səhlənkarlığa, rüşvətə göz yumulması başadüşüləndir, amma insan sağlamlığına birbaşa cavabdeh olan səhiyyənin rüşvət bataqlığında boğulması xalqa və onun genofonduna xəyanətdir, cinayətdir, gələcək nəsillərə pislikdir.

Əslində, səhiyyədəki problemlərin hansı yerindən başlasan, qandonduran faktlar meydana çıxır: prokurorluğun ifşa etdiyi saxta dərman satan həkimlər, dövlətin xəstəxanalara ayırdığı tibbi ləvazimatların, pereparatların apteklərdə satılması, yaşlı qadının sağlam ayağının səhvən kəsilməsi, baş həkimlərin rayon mərkəzi xəstəxanalarını, doğum şöbələrini rüşvət yuvalarına çevirməsi, ən nəhayət iki gün ölkədə yaşanmış enerji fəlakəti zamanı xəstəxanalarda generatorların olmamasının üzə çıxması O.Şirəliyevin bir nazir kimi Azərbaycan səhiyyəsini qətlə yetirdiyini, rüşvət xərçənginə yoluxdurduğunu, artıq metastaz verməkdə, qan qusmaqda olduğunu bir daha sübut etdi.

Üstəlik, xəstəxanalarda generatorların olmamasını mətbuat və yaxud adi vətəndaşlar iddia etmədi, şəxsən prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirin üzünə dedi, onun yalan danışdığını ortalığa qoydu.    

Hələ bu azmış kimi, nazir hamının gülüş obyektinə çevrilən açıqlama verərək yayın istisində bütün cəmiyyəti qəhqəhəyə boğdu. Şirəliyev elan etdi ki, icbari tibbi sığorta sahəsində başqa ölkələr Azərbaycandan nümunə götürürlər.
Həmin ölkələrin Mozambik yoxsa Somali olduğunu müəyyən edə bilməsək də, Azərbaycanda icbari tibbi sığortanın olmadığı yeni doğulmuş körpələrə də agahdır.
Nazirin bu açıqlamanı verərkən hansı ovqatda olduğunu demək çətindir, amma görünür ki, prezidentin müşavirədə onun yalanının ifşa etməsinə baxmayaraq, əhval-ruhiyyəsi yüksək olub.
Anaxeber.Az-ın məlumatına görə, bu ilin ilk 3 ayı ərzində 7 ana ölümü qeydə alınıb. Bu, nazirliyin rəsmi məlumatıdır. Ötən il isə 20 ana dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın bu məlumatı sanki heç nə olmamış bir adi statistikadır. Faktiki olaraq, hər bir ölümdə həkim səhlənkarlığı var.
Bundan əlavə, özəl klinikalardakı ölümlər, vətəndaşlara qoyulan səhv diaqnozlar, qiymətlərin dəhşətli dərəcədə baha olması və nazirliyin bu soyğunçuluğa müşahidəçi qalması, dövlət tibb müəssisələrində ələbaxımlılıq, dilənçilik açıq şəkildə gedir.

Bunu deputat Elmira Axundova da demişdi. İnsanların Şirəliyevin səhiyyəsinə zərrə qədər etibarı qalmayıb. Ona görə İran, Türkiyə, Gürcüstana üz tuturlar.

Elə məmurlar, nazirlər də Azərbaycan səhiyyəsinə güvənmirlər. Hətta xatırlayırsınızsa, ABŞ öz vətəndaşlarını Bakıdakı apteklərdən dərman almamağa çağırmışdı.
Sonda məlum oldu ki, dərman mafiyasında həkimlərlə gömrük generalları əlbir imiş. Belə səhiyyəyə isə nə əcnəbilər, nə öz vətəndaşlarımız bel bağlaya bilər.
Şirəliyevin korrupsiyaya bulaşmış idarəçiliyinin nəticəsidir ki, vərəm dispanseri külə dönərək 30 nəfərin diri-diri yanmasına səbəb oldu.

Bəs iyunun 7-də baş vermiş ölüm faktına nazir nə deyə bilər? Füzuli rayon Horadiz qəsəbə sakini, 1989-cu il təvəllüdlü Gülnarə Əhmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. İyunun 9-da o, 1 kiloqram 900 qram çəkili oğlan uşağı dünyaya gətirib.
G.Əhmədovanın bətnindəki 35 həftəlik uşaq qeysəriyyə yolu ilə götürülüb. Lakin iyunun 11-nə keçən gecə yeni doğulmuş oğlan uşağı naməlum səbəbdən vəfat edib.
Cinayət işi başlansa da, digər ölüm faktları kimi bu olay da bağlanır, kimsə cəzalandırılmır.
Ümumiyyətlə, Şirəliyev əli qana batmış həkimlərinin arxasında dayanır, cəzalandırılmasına imkan vermir, vətəndaşların şikayətlərinə baxılmır.

Bu özbaşınalıq, xəstəxanalardakı rüşvət, səhlənkarlıq günün birində partlayışa səbəb ola bilər. Bir gün nazirliyin qabağında kimsə özünü yandırsa, təəccüblənmərik.
Azərbaycan səhiyyəsində rüşvət olmadığını deyən nazirə onlarla video faktlar, şikayətlər göstərmək olar. Son olaraq ATU tələbələrinin rezidentura ilə bağlı keçirdiyi aksiya da nazirliyin mürtəc qərarına etiraz idi.

Klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.

Elə Azərbaycan hakimiyyətində təmsil olunanlar da, Oqtay Şirəliyev də, müavini Elsevər Ağayev də, başqaları da ölkə səhiyyəsinə güvənmirlər.
Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi...

Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.

Bütövlükdə isə səhiyyədəki vəziyyətlə bağlı damğanı prezident müşavirədə vurdu və nazir yalanyalançı çıxdı.



Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az