• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Millət vəkili: “Günahkar “Azərenerji”dir”

17:28 03.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Elektrik qurğularında qəzanın baş verməsi təbii haldır. Texniki sistemlər xarab ola, sıradan çıxa bilər. Amma bir qəzanın baş verməsinə görə uzun müddət bütün ölkənin işıqsız qalması qəbulolunmazdır”

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, ölkə başçısı hər bir müşavirədə ölkənin elektrik, enerji gücünün artırılması ilə əlaqədar tapşırıqlar verir, maliyyə ayırır, yeni elektrik stansiyaları tikilir, tələbatdan artıq elektrik enerjisi istehsal və ixrac edirik:

“Lakin Mingeçevirdə baş verən bir qəza bütün sistemi söndürür. Belə hal başadüşülən deyil. Buradan belə nəticə çıxarmaq olar ki, ölkəmizdə istehsal olunan enerjinin paylanma sistemi düzgün qurulmayıb və ya elektrik enerjisinin paylanmasının idarəetməsində nöqsanlar var.

Ölkə müharibə vəziyyətindədir, həm də yayda - anomal istilərin baş verdiyi bir vaxta elektrikin olmamasına görə şəhərdə binalara suyun verilməsində böyük fasilələr yaranmamalıdır. Hər bir sahədə ehtiyat generasiya qurğuları olmalıdır ki, hər hansı bir qəza baş verəndə onlar işə düşsün və problem qısa bir zamanda aradan qalxsın.

Qəza baş verib, problem yaranan kimi ölkə başçısı nöqsanın aradan qaldırılmasını nəzarətə götürür. Bu, onu deməyə imkan verir ki, cənab prezdent ölkə vətəndaşlarını düşünür və yaranmış problemə görə narahatdır.

Düşünürəm ki, qəzanın nəticələri qısa zamanda aradan qaldırılacaq. Amma bu işlə əlaqədar şəxslər baş vermiş problemdən nəticə çıxarmalı və ehtiyat tədbirlər görməli, belə fövqəladə hallar təkrar olunarsa, dərhal qarşısı alınmalıdır. 

Əgər hamı öz işinə normal yanaşsa, vəzifə borcunu tələblər çərçivəsində yerinə yetirsə, belə hallar təkrar baş verməyəcək”.

Millət vəkili Fəzail Ağamalı isə açıqlamasında bildirib ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalıdır.

Millət vəkilinin dediyinə görə, hadisənin obyektiv səbəblərdən və insan amilindən asılı olaraq baş verməsi dəqiqləşdirilməlidir:

“Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək.

Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə baş verməməsi üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir.

Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir.

Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.

Deputat bildirib ki, baş verən qəza ilə bağlı “Azərişiq” ASC paylayıcı şəbəkə olaraq bu hadisədə məsuliyyət daşımır. Amma istehsalçı qurum olan “Azərenerji” ASC  günahkardır:

“Azərişıq” Mingəçevirdə baş vermiş qəza ilə bağlı hər hansı bir məsuliyyət daşımır və ona bağlılığı yoxdur. Çünki “Azərişıq” istehlakçıdır.

Bu məsələyə “Azərenerji” ASC cavabdehdir. “Azərenerji” elektrik enerjisini istehsal edib “Azərişıq”a verir. “Azərişiq” da öz abonentlərini elektrik enerjisi ilə təmin edir. Ona görə də “Azərişıq”ı bütün müzakirələrdən kənara çıxarmaq lazımdır. 

Mingəçevirdəki elektrik enerjisinin istehsalçısı “Azərenerji”dir. Bütün araşdırmalardan sonra kimin günahkar olması bəlli olmalıdır. Heç şübhəsiz ki, ölkə ərazisində istilər var. İstilərin olması mümkündür ki, elektrik enerjisinin istifadəsində müəyyən gərginlik yaradıb.

Ancaq mən düşünmürəm ki, bu, qışdakından çox olsun. Güman etmirəm ki, Mingəçevirdə baş vermiş partlayış elektrik enerjisindən istifadənin hədsiz dərəcədə yüksəlməsi ilə bağlıdır. Düzdür, mən mütəxəssis deyiləm. Ancaq güman edirəm ki, kəskin istilər hadisənin baş verməsinə əsas olmalı deyil. Orada digər texniki məsələlər və başqa amillər ola bilər.

Hesab edirəm ki, hadisə bizim peşəkar istintaqçılarımız və enerji sahəsində yüksək səviyyəli mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra tam aydınlığını tapacaq”.

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də baş vermiş qəza nəticəsində ölkənin enerji təminatında yaranmış problemlərdən narahatlığını ifadə edib:

“Təbii ki, belə hallar, hadisələr, gözlənilməz, ekstremal, əvvəlcədən proqnozlaşdırılmayan situasiyalar dünyanın hər bir yerində baş verir, yaşanır. Yəni, tək bizim ölkədə belə bir hadisə yaşanmır, bu, hər yerdə olur və ola bilər.

Burada ajiotaj, hay-küy yaratmağa, haqlı-haqsız iradlar səsləndirməyə ehtiyac yoxdur. Ölkə, insanlar, cəmiyyət varsa, orada problemlər olur və qaçılmazdır. 

Amma bununla belə, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz. Bunlar da qəbuledilən deyil. Xüsusilə, aidiyyəti qurumlar, məsul şəxslər bu məsələdə son dərəcədə diqqətli, ehtiyatlı olmalıdırlar. Ani boşluq, ehtiyatsızlıq ciddi problemlərə səbəb ola bilər.

Onlar bunu mütləq nəzərə, diqqətə almalıdırlar. Eyni zamanda, onu da deyim ki, son illər Azərbaycanın enerji, energetika sektorunda böyük inkişaf, irəliləyişlər, müsbət tendensiyalar baş verməkdədir. 

Bu sahədə əldə edilən müsbət nəticələri görməmək və qiymətləndirməmək də ədalətli olmazdı. Hər şey ədalətdən başlayır və bizlər də hər bir hadisəyə məhz ədalətin gözü ilə baxmalı, qiymət verməliyik.

Ancaq son hadisə onu göstərdi ki, deməli, ortada hələ həllini gözləyən məsələlər var və onlar mütləq şəkildə öz çözümünü tapmalıdır. İnanıram ki, belə də olacaq. Bunun üçün böyük imkanlar, potensial var.

Son hadisə bir daha onu göstərdi və sübut etdi ki, bu dövlətin, bu cəmiyyətin taleyi etibarlı əllərdədir. Ölkə prezidenti hər zaman olduğu kimi, yenə də öz xalqı ilə bir yerdədir və hər bir məsələyə də hər kəsdən tez reaksiya verir. Bunun özü çox önəmli bir məsələdir. 

Bir daha onu qeyd etmək və əmin olduğumu bildirmək istəyirəm ki, bu, son olacaq, bir də belə bir qəza yaşanmayacaq, təkrarlanmayacaq, insanlarımız nigaran qalmayacaq”.

Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az