Qida istehsalı sahələrində sahibkarlıq subyektlərində işləyənlər tibbi müayinədən keçəcəklər
MilliYol Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin əməkdaşların hansı formada tibbi müayinədən keçməsi bilavasitə sahibkarlıq subyektlərinin rəhbərlərinin üzərinə düşür:
"Bu iş Səhiyyə Nazirliyi ilə birgə həyata keçiriləcək. Biz sadəcə dövlət nəzarətini icra edəcəyik. Həmin işçilər Səhiyyə Nazirliyinin müvafiq tibbi mərkəzlərində tibbi müayinələrə cəlb olunacaq. Onlar tibbi kartlarla təmin olunacaqlar".
Digər xəbərlər
loading...