• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İdman

Azad Rəhimovdan heyrət doğuran açıqlamalar - Nazir, müxalifətçi ampluasında

13:13 05.09.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Dünən gənclər və idman naziri Azad Rəhimov haqqin.az portalına müsahibə verib. Müsahibəsində Azərbaycanı təmsil edən, ancaq əksəriyyəti (60 faizi) başqa ölkələrdən cəlb olunmuş idmançıların uğurlarından ağız-dolusu danışan, bunu özünün xidməti kimi qələmə verməyə çalışan nazirin bəzi fikirlərinə heyrətlənməmək mümkün deyil.

Bunlardan birincisi onun ölkədə bəzi idman növlərinin, o cümlədən həndbolun hazırda yox səviyyəsində olmasına dair suala cavabıdır. Görün Azad Rəhimov nə deyir: “İndi sırf emosial olaraq deyirik ki, sovet dövründə həndbol populyar idi. O vaxtlar məktəblərə gedirdilər və seçim aparırdılar. İndi təəsüf ki, bu yoxdur. Sovet dövründə uşaq-gənclər idman məktəbi var idi. Hər məktəbdə bu və ya digər idman növü üzrə dayaq bazası olurdu. Təəsüf ki, indi bunlar yoxdur. Ancaq hər şey məktəbdən başlayır. Biz bütün bunları itirmişik”.

Adam belə yerdə deməyə söz tapmır. Sanki bu işləri həyata keçirməyə borclu olan bir qurumun rəhbəri deyil, hansısa ictimaiyyət və ya müxalifət nümayəndəsi danışır. Hörmətli Azad müəllimə sual edirik: dediyiniz bu işləri kim görməlidir? Bəlkə kimsə sizin əvəzinizə idman məktəbləri açmalı, gəncləri müxtəlif idman növlərinə cəlb etməlidir? Yoxsa, müxalifət partiyaları günahkardır?

Gənclər və İdman Nazirliyi məhz bunlardan – məktəblər yaratmaq, gəncləri idmanın müxtəlif növlərinə cəlb etmək, istedadlıları üzə çıxarmaq, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdən ötrü mövcud deyilmi? 10 ildir bu sahəyə rəhbərlik edirsiz, dövlət bu sahəyə 100 milyonlarla pul ayırıb, nə iş görmüsüz? Özünüz etiraf edirsiniz ki, heç bir iş!

Belə görünür ki, nazirliyin fəaliyyəti əksəriyyətinin qapısı yalnız açılış zamanı açılan və ictimaiyyət tərəfindən korrupsiya layihələri kimi dəyərləndirilən Olimpiya Mərkəzlərini tikmədən o yana keçməyib. Elə buna görə də beynəlxalq yarışlarda, o cümldən olimpiadalarda Azərbaycan legionerlərə möhtac qalır.

Nazirin ikinci heyrətamiz fikri legionerin Azərbaycan yığmasına cəlb edilməsini “əsaslandırması” zamanı söylədiklərdir. Jurnalistin “Bu qədər çox sayda legionerin Azərbaycan yığmasına cəlb edilməsinin nə mənası var? Razılaşın ki, milli komandanın tərkibində kubalı boksçunu görmək adama qəribə gəlir. Onu özümüzünkü kimi qəbul etmək çətindir…” fikrinə görün nazirimiz necə cavab verir: “Bu gün qloballaşma dövründə, təkcə insanların deyil, bütöv şəhərlərin bir nöqtədən başqa nöqtəyə köçdüyü bir vaxtda nəyə görə biz özümüzü legionerlərdən kənarda tutmalıyıq? 

Boksçu Lorentso Sotomayor səmimi etiraf edir ki, o, Kubanın kasıb məhəlləsində yaşayırdı, onu tapdılar, Azərbaycana gətirdilər, normal şərait yaratdılar. O, deyir ki, burada olmaqdan xoşbəxtdir və heç yana gedən deyil, hətta adını dəyişmək istəyir. Bu adamı necə legioner saymaq olar? Başqa misal gətirim. Bu gün avarçəkməni necə inkişaf etdirmək olar ki, ölkədə cəmi bir baza var, o da əhalisi 100 min nəfər olan Mingəçevirdə yerləşir? Bakıda da baza lazımdır. Lakin burada münasib yer yoxdur. Məsələ cənab prezidentə məruzə ediləcək”.

Yenə də sual olunur: 10 ildir nazirsiniz, indi niyə məruzə edirsiniz? “Ölkədə cəmi bir baza olduğu halda, avarçəkməni necə inkişaf etdirmək olar” sualını kim-kimə verməlidir? Bu işlə də rəhbərlik etdiyiniz nazirlik məşğul olmalı deyilmi?

Çox hörmətli nazir deyir ki, Kubanın kasıb məhəlləsində yaşayan bokçunu gətirdik Azərbaycana, oldu azərbaycanlı. Bu məntiqlə hansı ölkənin pulu var, ümumiyyətlə idmançı yetişdirməyin qeydinə qalmamalıdır, elə kasıb ölkələrin idmançılarını pulla alıb öz təmsilçisinə çevirməlidir. Tutaq ki, ABŞ və yaxud Səudiyyə Ərəbistanı kasıb Braziliyanın milli futbol komandasının bütün oyunçularına yaxşı pul verib, şərait yaradıb onların adından çıxış etməsini təmin edə bilər.

Belə bir düşüncə olarmı? Görünür olarmış. Ən pisi odur ki, belə bir düşüncə tərzinə malik insan Azərbaycanın idman naziridir.

Elə buna görə də 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq, Rio Olimpiadasında Azərbaycan yığmasının, təxminən 60 faizi gəlmələrdən ibarət idi. Bu nazirlə davam etsək, çox guman ki, növbəti olimpiadada yığmamız azı 90 faiz legionerlə təmsil olunacaq. Hər halda idman nazirimiz “qloballaşma dövründə” bunu təəccüblə qarşılamamağı məsləhət görür. Zatən bu ölkədə təəccüblənəsi nəsə qalıbmı?

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az