OPEC və bu kartelə üzv olmayan ölkələrin nazirlər komitəsinin növbəti toplantısı gələn ilin yanvarında Bakıda olacaq
Virtualaz.orgxəbər verir ki, bu barədə “RİA Novosti” bir neçə mənbəyə istinadən bildirir.
“Monitornq komitəsinin iclası yanvarda Bakıda olacaq. Bu məsələ artıq həll olunub”-bir mənbə belə deyib.
Digər mənbə də bu məlumatı təsdiqləyib: “Bəli. Komitənin Əlcəzairdəki iclası isə sentyabrın 22-23-də olacaq”.
OPEC+ formatında sonuncu toplantı zamanı neft hasilatının bir qədər artırılmasına dair qərar verilib. Hasilatın kəskin artırılması barədə təkliflər qəbul edilməyib, hazırda neft qiymətlərində yeni artım müşahidə olunur.
Digər xəbərlər
loading...