• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

İyunun 30-dək Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

11:33 22.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycanda Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları açıqlanıb

Bu, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:

- əvvəlcədən mövcud olan hesablar – 1 iyul 2017-ci il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;

-   yeni hesablar – 1 iyul 2017-ci il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.

Azərbaycan qanunvericiliyində həyatın yığım sığortası müqaviləsi və ya annuitet sığortası müqaviləsinin tərəfi qismində qeyri-rezidentlərin olmaması nəzərdə tutulduğu halda, həmin müqavilə üzrə fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hesabat verilməli hesablar olmasının müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir. Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:

- aşağı dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

- yüksək dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurlar zamanı hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə rezidentlik ünvanı testi və elektron axtarış metodların tətbiqi barədə qərar qəbul edə bilər. Hesab AML/KYC tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsi barədə qanunvericilik qüvvəyə minənədək açılmışdırsa, hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda faktiki rezidentlik ünvanı həmin maliyyə institutunun əldə etdiyi ən son sənədlərdə (məsələn, dövlət vergi orqanı tərəfindən verilmiş bildirişlər, kommunal xidmətlərdən istifadəyə dair bildiriş və ya qəbzlər, daşınmaz əmlakın icarəsinə dair sənəd və ya digər sənədlər) olan ünvan hesab olunur. Bu yarımbənddə nəzərdə tutulan hesaba münasibətdə hesabat verən maliyyə institutundan tələb olunur ki, faktiki rezidentlik ünvanının dəqiqləşdirilməsi ilə bağlı hesab sahibi ilə əlaqə saxlayaraq müvafiq yazılı dəlillərin əldə olunması üçün tədbirlər görsün. Həyatın yığım sığortası müqaviləsinə münasibətdə faktiki rezidentlik ünvanının hesabat verən maliyyə institutu tərəfindən qeyri-düzgün hesab edilməsi və ya hesab edilməyə əsas olmasına səbəb olan dəyişikliyin baş verməsinədək və ya müqavilənin ödəniş (tam və ya qismən) tarixinədək hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlardakı faktiki rezidentlik ünvanı əsas götürülə bilər. Rezidentlik ünvanı testinə əsaslanan hesabat verən maliyyə institutunun yazılı dəlilləri qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud hesab etməyə əsası olmasına səbəb olan dəyişiklik baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonunadək, yaxud bu cür dəyişikliyin aşkar edilməsindən sonra 90 günədək (göstərilən müddətlərdən daha geci tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə etməlidir. Hesabat verən maliyyə institutu qeyd olunan müddət ərzində özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə edə bilmirsə, elektron axtarış aparmalıdır.

Faktiki rezidentlik ünvanı testinin tətbiqi barədə qərar qəbul etməyən hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış aparmalıdır:

- hesab sahibinin xarici dövlətin rezidenti kimi identifikasiyası;

-  xarici dövlətdə cari poçt və ya yaşayış ünvanı (abunə qutusu ünvanı daxil olmaqla);

-  xarici dövlətdə bir və ya bir neçə telefon nömrəsinin olması və Azərbaycana Respublikasına aid telefon nömrəsinin olmaması;

-  xarici dövlətdə saxlanılan hesaba vəsaitin köçürülməsinə dair bank hesabları istisna olmaqla digər hesablar üzrə verilmiş uzunmüddətli ödəniş tapşırıqları;

-  xarici dövlətdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza hüququ;

- “poçtun saxlanması” göstərişi və ya hesabat verən maliyyə institutunun elektron məlumat bazasında hesab sahibinə məxsus yeganə ünvanın xarici dövlətə aid “vasitəçi” ünvanı.

Fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları üzrə hərtərəfli yoxlama prosedurlarına gəlincə, 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyənədək həmin hesabların Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesab kimi yoxlanılması, müəyyən edilməsi və onlarla bağlı hesabat verilməsi tələb edilmir. Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:

-  30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar;

- 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000  ABŞ dolları məbləğini keçən hesablar.

Hesab sahibinin xarici dövlətin rezidenti olub-olmamasını göstərən məlumatı müəyyən etmək üçün hesabat verən maliyyə institutu tənzimləmə və ya müştərilərlə işin aparılması məqsədləri üçün saxlanılan məlumatları (AML/KYC prosedurlarına uyğun olaraq toplanmış məlumatlar daxil olmaqla) nəzərdən keçirməlidir. Bu halda hesab sahibinin xarici dövlətin rezidenti olduğunu göstərən məlumata xarici dövlətdə təsis və ya təşkil edilmə yeri, yaxud  hüquqi ünvanı aiddir. Müəyyən edilən məlumat hesab sahibinin xarici dövlətin rezidenti olmasını göstərirsə, hesabat verən maliyyə institutu özünüqiymətləndirmə sənədi əldə etməyənə qədər, yaxud sərəncamında olan və ya mənbəyi bəlli məlumatlar əsasında hesab sahibinin hesabat verilməli şəxs olmadığını təsdiq etməyənə qədər hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır. Hesab sahibinin passiv NFE olub-olmamasının müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu sərəncamında olan və ya mənbəyi bəlli məlumatları araşdırır. Araşdırma nəticəsində hesab sahibinin statusunu, yəni passiv NFE, aktiv NFE və ya maliyyə institutu (iştirakçı olmayan xarici dövlətin ərazisində təsis edilmiş investisiya şirkəti istisna olmaqla) olmasını dəqiqləşdirmək mümkün olmadığı təqdirdə, hesabat verən maliyyə institutu həmin hesab sahibinin statusunu müəyyən etmək məqsədilə özünüqiymətləndirmə sənədini əldə etməlidir. Hesabat verən maliyyə institutu passiv NFE-nin nəzarət edən şəxslərindən hər hansı birinin hesabat verilməli şəxs olmasını müəyyən edir. Bu məqsədlə hesabat verən maliyyə institutu həmin passiv NFE-yə məxsus hesablara münasibətdə aşağıdakı mənbələrdən istifadə edir:

- qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablarla bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə olunmuş və saxlanılan məlumatlardan;

- qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablarla bağlı hesab sahibindən və ya nəzarət edən şəxsdən alınan özünüqiymətləndirmə sənədindən.

-  30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçən hesabların hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 250 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesabların hərtərəfli yoxlanılması həmin hesabların qalıq və ya dəyərinin 250 000 ABŞ dollarını keçdiyi təqvim ilindən sonrakı təqvim ili ərzində başa çatdırılmalıdır.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az