• Xəbər lentİ
Fləş

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 11 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Əməliyyata gələn cərrah sərxoş çıxdı: xəstə öldü - Bakıda

17:20 23.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bakı Sağlamlıq Mərkəzində misli görünməmiş həkim məsuliyyətsizliyi ucbatından xəstə dünyasını dəyişib.
 
Mərhumun qızı İrina Zotova öz "Facebook" səhifəsində atasının başına gətirilən müsibətdən yazıb. İrina xanımın sözlərinə görə, 19 avqust 14.50-də atası qarnının aşağı nahiyəsində yaranan dözülməz ağrılar səbəbindən təcili yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya bölümünə aparılıb:
 
“Atamı müayinə edən həkim ona diaqnoz qoymaqda çətinlik çəkdi. Saat 14.50-də xəstəxanaya çatdırılmasına baxmayaraq, bu saatda ona diaqnoz qoyacaq bir həkim tapılmadı. Xəstəxanada kompüter tomoqrafiyasını, rentgeni, UZİ-ni edə biləcək mütəxəssislər işdə yox idi.
 
Buna görə də sözügedən proseslərin həyata keçirilməsi sabaha ertələndi. Bu, hələ ən dəhşətlisi deyil.
 
Atamı əməliyyat etmək üçün çağırılan cərrah xəstəxanaya sərxoş vəziyyətdə gəldi. Özü də yüngül yox, əməlli-başlı sərxoş!
 
O, ilk cəhdlə öz kreslosuna əyləşə bilmədi, bizimlə danışarkən çəkdiyi siqareti belə ilk dəfədən ağzına qoya bilmirdi. O, hətta öz baxışlarını bizə fokuslandırmağı bacarmırdı. Cərrahın nə vəziyyətdə olduğunu görən bacım onun toydan gəlib-gəlmədiyini soruşanda həkim belə cavab verdi: “Bu gün cümə günüdür. Bu, mənim haqqımdır!”
 
Bundan sonra həkimdən soruşdum ki, əməliyyat etmək üçün 4 saatdan artıq gözlədiyimiz həkim odurmu? Sərxoş cərrah təsdiqlədi. Mənsə dözməyərək “siz ki sərxoşsuz!” dedim. Bundan sonra həkim Elçin Əzizov bizi təhqir etməyə, söyməyə və xəstəxanadan qovmağa başladı.
 
Onu qeyd edim ki, atama qan analizindən başqa heç bir müayinə edilmədi.
 
UZİ-ni fərdi şəkildə reanimasiya şöbəsinə yalnız 20.00-da gətirməyə müvəffəq oldum və bunun üçün 60 manat ödədim.
 
Rentgen də eyni vaxtda edildi. Rentgen edərkən kritik vəziyyətdə olan xəstəni ayaq üstə qaldırdılar. “Yıxılmazmı” deyə, soruşanda, bizə “onda tutun, yıxılmasın”, - dedilər. Bundan sonra bacımla ikimiz atamı ayaq üstə tutub saxladıq. Rentgeni iki dəfə etdilər.
 
Yeni olmasına baxmayaraq, xəstəxanada mənə və bacıma verməyə bir xələt tapılmadı.
 
Elçin Əzizovu sərxoş olduğuna inandırmaq və başqa həkimin əməliyyatı keçirməsinə icazə ala bilmək üçün hadisə yerinə polis, xəstəxananın bütün cərrahiyyə şöbəsi gəldi.
 
Əməliyyat bir gün sonra, ayın 20-si 00.15-də başladı.
 
Elçini xəstəxanaya növbətçi cərrah Esmira Mahmudova çağırdı. O, dəfələrlə həkimə zəng vuraraq gəlməyini xahiş etdi. Esmira xanım danışarkən doktor Elçinin sərxoş olduğunu hiss etməyibmi? Yoxsa sərxoş halda əməliyyata girmək bu xəstəxanada artıq normal hal hesab olunur?
 
Bizi 4 saat sərxoş cərraha görə gözlədən Esmira Mahmudova bu zaman ərzində bizi inandırmağa çalışdı ki, Elçin ən yaxşı cərrahlardan biridir. Həkimin sərxoş halda liftdən çıxması, köməkçisinin yeriyə bilməyən cərrahına yardım etməsi nəzarət kameraları tərəfindən lentə alınıb. Bunu sübuta yetirmək mümkündür.
 
Mən polisə zəng vurub sərxoş cərrah haqda şikayət edəndə Esmira xanım öz mülayimliyini kənara qoyub üstümüzə şığıdı. Bizi söyməyə, təhqir etməyə və xəstəxanadan qovmağa başladı. Onlar xəstəxananın mühafizəçilərinə bizi xəstəxanadan çıxarmağı əmr etdi.
 
Mühafizəçilər isə – onlara tərbiyə verən valideynlərə minnətdarlığımı bildirirəm – onların əmrini yerinə yetirmədilər.
 
Elçin doktor bizə dedi ki, narahatlığımızı başa düşmür, atamızın 18 yox, 67 yaşı var.
 
Bacım 3 saat ardıcıl olaraq 102-yə zəng edirdi...
 
Bakı Sağlamlıq Mərkəzinin baş həkim Hikmət Həsənov məsələ ilə bağlı publika.az-ın suallarını cavablandırıb. O bildirib ki, xəstə ürək ağrıları ilə xəstəxanaya gətirilib, onda sayırıcı aritmiya olub.
 
“Xəstə iki dəfə infakt keçirib.  Sayırıcı aritmiyanın fəsadı bədənin müəyyən nahiyələrində tromblaşmanın olmasıdır. Onu kardeoqramma etdik, analizlər götürdük. Bu müayinələr aparıldığı vaxtda tromb onun bağırsağının arteriyasını tutub, bununla da bağırsaq infarktı baş verib. Bu, ən ağır diaqnozdur, onu müalicə etmək mümkün deyil. Cəmi 10-15 dəqiqəyə bağırsaq çürüyür və insan həyatını itirir. Xəstə 15 radələrində qəbul edilib,  bağırsaq infarktı ilə xəstəxanada olub. Gecikmiş müdaxilənin xəstənin ölümünə səbəb olması ilə razılaşmırıq. Çünki həkim diaqnoz qoymaq üçün müayinə etməlidir. Müayinə edilərkən, bağırsağına baxılıb və onun çürümüş vəziyyətdə olduğu müşahidə edilib. Lakin xəstəxanaya ilk dəfə gələndə qarnında ağrı olmayıb”.
 
Ailənin xəstəyə diqqətsiz yanaşılması və həkimin içkili olması ittihamına gəlincə, H.Həsənov bunun yalan məlumat olduğunu deyib: “Elçin həkim ümumiyyətlə, spirtli içki qəbul etmir. Əgər həmin günü içkili olsaydı, Şüvalandakı bağından 25 dəqiqəyə xəstəxanaya çata bilərdimi? Maşını da özü idarə edib. Sadəcə olaraq o, xəstəxanaya gələndə yuxudan oyanıb gəlib, ola bilər ki, məhz buna görə içkili olduğunu düşünüblər. Adi ünsüyyətlə içkili sübut etmək olmaz. Hətta dövlət yol polisi bunun üçün müayinə edir. Elçin Əzizov ona şər atdıqlarına görə ailəni məhkəməyə verəcəyini deyir. Çünki bu xəbər onun işgüzar nüfuzuna ziyan vurub”.
 
Əgər Mərkəzdə xəstəyə bütün lazımı köməklik göstərilibsə, ailə nə üçüm həkimə qarşı belə bir ittihamla çıxış edir sualına cavabında H.Həsənov bunu ailə ilə həkimlərin münasibətindəki anlaşmazlıqla əlaqələndirib:
 
“Xəstə yaxınları çox aqressiv olub, "102” xidmətinə zəng ediblər, qarışıq vəziyyət yaranıb. Həkimlər xəstəyə kömək etmək istəyərkən, yaxınları onları təhqir edib. Yəqin ki, həkimlər də dözməyib cavab qaytarıblar. Yəqin buna görə də məsələni mətbuata çıxarıblar. Onlar atalarına baxan olsaydılar, iki dəfə infakt keçirməzdi. Həmin gün mərkəzdə olmamışam, hər halda faktla bağlı araşdırma aparılır. Xəstə xəstəxanaya gətirilərkən və eləcə də, sonrakı əməliyyat prosesinin hamısı videoya çəkilib. Yəqin ki, həmin videonu saytda da yerləşdirəcəyik. O zaman hər şey aydın olacaq”.
 
Səhiyyə Nazirliyindən publika.az-a yayılan məlumatın yalan olduğu bildirilib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

11.06.2026
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

11.06.2026
DÇ-2026: Futbol bayramı başlayır

DÇ-2026: Futbol bayramı başlayır

11.06.2026
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11.06.2026
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11.06.2026
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

11.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az