• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

“40 gün əvvəl şəhid olan Toğrulun hekayəsi - Nə atası var, nə anası...

10:50 20.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

40 gündür aramızda olmayan bir şəhidimiz var. O şəhid ki, ömrüboyu ölümün gözünə dik baxıb, hər an canından keçməyə hazır olub...

...Azərbaycanın mərd oğlu, baş leytenant Toğrul Məmmədovun ata ocağına- Babək rayonunun Şıxmahmud kəndinə yol alırıq. Həmişə əlimdə tutduğum qələmim də, kağızım da sanki məndən gizlənib. Göz yaşlarımı güclə saxlayıram. Saxlayıram ki, heç kim görməsin. Şəhidə ağlamazlar. Çünki onlar ölmürlər. Ölməz üçün ağlamazlar. Həftədə bir neçə dəfə yanından ötüb keçdiyim kənd bu səfər gözümə ayrı görünür. Elə bil ki, öz şəhidi ilə qürurlanır. Deyir ki, bax, suyumdan içən, üstümdə gəzən Toğrul məni qoruyub, canından keçib şəhid olub.

...Toğrul 1988-ci ilin iyul ayının 26-da ziyalı ailəsində dünyaya göz açmışdı. İlk təhsilini Şıxmahmud kənd tam orta məktəbində almışdı. Uşaqlıqdan vətənpərvərliyi ilə seçilən Toğrul 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. 2005-2009-cu illərdə ali hərbi təhsilini uğurla başa vurub təyinatla Ağdamda “N” hərbi hissədə xidmətə başlamışdı. Nümunəvi hərbi xidməti ilə seçilən Toğrul bir çox mükafatlara layiq görülmüşdü. 2014-cü ilin avqust ayında xidməti vəzifəsini yerinə yetirərkən yaralanan Toğrul bu il aprel döyüşlərində düşmənlə qəhrəmancasına vuruşmuşdu. İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində o, şəhidlik zirvəsinə ucaldı.

...Şəhid qardaşım Toğrul! Ata ocağında Azərbaycan bayrağı dalğalanır. Evinizdə hamının gözlərində hüznlə qarışıq bir qürur duyulur. Çünki şəhidliyin qüruru kədərindən böyükdür. Çünki ŞƏHİD adını qazanmaq üçün Vətəni, sadəcə, sevmək yetərli deyil. Onu canından çox sevməlisən, həm də hər bir qarışını sevməlisən. Daşını, qayasını sevməlisən, gülünü-çiçəyini sevməlisən. Onda üstündə gəzdiyin, suyunu içdiyin, çörəyini yediyin, havasını udduğun torpaq Vətən olur.

Şəhidlik Toğrul üçün əlçatmaz zirvə idi, Vətən uğrunda ölmək böyük şərəf idi. Bu səbəbdən qaçmadı silahların qabağından. Bir gecədə yol aldı şəhidlik zirvəsinə, mübarizliyi ilə səs verdi Vətəninin səsinə,- bunları qardaşın Üzeyr deyir. O, sənin bu Vətəni – Azərbaycanımızın hər bir qarışını necə sevdiyindən danışır. Gözləri dolur. Dərindən kədərlənir. Amma qürurlu olduğunu da duymaq çətin deyil. Nişanlı bacın isə səssizcə bir kənarda oturub. Ürəyindən nələr keçir görəsən? Qardaş itkisindən böyük ağrı olarmı? Özü də ata əvəzi olan qardaş...Dönüb bir də bacının üzünə baxıram. Bir məğrurluq görürəm.

...Onlara çox sual vermirəm. Görünən dağ bələdçi istəməz. Ata-anasını vaxtsız itirən Toğrul özündən balaca qardaş və bacısına həm ata, həm də ana idi. Ailə həyatı qurmaq barədə düşünmürdü. Bir arzusu var idi: bacısını gəlin köçürsün, qardaşına gəlin gətirsin. Qismət olmadı. Onlar qardaşlarını yox, həm də ata və analarını itiriblər. Amma sən elə şəhidlik zirvəsinə ucalmaqla qardaş-bacına ən böyük mükafatı verdin. Sənin yoxluğun onlara ağır dərd olsa da, səninlə, şəhidliyinlə də bir o qədər qürur duyurlar. Divardan asılan fotonda lal-dinməz bizə baxırsan. Gözlərində düşmənə qarşı bir haray var. Öz-özümə “Nigaran qalma, qəhrəman”, – deyirəm. Sənin şəhidliyinin nuru bacı və qardaşının yoluna işıq salacaq. Sən torpaq uğrunda canından keçdin. Unutmaz bu torpaq, bu vətən səni. Qarabağın azad olunmasına çox az qalıb, mənfur düşmən öz qanında boğulacaq, sənin və sənin kimi yüzlərlə şə¬hidimizin qanı yerdə qalmayacaq. Əgər siz olmasaydınız, yurd da olmazdı, Vətən də. Siz dövlətimizi üçün polad körpüsünüz, həm də sınmayan, əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü...

Yazdıqlarım Toğrul Məmmədovun bir insan, bir oğul və bir vətəndaş kimi etdiklərinin qarşısında çox azdır. Onun yaşadığı ömür kimi. Ancaq o, bu az ömrü əsl vətəndaş kimi yaşadı. Vətəndaş və şəhid kimi bu dünya ilə vidalaşdı. Mən də onun ata ocağıyla vidalaşıram. Ancaq bu qapıya yəqin ki, yenə yolum düşəcək. Tək mənim yox, Toğrul kimi vətənpərvərləri sevən bütün insanlar Üzeyirin, bacısının yanında olmaq, onların şad günlərini görmək üçün...

Yol boyu bir mahnı ürəyimdə səslənir:

Çox sınadı bizi zaman, Neçə şəhid getdi qurban. Sinəsiylə sipər olan, 
İgid əsgər, möhkəm dayan!

Ya azad ol, ya candan keç, 
İki yoldan birini seç. 
Azadlığın şərbətin iç, 
İgid əsgər, möhkəm dayan! 
Allah bütün şəhidlərimizə rəhmət eləsin…

Sara Əzimova
"Qafqazinfo"

Fotolar


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az