• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Falçının zorladığı gənc qızlardan şok açıqlamalar – Bakıda dəhşətli olay

10:35 20.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

20 yaşlı tələbə qız: “O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm”

18 yaşlı tələbə qız: “Özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

“Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər.
Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə də məlumat vermişik.

“Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur”

20 yaşlı Ə.A-nın dedikləri (Redaksiya bəzi məqamları nəzərə alaraq zərərçəkənlərin adlarını şərti verir): “Ötən ilin noyabr ayında ”İnstagram”da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur”.



Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi “köməkliklərə” görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib:“Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl ”işi” davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, “Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, “həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən”.



“Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm”
Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, “effekti olmasa, sənin pullarını geri qaytaracam”. Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq “iş işdən keçib”, bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, “sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə ”aybaşı” olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, “həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək”.


“Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki…”
Ə.A-nın sözlərinə görə falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib: “Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı”.

Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib:“Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.



“Bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm…”

Bir dəfə onunla mübahisə edəndə dedi ki, “bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm, amma onlar sənin kimi hay-küy salmır”. Məsələ araşdırılsa, yəqin ki, həmin qurbanlar da ortaya çıxacaq. Aidiyyəti qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənim və digər qurbanların haqqı yerdə qalmasın, cinayətkar öz cəzasını alsın”.

“Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

Falçının qurbanı olduğunu bildirən digər tələbə, B.İ. isə bunları söylədi:“2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla ”İnstagram”da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, “Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən”. Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.

Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, “sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, ”məni şərləmə, get evimdən!” Qorxumdan bu haqda heç kəsə bir söz deyə bilmədim. Bir neçə gün sonra zəng edib dedi ki, mənə bu məsələdə köməklik edəcək, yenidən evinə çağırdı. Mən onun evinə getdim. Bu dəfə isə mənə su içirtdi. İkinci dəfə məni belə zorladı. Bu haqda heç kəsə deməməyim üçün məni şantaj, təhdid edirdi. Olanlardan şoka düşmüşdüm. Onun təhdidlərinə dözməyib aprel ayında polisə müraciət etdim. Lakin o, yenidən məni  qorxutmağa, “ailənizi dağıdaram, sən mənə heç nə edə bilməzsən, polislər mənim əlimdədir, onların işi məndən keçir” və sairə bu kimi təhdidlər etməyə başladı. Bu haqda polisə müraciət etdim. Onu polis bölməsinə aparıb, sorğu-sual etdilər. Lakin o, məni tanımadığını, ilk dəfə gördüyünü söylədi”.

“Cinayətkar cəzasız qalmasın”

B.İ. çıxılmaz vəziyyətdə qaldığını, buna görə aidiyyəti orqanlardan köməklik istədiyini deyib: “Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın”.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az