• Xəbər lentİ
Fləş

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

ABŞ Rusiyaya qarşı savaş hazırlığında; kimyəvi silah yeni bəhanə ola bilər - Təhlil

14:32 10.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sergey Strokan, Marianna Belenkaya və İvan Safronov

“Kommersant”, Rusiya, 09 aprel 2018-ci il

ABŞ Dövlət Departamenti Suriyada, guya, hökumət qüvvələri tərəfindən kimyəvi silah işlədilməsinin məsuliyyətini misli olmayan kateqorik bir formada Rusiyanın üzərinə qoyub. Prezident Trampsa xəbərdarlıq edib ki, Dəməşqi dəstəklədiyinə görə, Rusiya “böyük hesab ödəməli olacaq”.

Rus-amerikan münasibətlərində yaranmış böhranın dərinləşməsi fonunda ABŞ, Rusiya ilə Suriyada birbaşa hərbi toqquşma təhdidi doğura biləcək, daha da kəskinləşməyə getmə qətiyyəti nümayiş etdirir. Eyni zamanda, “Kommersant”in ABŞ Dövlət Departamentinə yaxın olan mənbəyinin məlumatına görə, bu həftə Ağ evdə Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək. Əsas çıxışçı prezident Trampın radikalizmi ilə tanınan müşaviri Con Boltondur.

 

Şərqi Qutada, Dəməşqin 10 kilometrliyində yerləşən, “Ceyş əl-İslam” qruplaşmasının nəzarətində olan Duma şəhərindəki kimyəvi hücum haqqında ötən şənbə günü eyni zamanda Suriya hökümətinə qarşı barışmaz mövqeyi ilə tanınan, “Ağ dəbilqəlilər” daxil olmaqla, bir neçə QHT məlumat verib.

“Ağ dəbilqəlilər”in başçısı Raid əs-Saleh bəyan edib ki, “Hücum nəticəsində 70 nəfər boğulub, bir neçə yüz adam da kritik vəziyyətdədir”.

Onun versiyasına görə, sinir-iflic qazı olan zarin bombasını Suriya Hərbi Hava Qüvvələrinin vertolyotu atıb (bir sıra məlumatlarda isə xlor bombasının atılmasından bəhs edilirdi). Bununla əlaqədar olaraq, Suriya müxalifətini dəstəkləyən QHT-lər şəbəkələrdə faciə yerindən şokasalıcı foto və video materiallar yerləşdirib.

Suriya müxalifətinin ən nüfuzlu təşkilatlarından birinin, Ər-Riyadda yerləşən Danışıqlar üzrə Ali Komitənin rəsmi nümayəndəsi Yəhya əl-Aridi “Kommersant”a bildirib: “Biz fərziyyələr irəli sürmürük, biz videosunu görmüşük. İnsanların ağzından gələn köpük, onların baxışları göstərir ki, Dumada kimyəvi hücum olub”.

O, “ABŞ əvvəllər bəyan etmişdi ki, Suriyada kimyəvi silah istifadə edilərsə, hərəkət edəcək” deyərək, xatırladıb, eyni zamanda əlavə edib ki, “qatili cəzalandırmaq cinayət deyil”. Onun sözlərinə görə, “Faciəyə görə hamıdan çox Suriya rejimini ört-basdır edən Rusiya məsuliyyət daşıyır ”.

Şərqi Qutada yenidən kimyəvi silah işlədilməsi haqqında olan informasiyanı Dəməşqdə və Moskvada qəti inkar edirlər, zəhərləyici bomba haqqında olan materialları saxta adlandırırlar.

Suriya hökumət agentliyi “Sana”nın bəyanatında isə deyilir:“”Ceyş əl-İslam” terrorçuları kollaps vəziyyətindədirlər və onların KİV-ləri Suriya ordusunun irəliləyişini durdurmaq üçün kimyəvi hücum haqqında saxta məlumat yayırlar”.

Bazar günü RF XİN bəyan edib ki, “Hər hansı bir əsası olmayan bu saxta təxminlərin məqsədi siyasi tənzimləməni rədd edən, eyni zamanda mümkün xarici güc zərbələrinə haqq qazandıramağa cəhd edən terrorçuları və barışmaz radikal müxalifəti qorumaqdır”.

Ötən həftə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rus-türk danışıqlarının yekununa həsr edilmiş birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin də Suriyada süni surətdə düzəldilmiş kimyəvi hücum ehtimalı haqqında danışıb. Vladimir Putin bəyan edib ki, “Biz döyüşçülərin zəhərləyici maddələrdən istifadə etməklə təxribat hazırlığında olması haqqında təkzibedilməz sübutlar əldə etmişik”.

Duma şəhərində baş verən hadisə haqqında qarşılıqlı olaraq bir-birini təkzib edən versiyaların fonunda fərz edilən kimyəvi hücum ərəfəsində, ötən cümə günü ”Ceyş əl-İslam” döyüşçülərinin gözlənilmədən hökumət qüvvələrilə atəşkəsi pozması diqqəti özünə cəlb edir.

Ötən şənbə günü Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko bildirib ki, “iki sutka ərzində paytaxtın yaşayış rayonlarına 25 mina və reaktiv raket buraxılıb, nəticədə 7 dinc sakin ölüb, 42-si isə yaralanıb ”.

Rusiya hərbçilərinin məlumatlarına görə, Şərqi Qutada, Dumadan döyüşçülərin və onların ailə üzvlərinin artıq başlamış çıxışını pozan, yeni gərginlik yüksəlişi ”Ceyş əl-İslam” qruplaşmasında ali rəhbərliyin dəyişilməsindən sonra baş verib. Yuri Yevtuşenkonun sözlərinə görə, qruplaşmanın rəhbərliyində hakimiyyət uğrunda mübarizə onun keçmiş liderləri olan Əbu Humam, Əbu Ömər və Əbu Əlinin fiziki olaraq ortadan qaldırılması ilə nəticələnib, bundan sonra ”Ceyş əl-İslam”a daha çox barışmazlığı ilə seçilən Əbu Kusay rəhbərlik edib (“Kommersant”ın” Ceyş əl-İslam”dakı mənbələri qruplaşma rəhbərliyindəki parçalanmanı təkzib edirlər).

Duma şəhərində baş verən hadisə, Suriya müxalifətinin və onu dəstəkləyən xarici güclərin Dəməşqi kimyəvi silahdan istifadə etməkdə ittiham etməsi Suriyadakı müharibə dövründə heç də ilk deyil. Hazırda BMT son beş ildə ölkədə baş verən 33 kimyəvi silahdan istifadə halını təhqiq edir. Şərqi Qutadakı öncəki böyük kimyəvi hücum 2013-cü ilin avqustunda həyata keçirilib, o zaman onun, müxtəlif mənbələrə görə, 300-dən 1700-ə qədər qurbanı olub. 2017-ci ilin aprelində isə müxalifətin nəzarətində olan Xan-Şeyxun (İdlib vilayəti) kimyəvi hücuma məruz qalıb.

Yeri gəlmişkən, Duma şəhərində baş verən hadisə onunla fərqlənir ki, o, Rusiyanın ABŞ-la və bütövlükdə Qərblə münasibətlərindəki dərinləşən, “Skripal işi” ilə yeni səviyyəyə çıxan böhran fonunda baş verib. Təsadüfi deyil ki, Şərqi Qutada fərz edilən kimyəvi hücumla bağlı Rusiyanın ünvanına ittihamlarla ilk çıxış edənlərdən biri Böyük Britaniya XİN-i olub. Britaniya diplomatik idarəsinin yayılan bəyanatında deyilir: “Biz Əsəd rejimini və onun tərəfdarlarını, Rusiya və İranı günahsız dinc sakinlərə qarşı zor tətbiq etməyi durdurmağa çağırırıq”.

Böyük Britaniya XİN rəhbəri Boris Conson isə bazar günü, Suriyada davam edən kimyəvi hücumlara görə başlıca günahı Moskvanın üzərinə qoyaraq, ayrıca bəyanat verib. O deyib: “Rusiyanın 2013-cü ildə Suriyanın bütün kimyəvi silahdan imtina edəcəyinə dair vəd verməsinə baxmayaraq, BMT-nin tapşırığı ilə hərəkət edən beynəlxalq ekspertlər qrupu müəyyənləşdirib ki, 2014-cü ildən bu yana Əsəd rejimi ən azı 4 dəfə zəhərləyici maddədən istifadə edib”.

Öz növbəsində, ABŞ Dövlət Departamenti Dumada baş verən hadisəyə görə məsuliyyəti misli olmayan qəti formada Rusiyanın üzərinə qoyub. Amerika xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Hizer Nauert söz verib ki, ABŞ “Suriyada və digər yerlərdə kimyəvi silahdan istifadə edənlərin məsuliyyətə cəlb edilməsi üçün səylərini əsirgəməyəcək”.

Bunun ardınca, şəxsən prezident Tramp da Moskva ilə münasibətlərin daha da gərginləşdirilməsinə getməyə qərarlı olduğunu sübut edərək, “Twitter”də baş verənləri belə qiymətləndirib: “Suriyadakı ağılsız kimyəvi hucum nəticəsində çoxlu ölən, o cümlədən qadın və uşaq var. Vəhşilk törədilən rayon Suriya ordusu tərəfindən qapadılıb və mühasirəyə alınıb, bu da onu xarici dünya üçün tamamilə əlçatmaz edir. Prezident Putin, Rusiya və İran heyvan Əsədi müdafiə etdiklərinə görə məsuliyyət daşıyır. Böyük hesab ödəməlidirlər…”.

Bundan əlavə, Donald Tramp vaxtında Dəməşqə qarşı güc tətbiq etməyə risk etməyən sələfi Barak Obamanı qətiyyətsizlikdə ittiham etmişdi. Cənab Trampın sözlərinə görə, əgər Barak Obama vaxtında güc ssenarisinə getsəydi, “Suriya fəlakəti artıq çoxdan bitmiş, heyvan Əsədsə tarixə çevrilmiş olardı”.

Bazar günü ABŞ Maliyyə naziri Stiven Muniçin dediyinə görə, Trampın komandası artıq axşam Dumada kimyəvi hücumla bağlı məlumatlarla əlaqədar olaraq hərəkət variantlarına baxacaq.

Tramp administrasiyasının Suriyada güc ssenarisini reallaşdırmasının getdikcə daha real olması haqqında rus hərbçiləri hələ ötən ay, Duma hadisəsindən öncə xəbərdarlıq etmişdi. RF Silahlı Qüvvələri Baş qərargahının Baş əməliyyat idarəsinin rəisi general-polkovnik Sergey Rudskoy məlumat verib ki, Baş qərargah ABŞ və onun müttəfiqlərinin Suriya ordusuna zərbələr endirməyə hazırlaşmasının əlamətlərini görür, bununla əlaqədar olaraq Aralıq dənizində və Qırmızı dənizdə artıq qanadlı raketlər daşıyan gəmilərdən ibarət dəniz zərbə qruplaşmaları yaradılıb. Öz növbəsində, RF Silahlı Qüvvələri Baş qərargah rəisi Valeri Gerasimov xəbərdarlıq edib ki, “bizim hərbi qulluqçuların həyatı təhdid edildiyi halda, Rusiya silahlı qüvvələri həm raketlərə, həm də onları istifadə edən daşıyıcılarına qarşı cavab tədbirləri görəcək”.

“Kommersant”ın hərbi mənbəyinin sözlərinə görə, ABŞ-ın Suriyaya həmən raket zərbələri endirmək hazırlığı haqqında aşkar sübutlar hələlik yoxdur. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırlığı üçün çox zamana ehtiyac da yoxdur: Cəbəllütariq (Rota məntəqəsi, İspaniya) yaxınlığında “Donald Kuk” esminesi yerləşir, onun göyərtəsində 50-dən az olmayan, hər biri 2500 km məsafəni qət etməyə qadir olan qanadlı “Tomahawk” raketləri var.

“Kommersant”ın müsahibinin sözlərinə görə, raket zərbəsi haqqında qərar növbəti həftənin əvvəlində, ABŞ prezidenti milli təhlükəsizlik üzrə öz müşavirlərindən hesabatlar aldıqda qəbul edilə bilər. Qəzetin mənbəyi deyir ki, nəzərə alınsa ki, Şərqi Qutada və bir sıra digər vilayətlərdə rus hərbi müşavirləri, o cümlədən döyüşən tərəflərin barışdırılması mərkəzinin əməkdaşları mövcuddur, o zaman başlıca məsələ onların ölümünə imkan verməməkdir.

Bu arada, Suriyadakı böhranı Moskva və Vaşinqton arasındakı gərginlik daha da gücləndirir. “Kommersant”ın ABŞ Dövlət Departamentinə yaxın olan mənbəsi bildirir ki, artıq bu həftə Ağ evdə Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi keçiriləcək, onları prezident Trampın öz radikal baxışları ilə tanınan müşaviri Con Bolton təqdim edəcək.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

11.06.2026
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11.06.2026
Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

11.06.2026
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

11.06.2026
DÇ-2026: Futbol bayramı başlayır

DÇ-2026: Futbol bayramı başlayır

11.06.2026
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11.06.2026
Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

11.06.2026
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

11.06.2026
Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

11.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az