İranın Ahvaz şəhərində yerləşən İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum təşkil olunduğu bildirilir
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumu İrandakı “Ahvaz Azadlıq Hərəkatı” adlı təşkilatın həyata keçirdiyi qeyd olunur.
Məsələ ilə bağlı İran mediasına danışan İmam Hüseyn Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmməd Kabi, təşkilata aid sosial media hesabları üzərindən dünən gecə mədəniyyət mərkəzinə qarşı təhdid xarakterli mesajlar paylaşıldığını deyib.
Təhdid mesajlarından bir neçə saat sonra hücumunun baş verdiyini bildirən Kabi, Mədəniyyət Mərkəzinin gecə saat 12:20-də silahlı hücuma hədəf olduğunu bildirib.
“Ahvaz Azadlıq Hərəkatı” adlı təşkilat, keçən ilin dekabr ayında ölkə daxilində keçirilən etirazlar zamanı ahvaz xalqını fars işğalına qarşı üsyan qalxmağa çağırmışdı.
İranın cənub-qərbində ərəb əhalinin sıx yaşadığı Huzistan əyalətinə bağlı Ahvaz şəhəri son həftələrdə dövlət televiziyasında ölkədəki ərəblərə qarşı ayrı-seçkilik və irqçi məzmunlu bir proqrama görə, fasilələrlə etiraz aksiyaları keçirmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...