«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin (TC) Baş naziri Binəli Yıldırım çərşənbə axşamı bəyan edib ki, Aİ-Türkiyə sammitində Ankara Türkiyəyə yönəlik bərabərhüquqlu münasibət görmədi
Sammit Avropa İttifaqı (Aİ) liderlərinin və Türkiyənin Prezidenti Tayyip Ərdoğanın iştirakı ilə Bolqarıstanın Varna şəhərində keçirilib.
«Hər iki tərəfin maraqlı olduğu Gömrük İttifaqına yenidən baxılması işləri mənasız gözləmə rejiminə keçirilib. Türkiyə silahlı qüvvələrinin (SQ) bizim sərhədlərimizdə təhlükəsizliyin təmin olunması və qaçqınların bizim ərazilərdən öz vətəninə qayıtması məqsədilə Afrində keçirdiyi əməliyyat həmişə Aİ tərəfindən tənqidlərə məruz qoyulub. Həmişə olduğu kimi, Varnada da Ankara açıq və doğru mövqe tutdu. Prezident Ərdoğan bizim həmsöhbətlərimizə bütün faktları, sənədləri və informasiyaları təqdm etdi. Buna baxmayaraq, Aİ-Türkiyə sammitində Ankaraya yönəlik bərabərhüquqlu münasibət görmədik» – deyə, hakim partiyanın parlament fraksiyasının iclasında Binəli Yıldırım bəyan edib.
Baş nazirin sözlərinə görə, Türkiyə miqrasiya barədə 2016-cı ilin martında imzalanmış saziş üzrə bütün öhdəliklərini yerinə yetirib və İraqdan, Suriyadan Avropa ölkələrinə qaçqın axınını dayandırıb. Bunun qarşılığında Aİ Türkiyə vətəndaşları üçün turist vizalarını ləğv etməli idi, amma etməyib.
Bundan başqa, Avroittifaq qaçqınların xərcləri üçün Türkiyəyə 3,3 milyard avro həcmində maddi yardım ödəməli idi. Bürokratik əngəllər səbəbilə, Aİ bunu da etməyib.
Baş nazir əlavə edib ki, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Aİ Ankaraya yetərincə dəstək verməyib və əksinə, qiyamçılara yönəlik hakimiyyətin gördüyü tədbirləri Türkiyəni Aİ-yə qəbul etməmək üçün əldə bəhanə kimi istifadə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...