• Xəbər lentİ
Fləş

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 12 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

“Tramp olduqca məsuliyyətsiz davrandı”

21:09 16.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

VI Qlobal Bakı Forumunun ikinci gününün sonuncu panel iclasında "Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?" mövzusunda fikir mübadiləsi aparılıb

Panel iclasında iqtisadi istismarın və ticari maraqların məhsuldarlıqdan maksimum fayda götürməyi hədəfə alması ilə əlaqədar təbii sərvətlərin bəşəriyyətin varlığına təhlükə yaradacaq qədər tükənməsi nəticəsində ortaya çıxan boşluqların aradan qaldırılması yolları müzakirə olunub.

Panel iclasının moderatoru, Dünya Bankının sabiq baş məsləhətçisi xanım Nadereh Şamlu bildirib ki, texnoloji inkişaf bəşəriyyətin əvvəllər heç vaxt olmadığı qədər sürətli tərəqqisi ilə müşahidə edilir: "Bu sürətli inkişaf həyatımıza müsbət dəyişikliklərlə yanaşı, ciddi problemlər, xüsusən ətraf mühit və qlobal istiləşmə nəticəsində təbii fəlakətlər də gətirib. Bütün bu problemlər gələcək nəsillərə daha sağlam cəmiyyət miras qoymağımız barədə bizim üçün ciddi məsuliyyət müəyyən edir. Məhz bu baxımdan belə səmərəli müzakirələrin aparılmasına böyük ehtiyac yaranır".

Ekvadorun sabiq prezidenti Rosaliya Arteaqa Serrano hazırda bəşəriyyəti narahat edən mühüm problemlərin həlli baxımından gözəl imkan təqdim edən Forumun təşkilinə görə Azərbaycan dövlətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. Dünyanın imkanlarının və təbii resurslarının tükənməkdə olduğunu deyən Rosaliya Arteaqa Serrano təəssüflə bildirib ki, müasir elm bu problemin qarşısını almaqda acizdir: "Bu baxımdan elmin və texnologiyanın, ölkələrin və bölgələrin ahəngdar inkişafı təmin edilməlidir. Əgər biz elmi etika ilə tamamlaya bilsək, o zaman gələcək nəsillər üçün daha sağlam və təmiz dünya miras qoya bilərik".

Bosniya və Herseqovina baş nazirinin müavini, xarici ticari-iqtisadi münasibətlər naziri Mirko Şaroviç bildirib ki, eyni mənbəyə əsaslanan iqtisadiyyat və ekologiya bir-birindən çox asılıdır, ona görə də iqtisadi inkişafa daha çox təkan verməklə biz əslində ətraf mühitin qurbanına çevrilirik. Ekosistemin yaxşılaşdırılması istiqamətində Avropa İttifaqının tövsiyəsi ilə ölkəsində mühüm qərarların qəbul edildiyini vurğulayan M.Şaroviç Bosniya və Herseqovinada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ətraf mühitin mühafizəsi sahəsində mühüm irəliləyişlərə nail olunduğunu deyib. Bildirib ki, əgər biz ətraf mühit problemlərinin qarşısını indidən almağa çalışmasaq sonra bu çətinliklərin öhdəsindən gəlmək gec olacaq.

Müasir bəşəriyyət ətraf mühit və ya iqtisadi inkişaf arasında seçim qarşısında qalıb, - deyən Yeni Zelandiyanın sabiq baş naziri Ceyms Bolger bildirib ki, elmi-texniki tərəqqi bu baxımdan ciddi alternativlər təqdim edir. Ətraf mühit problemləri arasında əhalinin sürətli artımını xüsusi qeyd edən C.Bolger diqqətə çatdırıb ki, təmiz ətraf mühit hər kəsin təbii hüququdur: "Bu baxımdan insanların hüquqlarının təmin olunmasını biz əsas hədəf və uğur kimi görməliyik. Lakin reallığa baxsaq, ölkələrin əsas uğuru ümumi daxili məhsulun səviyyəsi qəbul edilir. Buna görə də biz ən əvvəl qiymətləndirmə meyarlarında radikal dəyişikliklər etməliyik".

Moldovanın sabiq baş naziri Zinaida Qreccanii sürətli iqtisadi inkişaf prosesində təbii resurslardan qənaət edilmədən istifadə nəticəsində bəşəriyyətin hazırda onların tükənməsi problemi ilə yanaşı, ətraf mühitin korlanması ilə də üz-üzə qaldığını deyib. Ətraf mühit probleminin Moldovada əsasən təmiz içməli su ehtiyatlarının azalmasında özünü göstərdiyini vurğulayan sabiq baş nazir bildirib ki, bu göstərici ölkədə adambaşına 500 kubmetr təşkil edir: "Moldovanın əsas içməli su mənbəyi olan Dnestr çayında suyun səviyyəsi son iki il ərzində daha da azalıb. Bununla əlaqədar yaradılan müvafiq komissiya Ukrayna hökuməti ilə danışıqlar aparır. Ətraf mühiti qorumaq üçün iqtisadi mənfəət naminə təbiətin imkanlarından gen-bol istifadəyə nəzarət artırılmalıdır. Çünki bütün iqtisadi proseslər təbiətin imkanları olmadan həyata keçirilə bilməz. Ona görə də təbiətdən alınanlar mütləq geri qaytarılmalıdır".

Fransanın sabiq iqtisadiyyat naziri Edmond Alfanderi deyib ki, bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə qiymətlər ehtiyacları müəyyənləşdirir: "Bu gün ətraf mühitin çirklənməsi planeti çətin vəziyyətə salıb. Müasir dövrdə iqtisadi inkişafın səviyyəsi qaneedicidir. Buna görə də artıq ətraf mühitə daha çox diqqət yetirilməlidir. Lakin ətraf mühitin qiymətləndirilməsinə baxsaq, görərik ki, ona verilən dəyər olduqca aşağıdır". E.Alfanderi bildirib ki, ətraf mühiti çirkləndirən zərərli qazların tərkibində karbon emissiyasının payı 50 faiz təşkil edir: "Ona görə də son dövrdə bəzi ölkələr karbon qazının emissiyasının qiymətləndirməsini aparırlar. Bu sahədə Böyük Britaniya, Kanada, ABŞ-ın Kaliforniya ştatı xüsusilə seçilirlər. Qiymətləndirmənin aparılması nəticəsində bu sahədə ciddi irəliləyiş müşahidə olunur".

Niderlandın sabiq baş naziri Vim Kok bildirib ki, hazırda inkişaf etmiş ölkələr ətraf mühitin deqradasiyasının qarşısının alınması üçün iqtisadi tərəqqi proseslərini nizamlamaqla onu nəzarətdə saxlamağa çalışırlar: "Bu baxımdan Paris razılaşmasının prinsiplərinə əməl etmək və bu dəyərlərə sadiq qalmaq çox önəmlidir. Təəssüf ki, bu məsələdə müəyyən istisnalar da yaşanır. Məsələn, ABŞ Prezidenti Donald Tramp bu baxımdan olduqca məsuliyyətsiz davrandı. Çünki Paris anlaşmasına imza atan dövlət başçılarının demək olar ki, hamısı götürdükləri öhdəliklərə sadiqlik nümayiş etdirirlər". V.Kok deyib ki, müasir cəmiyyətlər ətraf mühiti qorumaqla gələcək nəsillərə daha az zərər görmüş dünya miras qoymağa çalışırlar: "Ekoloji problemlərin qarşısını almaq üçün iqtisadiyyatları necə yenidən qurmağımız çox vacibdir. Əslində, bu, mümkündür və beynəlxalq əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir. Niderland Paris razılaşmasına sadiq olmağa çalışır. Çünki Paris razılaşmasının əsas hədəfi ölkələr və onların müvafiq qurumları arasında əlaqələndirmə işinin aparılmasıdır".

Bununla da Forum martın 16-da işini yekunlaşdırıb. Tədbir sabah panel iclaslarla işini davam etdirəcək. (trend)

Etiket:

Digər xəbərlər

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

11.06.2026
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

11.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

11.06.2026
Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

11.06.2026
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

11.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az