Birləşmiş Millətlər Təşkilatının (BMT) Birmanın (Myanma) Rakhayn ştatına humanitar girişin təmin edilməsi barədə çağırışlarına baxmayaraq, bu ölkədə etnik təmizləmə və rohincə xalqının öz evlərindən qovulması prosesi davam etməkdədir
Bu barədə, BMT Baş katibinin insan haqları üzrə köməkçisi Endryu Gilmor bəyan edib («Frans-Press»).
«Myanmada rohincə xalqının etnik təmizlənməsi prosesi davam edir» – deyə, Gilmor bildirib. BMT rəsmisinin bildirdiyinə örə, bu xalqın sıxışdırılması «aclıq və terror kampaniyası» ilə müşayiət olunur ki, onlar öz evlərini tərk etsinlər.
Bu ilin fevralında BMT Baş katibi Antoniu Quterriş Myanmada rohincə xalqının öz evlərindən qovulması prosesini etnik təmizləmə adlandırıb. O, Myanma hökumətini Rakhayn ştatına maneəsiz girişi təmin etməyə, beynəlxalq birliyi isə Banqladeşə qaçmış rohincələrə dəstək verməyə çağırıb.
Baş katib qeyd edib ki, rohincə qaçqınlarının doğma yerlərə qayıtması «könüllü, təhlükəsiz, layiqli və dayanıqlı» olmalıdır. (azpolitika.info)
Digər xəbərlər
loading...