«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, cümə günü Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova «Qovorit Moskva» radiosunun efirindən bəyan edib ki, Rusiya, ölkənin müdafiə qabiliyyətini möhkəmləndiməklə yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə hərbi toqquşmadan yayınmaq üçün mümkün olan hər şeyi etdi
«Dünənki çağırış (Putinin Federal Məclisə çağırışı – red.) məhz bu barədə danışır… Bunun baş verməməsi üçün, hər şey edildi» – deyə, Zaxarova, «ABŞ və Rusiya arasında birbaşa hərbi toqquşma mümkündürmü?» – sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, ABŞ-ı danışıqlara dəvət etmək istiqamətində Rusiyanın bütün cəhdləri nəticə verməyib. «Biz, artıq keyfiyyətcə başqa danışıqlara hazırıq. Bu, bizim ölkəmizi təhdid edənlər barədə xahişlər, izahatlar olmayacaq. Bu, tamamilə başqa mövqelərdən danışıq olacaq» – deyə, Zaxarova bəyan edib.
MilliYol.Az
Digər xəbərlər
loading...