• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Əkrəm Həsənov: “Bank sistemimiz ağır tənəzzül içindədir”

16:51 04.02.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
“Dövlətin ABB-yə “hədiyyə”si olmasaydı, bank ötən ili 4,7 milyard manat zərərlə başa vuracaqdı”

“Palatanın məlumatı ilk baxışdan elə təəssürat yaradır ki, guya ötən il bank sistemimiz üçün 2016-cı illə müqayisədə daha uğurlu olub. Əslində isə bu, belə deyil”.

 Bu sözləri iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun 2017-ci il göstəriciləri ilə bağlı açıqladığı statistik rəqəmlərə münasibət bildirərkən səsləndirib. 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasın yaydığı məlumata görə, 2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 775,2 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 282,7 mln. manat, faiz xərcləri 824,9 mln. manat o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 mln. manat təşkil edib. Bu rəqəmlər onu göstərir ki, 2016-cı illə müqayisədə bank sektoru geriləyib. 

Məlumata görə, son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub. Bununla da, sektorun illik xalis mənfəəti 883,6 mln. manat təşkil edib. 

İqtisadçı ekspert Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bank sektorunun ötən ili müxtəlif bəndlər üzrə daha aşağı göstəricilərlə başa vurmasının səbəbi bu sektorda yaşanan böhrandır: “Hazırda bankların sağlamlaşdırılması istiqamətində iş aparılsa da, hələ ki, nəticə o qədər də ürəkaçan deyil. Bəs görəsən, bank sektorunda son durum nədir və bu neqativ göstəricilər hansı amillərdən doğub? Palatanın məlumatı ilk baxışdan elə təəssürat yaradır ki, guya ötən il bank sistemimiz üçün 2016-cı illə müqayisədə daha uğurlu olub. Əslində isə bu, belə deyil. Əksinə, 2017-ci il daha uğursuz olub, ümumiyyətlə, bank sektorumuzun tarixində ən uğursuz olub. Belə ki, Palata deyir ki, 2016-cı ili zərərlə başa vuran bank sektorumuzun ötən il əməliyyat mənfəəti, yəni qazancı 908,2 mln. manat olub. Lakin bu qazancın mənbəyi haqda Palata susur. Çünki əslində sözügedən mənfəət bank fəaliyyətindən əldə edilməyib. Bəs haradan əldə edilib? Dövlətin Azərbaycan Beynəlxalq Bankına öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində etdiyi hədiyyədən... Xatırladıram ki, ötən il dövlətimiz bu bankın 3,337 mlrd. 

borcunu öz üzərinə götürdü. Milli valyuta ekvivalentində bu, 5,6729 mlrd. manata bərabərdir. 

Yəni faktiki ABB təkcə dövlətdən bu qədər əvəzsiz gəlir götürüb. Deməli, dövlətimizin bu hədiyyəsi olmasaydı, bank sektorumuz ötən ili 908,2 mln. manat mənfəətlə deyil, 4,7647 mlrd. manat zərərlə başa vuracaqdı”.

Əkrəm Həsənovun sözlərinə görə, ABB-nin ötən ilki mənfəəti 806 milyon manatdan daha çox olmalı idi: “Maraqlısı həm də odur ki, ABB illik hesabatında 2017-ci il üzrə cəmi 806 mln. manat mənfəət əldə etdiyini vurğulayır! 2016-cı ili bu bank təxmini 1,7 mlrd. manat zərərlə başa vurmuşdu. 2017-ci ildə dövlət ona 5,6729 mlrd. manat hədiyyə edibsə, deməli, təkcə bu hədiyyə nəticəsində ötən il üzrə mənfəəti təxmini 4 mlrd. manat olmalı idi. Bəs onda niyə mənfəəti cəmi 804 mln. manatdır? Belə çıxır ki, dövlətdən aldığı 3,2 mlrd. manatı da cəmi 6 ay ərzində zərərlə işləyərək itirib? Yeri gəlmişkən, bank sektorunun faiz xərclərinin azalmasına da ilk növbədə Beynəlxalq Bankın sayəsində nail olunub. Özü də qanunsuz əməlləri nəticəsində... Belə ki, 2017-ci ilin əvvəlində sahibkarları məcbur etdi ki, dollar əmanətlərini geri götürsünlər (qanunsuz olaraq manat kreditlərini vaxtından əvvəl qaytarmağı tələb etməklə), sonunda isə vətəndaşları (faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada aşağı salmaqla). O ki qaldı bankların faiz gəlirlərinin azalmasına, təkcə bu faktın özü kifayətdir ki, bank sistemimizin vəziyyətinin ağırlaşdığı aydın olsun. Azərbaycanda İslam bankları yoxdur, deməli, banklarımızın əsas gəlirləri məhz faiz gəlirləri olmalıdır. Həmin gəlirlər belə azalıbsa, bank sektorumuz fəaliyyəti necə uğurlu ola bilərdi axı? Problemli kreditlərin artdığı, əmanətlərin isə azalması fondunda bu mümkündürmü? Əlbəttə ki, yox! Bank sistemimiz ağır tənəzzül içindədir”. 

İqtisadçı ekspertin fikrincə, Palata tam məlumat verməməklə guya bank sektorumuz üçün ötən ilin uğurlu olduğu rəyini formalaşdırmaq istəyir: “Əslində isə ABB-yə dövlət dəstəyi olmasaydı, il çox uğursuz olacaqdı. Daha doğrusu, elə uğursuz da olub, özü də dəhşətli səviyyədə. Sadəcə dövlət büdcəsi, yəni xalqımızın hesabına ABB-yə hədiyyə edilib, o da qısa müddətdə həmin hədiyyənin əksər hissəsinin başına daş salıb, qalan hissəsi hesabına isə bank sektorumuzun guya mənfəətlə işləməsi mifi yaradılır. 

Maliyyə Bazarlarına Nəzarət Palatasını el arasında bəzən xəstəxana palatasına oxşadırlar. Bu kontekstdə belə bir misal gətirim. 

Təsəvvür edin ki, xəstənin vəziyyəti ağırdır, ölüm ayağındadır. Amma həkimlər ona nəşə verib müvəqqəti gümrah olduğunu göstərə bilirlər. Yaxud da idmançıya dopinq verib olduğundan daha güclü olmasını nümayiş edirlər. İndi özünüz deyin: belə həkimlər xəstəxana palatasında həqiqətənmi xəstəni sağaldır və ya idmançını güclü edir?!”

Etiket:

Digər xəbərlər

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az