• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Azərbaycan iqtisadiyyatı növbəti keyfiyyət mərhələsinə qədəm qoyub”

19:29 31.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub”

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev 2004-2017-ci illərdə ölkəmizin soial-iqtisadi inkişafının mühüm göstəricilərinə toxunaraq bu xüsusda regionların sosial-iqtisadi inkişafını xüsusi olaraq önə çəkdi:

"Hələ 2003-cü ildə dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bugün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində heç şübhəsiz ki, regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarının da mühüm rolu olub. Regionların inkişafı və regionda sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir".

Deputat vurğulayıb ki, ötən illər ərzində Prezident İlham Əliyev ilk növbədə regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəlikərinə sadiq qaldığını bir daha diqqətə çatdırdı:

"Biz bilirik ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Azərbaycan dövlətinin sosial siyasətinin ən mühüm prioriteti məhz onların iş və mənzillə təmin olunmasıdır ki, bu konteksdə son 17 ildə görülən işlər mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Dövlət başçısı qeyd etdi ki, bu günə qədər 265 min köçkün ailəsinə yeni evlər verilib. 2018-ci ildə yenə 20 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək. Bu, Azərbaycan dövlətinin sosial təminatı zəif olan təbəqəyə qarşı münasibətinin göstəricisi olmaqla bərabər, həm də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin daim diqqətdə saxlanıldığını göstərir. Prezident İlham Əliyev qeyd etdi ki, ötən illər ərzində məşğulluğun təmin olunması ilə bağlı çox böyük işlər görülüb və ailə biznesinin inkişafı üçün xüsusi layihələr həyata keçirilib ki, bu da regionların iqtisadi inkişafa öz töhfəsini verib. Bu layihələr çərçivəsində "Ailə Biznesinə Asan Dəstək" - "ABAD" layihəsi kimi layihələr və bu layihələr çərçivəsində vətəndaşların şəxsi biznesini qurmaq üçün verilən kreditlər, həm məşğulluğun artırılmasına, həm də regionların inkişafına yeni töhfələr verib. Eyni zamanda, bütün regionların enerji ilə təchizatının həyata keçirilməsi, qazlaşdırma işlərinin aparılması, yolların çəkilməsi, kəndarası yolların inşa olunması və regionların iqtisadi xüsusiyyətlərinə görə müvafiq iqtisadi rayonlaşmanın aparılması da ötən illər ərzində görülən ən mühüm tədbirlər sırasındadır. Biz bilirik ki, Azərbaycanda 18 iqtisadi rayon var və hər bir iqtisadi rayonun özünün iqtisadi xüsusiyyətləri mövcuddur. Regional iqtisadiyyat qurulan zaman yerli xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma aparılıb bir növ və şaxələndirilmiş iqtisadiyyat siyasəti həyata keçirilib. Bu da iqtisadi rayonların əmək qüvvələri və istehsal münasibətlərinin mütənasibliyini təmin etməklə regionlardakı inkişafı daha sürətləndirib. Buna paralel olaraq istehsal olunan malların ixracının təmin olunması ilə bağlı xüsusi layihələr həyata keçirilir. Ayrı-ayrı iqtisadi rayonlar və istehsal olunan malların bazara çıxarılması ilə bağlı dövlət tərəfindən tədbirlər görülür. Əlbəttə ki, bütün bunlar görülən işlərin hamısı deyil. Belə ki, hazırki mərhələdə 2017-ci ildə həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun açılması yeni kommunikasiya və yeni nəqliyyat körpüsü yaratmaqla, həm də Azərbaycana yeni bazarlar qazanadırmaqdadır. Ona görə də bu proses çərçivəsində həyata keçirilən tədbirlər də ölkəmizə həm əlavə yatırımlar cəlb edir, eyni zamanda, ölkə istehsalçılarının mallarını bazara çıxartması üçün onun daşınma xərclərini azaltmaqla rəqabət qabiliyyətliyini artırmış olur".

H.Babaoğlu deyib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi ötən 14 il ərzində Azərbayan iqtisadiyyatına 233,5 milyard dollar həcmində sərmayə qoyulub:

"Bu rəqəm öz-özlüyündə Azərbaycanda necə mühüm və sabit sərmayə mühitinin olduğunu göstərir. Bu proses xarici və daxili investorları Azərbaycanın regionlarına cəlb edən əsas məsələlərdən biridir. Dövlət başçısı qeyd etdi ki, son 14 ildə Azərbaycanda 12 min 300 km yol, 443 körpü tikilib. Bu əlbəttə ki, Azərbaycanın inkişafını daha da sürətləndirməklə onu dayanıqlı və uzunmüddətli edəcək. Bunların hamısının arxasında Azərbaycan Prezidentinin regionların inkişafı ilə bağlı həyata keçirdiyi xüsusi proqram dayanır. Biz bilirik ki, Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub. Görülən bütün bu işlər əslində Azərbaycanın hazırkı inkişaf mərhələsi üçün səciyyəvidir və bu işlərin davam etdirilməsi heç şübhəsiz ki, 2018-ci il ildə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafıni təmin etməklə bərabər, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaq".

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az