Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. MilliYol.Az xəbər verir ki, təmsilçilərimizdən "Qəbələ" doğma meydanda oynayıb.
"Qırmızı-qaralar" "Bakcell Arena"da Macarıstanın MTK klubunu qəbul edib. İlk oyunda 2:1 hesablı qələbə qazanan "Qəbələ" evdə də rəqibinə aman verməyib. Sergey Zenyov və Teo Uiksin qolları təmsilçimizə qələbə qazandırıb - 2:0.
Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə Fransanın “Lill” klubuna rəqib olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
21 iyul
Qəbələ (Azərbaycan) - MTK (Macarıstan) 2:0
Qollar: Sergey Zenyov, 7. Teo Uiks, 37.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç (44. Rafael Santos, 88), 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri (4. Elvin Camalov, 79), 9. Sergey Zenyov (11. Asif Məmmədov, 77), 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
MTK: 1. Layos Heqeduş, 4. Akos Baki, 5. Mato Qrqiç, 9. Darko Nikaç (13. Adam Hrepka, 52), 10. Lorand Sotmari, 14. Şandor Torgelle, 18. Barnabaş Beşe (27. Sobolç Varqa, 78), 19. Yozef Konto (k) (30. Balint Borbey, 73), 23. Daniel Vaqnar, 24. Patrik Poor, 38. Adam Voşş.
Ehtiyat oyunçular: 28. Federiko Qroppioni, 17. Adam Şrammel, 21. Draqan Vukmir, 26. İştvan Sotmari.
Baş məşqçi: Vasilis Teodoru.
Sarı vərəqələr: Vojislav Stankoviç, 16. Akos Baki, 35. Mato Qrqiç, 85.
Baş hakim: Mete Kalkavan, Ceyhun Səsigözəl, Esat Sancaktar, Sərkan Çinar (Türkiyə).
Bakı. 8-ci km qəsəbə stadionu.
MilliYol.Az
Digər xəbərlər
loading...